Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5132/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Eldar Bairamovun iştirakı ilə, Eldar Bairamov barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Eldar Bairamov barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Bairamov Eldar xx.xx.2023-cü il tarixdə saat 14:45 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Highlander” markalı **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön sağ yan hissəsi ilə avtomobil yolunda piyada hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs toxunaraq sonuncunu Yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Eldar Bairamov özünü təqsirli bilərək izahatında göstərdi ki, 18 avqust 2023-cü il tarixdə, saat 14:45 radələrində etibarnamə ilə idarə etdiyi «Toyota Highlander» markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanda olan dayanacaqdan çıxarkən soldan gələn avtomobillərə yol vermək üçün dayanmış, daha sonra hərəkətini davam etdirərkən qəfildən qabağına adam çıxdığı üçün avtomobilin ön sağ hissəsi ilə həmin adama toxunmuşdur. Bundan sonra mən avtomobildən düşərək həmin xanıma yaxnlaşmış, xanımı taksiyə əyləşdirib müayinə olunması üçün 1 Saylı KTM-ə aparmışdır. Bundan sonra onun müalicəsi və müayinəsi üçün bütün xərcləri özü çəkmiş, buna dair sənədləri də vardır. Himayəsində bir azyaşlı uşağı var, hal hazırda həmin uşaq xəstə olduğundan onu gündəlik həkimə aparır. Bu vəziyyətdə ona avtomobil idarə etmək vacibdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş 881 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:15-də vətəndaş Zərərçəkmiş şəxs 102" xidməti-zəng mərkəzi sisteminə müraciət edərək, Nəsimi rayonu, S.Vurğun küçəsi 105 nömrəli ünvanın qarşısında xx.xx.2023-cü il tarixdə Tayota markalı avtomobil tərəfındən vurularaq xəsarət almasını bildirmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə təxminən saat 14:15 radələrində ünvan 1 ünvanın qarşısında avtomobil yolun piyada keçən zaman markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtomobil ön hissəsi ilə onu vuraraq xəsarət yetirmişdir. Bundan sonra həmin şəxs onu müayinə olunmağı üçün 1 saylı KTM-ə aparmış, 1 saylı KTM-də ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, o təhlükəni baş verdikdən sonra görmüşdür. Araşdırma zamanı izahatı alınmış vətəndaş Eldar Bairamov bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə təxminən saat 14:45 radələrində etibarnamə ilə idarə etdiyi “Tayota Highlander” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda dayanacaqdan çıxarkən soldan hərəkət edən avtomobillərə yol vermək üçün dayanmış, soldan hərəkətdə olan avtomobillər ona yol verdiyi üçün o, sağa hərəkət etməyə başlamışdır. Yolun hərəkət hissəsinə qəfildən adam çıxdığı üçün o, avtomobilin ön sağ hissəsi ilə yüngül toxunmuşdur. Bundan sonra o, avtomobildən enərək həmin şəxsi taksiyə əyləşdirərək müayinə olunması üçün 1 saylı KTM-ə aparmış, 1 saylı KTM-də həmin şəxsə ilkiin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. X1 bildirmişdir ki, o təhlükəni baş verdikdən sonra görmüş, həmin vaxt o, avtomobili 15 km/saat sürətlə idarə edirmiş. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2023-cü il tarixli 1344 nömrəli rəyindən görünür ki, İ.M.Əİiyevanın bədən səthində aşkar edilmiş xəsarət - başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yaranın izi olan çapığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 həftə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, İ.M.Əİiyevanın bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə. yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Eldar Bairamovun Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Eldar Bairamov tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün ümumilikdə 568,22 manat məbləğində vəsait xərclənmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Eldar Bairamovun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Eldar Bairamov Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Eldar Bairamovun səmimi peşmançılığını və onun tərəfindən Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün xərclərin ödənilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Eldar Bairamovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Eldar Bairamov Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Eldar Bairamov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5132/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5132/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver