Məhkəmə qərarları › İş №3(006)-5129/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5129/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5129/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı şəhəri Yasamal rayon Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 ərizə təqdim edərək Bakı şəhəri Yasamal rayon Dövlət X4nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti tərtib edərkən yanlışlıqlara yol verdiyini və buna görə də şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirib və proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, X1 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də ərizə təmin edilərək şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan onu verən şəxsə qaytarılsın. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar