Məhkəmə qərarları › İş №3(006)-5112/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5112/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5112/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Prokurorluğundan xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş materiallardan görünür ki, vəzifəli şəxs Şəxs (VÖEN: **********) - "xxxx" MMC ilə aralarında bağlanmış "söküntü, qazıntı və daşınma xidməti" müqaviləsi əsasında 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən ünvan 1 ünvanda söküntü işlərini icra edərkən X1 yaşadığı evin divarında çatm yaranmasına səbəb olmaqla sonuncunun əmlakını az miqdarda ziyan vurmaqla qəsdən zədələmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarının tədqiq edilməsi zamanı tərtib edilmiş materialların natamam olması və işə baxılarkən tamamlamaq mümkün olmaması müəyyən edildiyindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və digər sənədlərin onu tərtib etmiş orqana geri qaytarılması məqsədəmüvafiqdir. Belə ki, iş üzrə toplanmış materiallar natamam olduğundan (ekspertiza ilə qiymət müəyyən edilməyib) əmələ yekun hüquqi qiymət verilməsinə imkan vermir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, xüsusilə qeyd edir ki, əmlaka vurulmuş zərərin məbləği hazırki iş üzrə mühüm tövsifedici əhəmiyyət kəsb edir. Belə ki, əmələ düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə əmlaka vurulmuş zərərin miqdarı icraatı aparan orqan tərəfindən müəyyən edilməlidir. Çünki, hazırki halda inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas, zərərçəkmiş şəxsə maddi zərər vurulması faktıdır. Məhkəməyə təqdim edilmiş materiallarda isə inzibati xəta nəticəsində vurulmuş zərərin miqdarı ilə bağlı hər hansı mötəbər sübut mövcud deyil. Belə olan halda, yuxarıda göstərilən xüsusatlar üzrə tam və hərtərəfli araşdırma aparılmasından ötrü zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar