Məhkəmə qərarları › İş №3(006)-5131/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5131/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5131/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan **-BB-*** dövlət nömrə nişanlı, "X7» markalı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində Azadlıq prospekti ilə hərəkətdə olarkən **-YP-*** nömrəli, döş nişanı 1800 olan YPX inspektoru, polis baş serjantı Vüqar Abbasov tərəfindən saxlanılmışdır. Həmin YPX əməkdaşı ona yaxınlaşaraq duman əleyhinə olan faraların qadağan olmasını və buna görə cərimə tətbiq edilərək, avtomobilin DYP-nin duracağına aparılacağını bildirdi. O, buna etiraz etmişdir. “Yol hərəkəti haqqında” qanunun 3 saylı əlavəsinin 1-ci bəndində belə bir qeyd var: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində digər nəqliyyat vasitələrinin xarici işıq cihazlarının quraşdırılmasına yol verilir. O, özünə məxsus olan avtomobili alqı satqı etdiyi zaman həmin duman əleyhinə olan işıq avadanlıqları xx.xx.2021-ci ildə adına rəsmiləşdirmişdir. Həmin avtomobil 2021-ci ilə məxsusdur və istehsal tarixi bitiribdir. Bundan başqa təkrar olaraq xx.xx.2023-cü il tarixdə texniki baxışdan keçmiş, həmin vaxtı da ona həmin duman əleyhinə olan işıqlara hər hansı bir irad bildirilməyib və ya cərimə yazılmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixlj, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz olduğuna görə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Hesab edir ki, şikayətçinin şikayəti əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Həmin avtomobildə quraşdırılan cihazlar nəqliyyat vasitəsinə aid olmayan cihazlardır. Həmin cihazlardan istifadə başqa avtomobilllərin görüntüsünə mane olur və bununla da qəza şəraiti yaranır. Ona görə də istifadələri qadağan edilmişdir. Həmçinin avtomobil istehsaldan çıxarılmamışdır. Həmin avtomobilin özünə məxsus olan bütün avadanlıqlar satışda vardır. Bununla bağlı görüntülər də mövcuddur. Həmin görüntünü məhkəməyə təqdim edir. Sonda səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədilməsi ilə bağlı görüntüləri əks etdirən 01 ədəd diski təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 02:t11-də “X7” minik markalı, 99BB078 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini normativ tələbləri pozmaqla avadanlığın quraşdırılması ilə idarə etmiş, nəticədə barəsində Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 01 ədəd diskə baxış zamanı X2 “X7” minik markalı, 99BB078 dövlət qeydiyyat nişanlı avtomobili normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması ilə idarə etdiyi müşahidə olunur. Məhkəmə, şikayət verən şəxs X3 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar