Məhkəmə qərarları › İş №3(006)-5117/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5117/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5117/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.İ.Şıxəliyev tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, A.Məhərrəmov 15 ünvanında borcludan xx.xx.2018, xx.xx.2020, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borc məbləğlərinin ödənilməsi tələb edildi. Borclu borclarını ödəmə imkanının olmadığını və İcra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru R.İ.Şıxəliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-6677/2018-002 saylı icra sənədinə əsasən borclu Şəxs 1885,32 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3043/2019-002 saylı icra sənədinə əsasən borclu Şəxs 100,2 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 13641 nömrəli icra qeydinə əsasən borclu Şəxs cəmi 954,99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Binəqədi RPİ-nin 5-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədinə əsasən borclu Şəxs 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə keçirilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6593/2021-014 saylı icra sənədinə əsasən borclu Şəxs 254 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6882/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 716 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və icraata başlama haqqında qərarlar və bildirişlər qəbul edilərək borclunun icra sənədlərinə qeyd olunan ünvanına göndərilmiş, lakin borclu tərəfindən qeyd olunan icra sənədləri icrasız olaraq qalmışdır. Bundan sonra tərəfindən borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Nəsimi RPİ-nə göndərilmiş və borclu polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə şöbəyə təqdim edilmişdir. Tərəfindən borclunun icra sənədlərinin ödənilməsi tələb edilmiş, lakin borclu borc məbləğini ödəyə bilməyəcəyini və işləmədiyini izahat formasında qeyd etmişdir. Həmçinin borcluya borc məbləğlərinin ödənilmədiyi səbəbindən barəsində inzibati protokolun tərtib ediləcəyi bildirilmiş və protokol tərtib edildikdən sonra onun protokola qol çəkilməsinin lazım olduğu bildirilmiş, lakin borclu qol çəkməkdən imtina etmişdir. Bundan əlavə borclunun adına hər hansı daşınar və daşınmaz əmlakın olmamasıda müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədlərindən məlumatlıdır, icra sənədlərində göstərilən borclar ona yox, atasına aiddir. İcra sənədlərindən 10 gün qabaq məlumat olmuş və bir icra işini tam bağlamışdır. Digərlərini bağlamamasının səbəbi isə maddi vəziyyəti ilə bağlıdır. Göstərilənləri, hazırda maddi imkanının olmamasını, işləməməsini və borcunu hissə-hissə ödəyəcini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi G.İ.Həsənova bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən icra sənədləri üzrə borcları tam ödəyə bilmir. Buna görə də Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarıını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)- 6677/2018-002 saylı icra sənədindən görünür ki, borclu Şəxs 1885,32 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-6677/2018-002 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və həmin bildirişi borclu xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3043/2019-002 saylı icra sənədindən görünür ki, borclu Şəxs 100,2 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3043/2019-002 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 13641 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs cəmi 954,99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə xx.xx.2020-ci il tarixli, 13641 nömrəli icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədindən görünür ki, borclu Şəxs 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə keçirilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 5-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)- 6593/2021-014 saylı icra sənədindən görünür ki, borclu Şəxs 254 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6593/2021-014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6882/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs 716 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6882/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, icraatda olmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-6677/2018-002 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3043/2019-002 saylı, Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 13641 nömrəli icra qeydi, Binəqədi RPİ-nin 5-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6593/2021-014 saylı və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6882/2021 saylı icra sənədləri üzrə borclu Şəxs dair hissədə ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq Nəsimi rayon icra şöbəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-6677/2018-002 saylı icra sənədinə əsasən borclu Şəxs 1885,32 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3043/2019-002 saylı icra sənədinə əsasən borclu Şəxs 100,2 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 13641 nömrəli icra qeydinə əsasən borclu Şəxs cəmi 954,99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Binəqədi RPİ-nin 5-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədinə əsasən borclu Şəxs 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə keçirilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6593/2021-014 saylı icra sənədinə əsasən borclu Şəxs 254 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6882/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 716 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və icraata başlama haqqında qərarlar və bildirişlər qəbul edilərək borclunun icra sənədlərinə qeyd olunan ünvanına göndərilmiş, lakin borclu tərəfindən qeyd olunan icra sənədləri icrasız olaraq qalmışdır. Bundan sonra tərəfindən borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Nəsimi RPİ-nə göndərilmiş və borclu polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə şöbəyə təqdim edilmişdir. Tərəfindən borclunun icra sənədlərinin ödənilməsi tələb edilmiş, lakin borclu borc məbləğini ödəyə bilməyəcəyini və işləmədiyini izahat formasında qeyd etmişdir. Həmçinin borcluya borc məbləğlərinin ödənilmədiyi səbəbindən barəsində inzibati protokolun tərtib ediləcəyi bildirilmiş və protokol tərtib edildikdən sonra onun protokola qol çəkilməsinin lazım olduğu bildirilmiş, lakin borclu qol çəkməkdən imtina etmişdir. Bundan əlavə borclunun adına hər hansı daşınar və daşınmaz əmlakın olmamasıda müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Bununla da, borclu Şəxs icra sənədini könüllü icra etməmişdir. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və Şəxs bilə-bilə yayınması kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 32-ci maddəsinə əsaslanmaqla Şəxs özünü təqsirli bilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili G.İ.Həsənovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar