Məhkəmə qərarları › İş №3(006)-5109/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5109/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5109/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin sahə rəisi tərtib etmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 74-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 26 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, habelə qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılan zaman onun “Hyundai” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi barədə şübhə yarandığından o, tibbi müayinədən keçirilməsi üçün aidiyyəti tibb müəssisəsinə aparılmışdır. Lakin, həmin yerdə bu şəxs tibbi müayinədən keçməyərək səs-küy salmış və qaçıb getmişdir. Bunula bağlı müvafiq icraat açılmış və həmin şəxsin yerini müəyyən edərək polis orqanına gətirilməsi barədə tapşırıq verilmişdir. Bununla əlaqədar N.Aslan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və bu zaman o, özünü qeyri-adekvat apararaq müxtəlif bəhanələr gətirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişdir. Polis əməkdaşları onu saxlayıb xidməti avtomobilinə əyləşdirməyə çalışsalar da, o, polisə müqavimət göstərmişdir. Bundan sonra o, digər polis əməkdaşlarının köməyi ilə avtomobilə əyləşdirilib bölməyə gətirilmişdir. Polis bölməsində də o, belə hərəkətlərini davam etdirərək polisə qarşı nəlayiq sözlər işlədərək “əcəb etmişəm”, “bu da azdır” və s. ifadələr səsləndirmişdir. Onun narkotik vasitənin təsiri altında olmasına şübhə yarandığından, o, tibbi müayinədən keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 7969 saylı rəyinə görə onun sidik analizində MET (+), yəni metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə “Hyundai” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və alkotesterdən müayinə edilmişdir. Lakin, bu avadanlığın göstəriciləri qeyrimüəəyn olduğundan polis əməkdaşı onu tibbi müayinədən keçirtmək üçün tibb müəssisəsinə aparmışdır. Orada onun bayırda gözlənilməsi bildirilmiş, bu zaman onun telefonuna evdən zəng gəldiyindən o, təcili evə getməli olmuşdur. Yolda olarkən polis əməkdaşı ona zəng edib geri qayıtmasını tələb etsə də, maşında yanacağı bitdiyindən o buna əməl edə bilməmişdir. 25 dekabr tarixində isə Ü.Hacıbəyov küçəsində idarə etdiyi avtomobildə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış və onun axtarışda olması deyilərək polis bölməsinə getməsi tələb edilmiş, lakin o, bir az əsəbi olduğu üçün onlarla mübahisə edərək kobud rəftar etmişdir. Eyni zamanda, onu da qeyd edir ki, heç vaxt narkotik istifadə etməmiş və tibbi rəydə qeyd olunanlar ona anlaşılan deyil. Saxlanılmamışdan bir az əvvəl karaoke klubunda çay içmiş və ola bilsin ki, çayına nəsə qatılmışdır. Ona yüngül tənbehin verilməsini xahiş edir. İş materiallarında olan: • İş materiallarında olan video görüntülərə əsasən xx.xx.2024-cü il tarixdə, gecə saat 03:08-03:20 radələrində Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona sakit olması, əlavə hərəkətlərin etməməsi bildirilsə də, sonuncu səs-küy salır, daha sonra polis bölməsində “yaxşı edib cırmışam, “yaxşı edib qaçmışam” və s. ifadələr işlədir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 7969 saylı rəyinə görə Şəxs götürülmüş sikid nümunəsində MET (+) aşkar olunur. Onda psixostimulyatorlardan istifadə etmə halı olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını və təqdim edilmiş video görüntüləri araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarından aydın olur ki, Şəxs azadlığı faktiki 25 dekabr 2024cü il tarixdə, saat 04:00-dan məhdudlaşdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdə, saat 04:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar