Məhkəmə qərarları › İş №3(006)-5131/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5131/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5131/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 avqust 2025-ci il tarixli, 00200-05027/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 22:36 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn "DaF FT XF 105.510” markalı, 57AC899/57ZA347 nömrə nişanlı nəqliyyat vasitəsi Oğuz Kadıoğlu MİM.MÜHEN.İNŞ.TAAH.SAN.İÇ VE DİŞ.TİC.A.Ş (Türkiyə Respublikası) ünvanından Şəxs MMC AZ1010, Bakı şəh, Nəsimi rayonu, Neftçilət pr., ev 153 (Azərbaycan Respublikası VÖEN: **********) ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı X1 (C********) idarə etdiyi “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin böyük inspektoru X5 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü" gömrük postunun baş müfəttişi X6 xx.xx.2025-ci il tarixdə hal şahidlərinin iştirakı ilə sürücü X1 (C********) idarə etdiyi “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində malmüşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində “Elastopor H 2130/48” yazısı olap 200 kq köpük, üzərində “Lupranat M 20 S” yazısı olan 250 kq yapışdırıcı, hər birində 3 rulon olmaqla 4 qutu yapışqanlı izolyasiya, hər birində 100 ədəd olmaqla 3 bağlama kabel ucluqları və 120 ədəd sabitləmə elementlərinə bənzər predmetlər aşkar edilmiş və götürülmüşdür. Qeyd olunan faktla bağlı Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə, 00200-05027/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş üzrə araşdırma zamanı izahatı alınmış Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 57AC899/57ZA347 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş mallar Türkiyə Respublikasında göndərən şirkət tərəfindən yanlışlıqla qoyulmuş bu səbəbdən bəyan etmək mümkün olmamışdır. Qanun pozuntusuna yol verildiyini və bu səbəbdən məsuliyyət daşıdıqlarını qeyd etmişdir. Araşdırma ərzində aşkar olunmuş malların ümumi orta bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında 31,07.2025-ci il tarixli qərar qəbul edilmiş və 31,07.2025-ci il tarixli, 3-33-2000/2- 002296/2025 nömrəli məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. “Azərekspertiza” Birliyinin 01 08.2025-ci il tarixli 28-T nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, üzərində “Elastopor H 2130/48” yazısı olan 200 kq köpük, üzərində “Lupranat M 20 S” yazısı olan 250 kq yapışdırıcı, hər birində 3 rulon olmaqla 4 qutu yapışqanlı izolyasiya, hər birində 100 ədəd olmaqla 3 bağlama kabel ucluqları və 120 ədəd sabitləmə elementlərinin orta bazar dəyəri ümumilikdə 4600 AZN olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhəddindən keçirlən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bəyan edilməli, eyni zamanda həmin Məcəllənin 146.2-ci maddəsində bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi zamanı nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada gömrük orqanına verilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməsinin müvafiq məsuliyyət yaratdığı göstərilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC-nin ünvanına göndərilən, “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində aşkar edilmiş yuxarıda qeyd edilmiş müxtəlif təyinatlı yüklərin bəyan edilmədiyi və bununla da inzibati xəta törətdildiyi müəyyən olunmuşdur.Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:36 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 nömrə nişanlı nəqliyyat vasitəsi Oğuz Kadıoğlu MİM.MÜHEN.İNŞ.TAAH.SAN.İÇ VE DİŞ.TİC.A.Ş (Türkiyə Respublikası) ünvanından "xxxx" MMC AZ1010, Bakı şəh, Nəsimi rayonu Neftçilət pr, ev 153 (Azərbaycan Respublikası VÖEN: **********) ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı X2 (C********) idarə etdiyi “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin böyük inspektoru X5 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi X6 xx.xx.2025-ci il tarixdə hal şahidlərinin iştirakı ilə sürücü X2 (C********) idarə etdiyi “DAF FT XF 105.510” markalı, 57AC899/57ZA347 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində “Elastopor H 2130/48” yazısı olan 200 kq köpük, üzərində “Lupranat M 20 S” yazısı olan 250 kq yapışdırıcı ,4 qutu hər birində 3 rulon olmaqla yapışqanlı izolyasiya, 3 bağlama hər birində 100 ədəd olmaqla kabel ucluqları, 120 ədəd sabitləmə elementlərinə bənzər predmetlər tərəfimizdən aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş “Gömrük yoxlaması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, nəqliyyat vasitəsinin yoxlanması zamanı X2 idarə etdiyi “DAF FT XF 105.510” markalı, 57AC399/57ZA347 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində Elastopor H 2130/48 yazısı olan 200 kq köpük, üzərində Lupranat M 20 S yazısı olan 250 kq yapışdırıcı 4 qutu hər birində 3 rlon olmaqla yapışqanlı izolyasiya, 3 bağlama hər birində 100 ədəd olmaqla kabe ucluqları, 120 ədəd sabitləmə elementlərinə bənzər predmetlər aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən təqdim oSunmuş Tikinti materiallarının xx.xx.2025-ei i! tarixinə olan bir ədədini və ümumi orta bazar qiymətinin müəyyən müəyyən edilərək aşağıdala cədvəldə göstərilmişdir. 1 ölçü vahidinin Sıra Ölçü (qutunun) orata Cəmi Malın adı Miqdan sayı vahidi bazar qiyməti AZN-lə AZN-lə 1 Elaastopor H 2130/48 yazısı olan 200 ədəd 1 1000 1000 kq-ıq köpük 2 Lupranat M 20 S yazısı olan 250 kq ədəd 1 1500 1500 3 4 qutu hər birində 3 rulon olmaqla ədəd 4 150 600 yapışdırım izolyasiya 4 hər birində 100 ədəd olmaqla 3 ədəd 3 300 900 bağlamakabel ucları 5 120 ədəd sbitləmə elementləri ədəd 120 5 600 4600 Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinin tələbləri həmin Şəxs MMC tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri olan 4600 manat valyuta vəsaiti məbləğinin 40 (qırx) faizi, yəni 1840 (bir min səkkiz yüz qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə ekspertiza xərcinin dəyəri olan 50 (əlli) manat pul Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar