Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-511/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi A.C.Rəhimov ərizəsini onunla əsaslandırmışdır ki, o, rəsmi olaraq 2021-ci ilin noyabr ayının 8-dən Bakı şəhəri, Neftçilər prospekti 26a ünvanında yerləşən Dəniz Mall ticarət mərkəzində 9 kv m ərazisi olan kiçik bir kioskda (koridorlarlarda olan stendlər) (adı Basqal Kəlağayısı) Basqal Kalağayısının satışını həyya keçirməyə başlamışdır. Noyabr ayında işçiləri olmadan işləmişdir. Dekabr ayının əvvəlində isə 2 işçi Əsli və Fidan adında olan xanımları, Yanvar ayının əvvəlində isə Ləman adlı xanımı işə götürüb Əsli adlı xanımı müalicəsi ilə əlaqədar öz istəyi ilə işdən azad etmişdir. Yanvar ayının ortasında isə Fidan adlı işçini işlərin zəif olması və zəif işçi olması ilə əlaqədar işdən azad etmişdir, bütün hallarda əmək haqqları tam ödənilmişdir. Bu proseslər hamısı rəsmi e-gov hökümət portalında qeydiyyatlı olmuşdur. Dekabr ayında tanımadığı İlhamə adlı bir xanım ondan əmək qanunvericiliyini pozduğuna görə Bakı şəhəri Əmək müfəttişliyinə şikayət edib ki, guya həmən orada muzdla işləyən işçi olubmuş əsas olaraq da, dükanda çəkilən şəkili və ona aidiyyatı olmayan telefon nömrəsi ilə yazışmalarını göstərmiş, hansı ki, həmin yazışmalar olan telefon nömrəsi ümumiyyətlə ona aidd deyil. Həmin nömrələrdən biri qardaşına digəri isə qohum olduğu şəxsə aiddir. Şəkil məsələsində isə orada açılış zamanı və bayram ərəfələrində bir neçə xanımın iştirakı ilə fotosesiyalar (bu aparilan fotosesiyalara rəhbərliyi həmin vaxtlarda o, özü xəstələndiyi üçün qardaşına və qohumuna həvalə etmişdir) olmuş xeyli tanımadığı xanımların şəkilləri reklam xarakterli şəkillər çəkilmişdir, yəni nəinki bir tanımadığı hətda bir neçə tanımadığı xanımların sözü gedən mağazanın ətrafında şəkilləri çəkilirdi. Fotoqraf tərəfindən və ya özü-özünü selfi edirdilər. Bundan əlavə müştərilər dükanın yanında şəkillər çəkdirirdi. Həmin fotosesiyalarda iştirak edən xanımlardan biri İlhamə adlı xanim ondan Müfəttişliyə guya onun muzdla işləyən işçisi olması kimi şikayət etmiş və sonra isə o, orada muzdla işləmədiyini və ona tam ödəniş olundu ərizəsi ilə öz şikayyət ərizəsin geri çəkmişdir. Bütün olanları yuxarıda yazılan kimi və öz fikirlərini o, Müfəttişlikdə dəfələrlə bildirsə də müfətişliyinin rəhbərliyi heç bir məhəl qoymadan hansısa bir əsasız şikayəti (muzdlu işə aid olmayan) eyni zamanda geri götürülmüş şikayəti irəli çəkərək cərimə tətbiq etməklə sanki bütün problemlərin həll yolu imiş kimi davranış göstərdilər. Bəli o, sonra sahibkar olaraq araşdırmış həmin xanım orada fotosesiya üçün dəvət olunmuş bir neçə saat üçün aldığı məvacibdən narazı olduğu üçün şikayət edibmiş sonra isə geri götürülüyünü öyrənmişdir. Fakt olaraq isə həmin xanim hec 2 saatdan artiq orada fotosesiyada iştirak etməmişdir. Bundan əlavə dekabr ayi ərzində onun orada 2 işçisi işləyirdi 9 kv m 2 işçinin işləməsi üçün kifayət qədər kiçik yerdir nəinki böyük. Fakt olaraq isə heç bir dövlət orqanı orada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə götürülməsi ilə bağlı qanun pozuntusunu aşkarlamamişdır və bele fakt mövcud deyildi çünki bütün işçiləri rəsmi əmək müqaviləli və e-gov hökümət portalında qeydiyyata salinmiş idi. Sonda isə Əmək müfəttişliyi isə onun şifahi verdiyi izahatlara, rəsmi əmək müqavilələrinə heç bir məhəl qoymayaraq ümumiyyətlə tanimadigim bir adamin şikayəti və sonradan geri götürülmüş şikayəti ilə bağlı İXM-nin 192.1-ci maddəsinə əsasən 25 yanvar 2022-ci il tarixli MN № ******* saylı protokol tərtib etmiş və 25 yanvar 2022-ci il tarixli **********5 nömrəli inzibati tənbeh vermə barədə qərar çixarmışdırki bu cərimənin məbləği 3.000 manatdır. 30.01.2022-ci il tarixdə yuxarda qeyd olunan ünvandaki fəaliyətini faktiki dayandırmiş və kiosku təhvil vermişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin aliliyinə Məhkəmə orqaninin ədalətliliyinə, düzgün qərar çıxarmasına inanır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi A.C.Rəhimov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə lazımi qaydada məlumat verilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4, X3 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, “Dəniz Mail” Ticarət Mərkəzində fəaliyyət göstərən fərdi sahibkar A.C.Rəhimov tərəfindən vətəndaş İ.X.Orucovanın əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmış, araşdırma zamanı təqdim edilən sənədlərdən, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə tərəflərindən baxış keçirilərkən fərdi sahibkar A.C.Rəhimov tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar tərəflərindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə müvafiq olaraq fərdi sahibkar A.C.Rəhimov barəsində 14.01.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən 25.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı A.C.Rəhimov tərəfindən birinci instansiya məhkəməsinə verilmiş şikayəti əsassız və qanunazidd hesab etdilkərindən X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən 25.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması məhkəmədən xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, A.C.Rəhimovun barəsində İ.X.Orucovanın Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan A.C.Rəhimovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 25 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-511/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-511/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver