Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5132/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar "xxxx" MMC-nin baş direktoru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakları ilə, xx.xx.1978-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, 15 ünvanında qeydiyyatda olan X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X6 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə bağlı borclu X10 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 25 avqust 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış borc borclu X10 tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X6 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 15.000 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı tərəfindən artıq ödənilmiş 157,50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Borclu şöbəyə yaxınlaşmadığından xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə sorğu verilmişdir. X1 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində xx.xx.2024-cü il tarixli axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu polis əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu icra sənədi ilə tanış olmuş, onun izahatı və iltizamı alınmış, 1000 (min) manat ödəniş etmişdir. Həmin tarixdə tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclunun ölkədən getmək ehtimalının olduğu üçün ölkədən getmək hüququnun məhdudlaşdırılaraq ona 1 ay möhlət verdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə tərəfimizdən təqdimat verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-111/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Tələbkar xx.xx.2025-ci il tarixli məktubla şöbəyə müraciət edərək iş üzrə 13250 manat borc olduğu bildirmişdir. Borclu xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş etmişdir. İş üzrə materiallardan görünür ki, iş üzrə borc bu günə 12900 manat təşkil edir. Borclu şöbəyə dəvət olunmuş xx.xx.2025ci il tarixdə onun izahatı alınmışdır. Borclu xəbərdarlıqlara baxmayaraq tələbi tam təmin etməkdən boyun qaçırmaqdadır. Bu səbəbdən borclu barəsində MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş və məhkəmənin qərarı ilə borclu 500 manat cərimə edilmişdir. Tələkbkar xx.xx.2025-ci il tarixdə şöbəyə şifahi məlumat verərək borclu may ayından indiyə kimi heç bir ödəniş etmədiyini bildirmiş və borcun tam olaraq ödənilməsini xahiş etmişdir. X1 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində xx.xx.2025-ci il tarixli axtarış qəran qəbul edilərək icra edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə şöbəyə yaxınlaşaraq ödəniş qəbzlərini təqdim etmiş və onun izahatı alınmışdır. Borclu xx.xx.2025-ci il tarixdə 2000 manat ödəniş etmiş, xx.xx.2025-ci il tarixdə isə Nəsimi rayon icra şöbəsində tələbkara 4000 manat ödəniş etmişdir. Yuxarıda qeyd edilən icra sənədi üzrə borc bugünki günə 6900 manat təşkil edir. Tələbkar xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borcun tam ödənilməsini bu mümkün olmadıqda isə borclu barəsində inzibati protokol verilməsini xahiş etmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq tələbi təmin etməkdən boyun qaçırmaqdadır. Bu səbəbdən borclu barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahatında göstərdi ki, O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkanı yaxşı olmamışdır. O, bugünədək borcundan xeyli miqdarda ödənişlər etmişdir. O, başqa şəxslərdən borc pul alaraq "xxxx" MMC-yə olan borcundan ödəniş etmişdir. Onun maddi imkanı olmadığı üçün borcunu tam bağlaya bilməmişdir. O, işləyərək qalan borcunu ödəyəcəkdir. Qeyd etdiklərini, həmçinin hazır ki, maddi vəziyyətinin qənaət bəxş olmamasını və icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin baş direktoru X12 çıxış edərək bildirdi ki, X10 aborcundan ödənişlər etsə də, bu icra sənədinin tam icrası üçün yetərli olmamışdır. X10 qərəzli olaraq icra sənədinin icrasından yayınır. Şirkət olaraq borcun tam ödənilməsini tələb edirlər. Buna görə də X10 barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X3 15.000 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 157,50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu X8 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin hesabına 1000 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin hesabına 500 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin hesabına 2000 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin baş direktoru X12 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X4 4000 manat qəbul etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu X10 icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, icra sənədi üzrə ödənişlər edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu X5 hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu X5 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı X10 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5132/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5132/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver