Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5134/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin X6 Şöbəsi tərəfindən AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu X.Şuşinski küçəsi ilə F.Qasımzadə küçəsinin kəsişməsində "BMW 328İ" markalı **- OV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə piyada qismində olan yolu keçən Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təqribən 17:45 radələrində idarə etdiyi «BMW 328İ» markalı, **-OV-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 42 saylı məktəb istiqamətindən üzü Bakı şəhəri, Təhsil İdarəsi istiqamətində X.Şuşinski küçəsi ilə 2 zolaqlı yolun ortası ilə təxminən saatda 20 km sürətlə hərəkət edərkən F.Qasımzadə küçəsinin kəsişməsində yola quraşdırılmış sürət azaltma maneəsinə çataraq sürəti azaltmış və həmin maneəni keçdikdən sonra təxminən saatda 05-10 km sürətlə yol ayrıcına daxil olmuşdur. Bu zaman ehtiyatsızlıqdan yolun hərəkət hissəsində piyada hərəkət edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs iti sürətlə qarşısına çıxmışdır. Həmin vaxt o, əyləcdən sərt şəkildə istifadə etsə də idarə etdiyi avtomobil həmin xanıma dəymişdir. Avtomobilin qabaq sol hissəsi ilə toqquşan xanım müvazinətini itirib yerə yıxılmışdır. O, dərhal avtomobildən düşüb həmin xanıma yaxınlaşmışdır, onu xəstəxanaya aparmağı təklif etmişdir. Əvvəl xanım heç nə olmadığını bildirmişdir. Buna baxmayaraq o. israr etmişdir ki, xəstəxanaya getmək lazımdır. Bundan sonra onun adını bilmədiyi rəfiqəsi yaxınlaşmışdır və onlar xəstəxanaya getmişlər. Xəstəxanada müayinə olunduqdan sonra Günel xanımı evə buraxmışlar. Sonra onu Nəsimi Rayon Polis İdarəsinə çağırmışlar və barəsində protokol tərtib olunmuşdur. Törətdiyi əmələ görə peşmandır, sürücülük edərək rayondakı ailəsini saxlayır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin təyin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, hadisə həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediyi kimi həmin ünvanda və həmin saatda baş vermişdir. O, həmin vaxt heç yola çıxmamışdır. Anidən gəlib onu maşınla vurmuşdur. Hadisədən sonra dərhal avtomobildən düşüb ona yaxınlaşıbdır və ona köməklik edərək onu xəstəxanaya aparmışdır. Həmin vaxt Şəxs ona polisə məlumat verməməyini, bütün xərcləri öz üstünə götürəcəyini bildirmişdir. O da ona inanmışdır. Müayinə olunduqdan sonra evə buraxılmışdır. Bir müddət evdə müalicə almışdır. Həmin vaxt ona dərmanlar da alıb vermişdir. Daha sonra o, müayinə olunması üçün yenidən həkimə müraciət etmişdir, Həmin vaxt həkim onun əməliyyat olunmağını bildirdi. Bundan sonra isə Şəxs əməliyyat xərclərini ödəməkdən imtina etmişdir. Halhazırda zərəri ödəmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir. Onun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: - xx.xx.2023-cü il tarixli, 292 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:16-da DİN-in 102 xidmətindən daxil olmuş məlumat Zərərçəkmiş şəxs Nəsimi rayonu, Nəsimi bazarı yaxınlığında xx.xx.2023-cü il tarixdə piyada olan zaman BMW markalı, ** OV *** markalı avtomobil tərəfindən vurulması və xəsarət almasını bildirmişdir. - Araşdırma zamanı X1 vermiş olduğu izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:45 radələrində piyada qismində olarkən Bakı şəhəri Nəsimi rayonu F.Qaşımzadə küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsində X.Şuşinski küçəsini keçmək istəyən zaman "BMW 328İ" markalı **-OV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə onu vuraraq xəsarət yetirdi. O, dərhal avtomobili saxlayaraq ona yaxınlaşdı və ona köməklik edərək xəstəxanaya apardı. Şəxs ona bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar olaraq polisə məlumat verməsin və bütün xərcləri öz üzərinə götürür. Xəstəxanada müayinə olunduqdan sonra ev şəraitində müalicə olunmağı üçün evə buraxılmışdır. Sonra bir müddət müalicə ilə bağlı ona dərmanlar alaraq və müayinəyə apardıqda məlum oldu ki, xəsarət aldığım sol ayağına da əməliyyat olunmalıdır və o, müxtəlif bəhanələr gətirərək əməliyyat etməkdən imtina etmişdir və söz verdiyi vədə əməl etməmişdir. O da xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinin zəng mərkəzinə zəng edərək məlumat vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 363 saylı, xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, Məmmədova “Babatova” Günel Salman qızında sol siz oynağının yumşaq toxumalarının ağrı ilə müşayiət olunan şişkinlik halında əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirində əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində yarana biləydi və dərəcəsinə görə sağlamlığm qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, iş materiallarında Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsinə və sonuncunun Şəxs ilə barışığının olmasına dair hər hansı bir sübutun olmamasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5134/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5134/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver