Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5135/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin X5 Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi "Toyota Prius" markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobil ilə X.Şuşinski küçəsi ilə hərəkətdə olduğu zaman "STOP" yol nişanının tələbini pozaraq H.Əİəsgərov küçəsi ilə "Baş yol" yol nişanının təsiri altında sağdan hərəkət edən "Hyundai Accent" markalı **-OF- *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə "Hyundai Accent" markalı **- OF-*** dövlət nömrə nişanlı avtomobilın sürücüsü Şərif-zadə Elçin Şərif oğlu dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma xəsarəti almışdır.Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2023-c ii tarixdə, saat təqribən 11:00 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-DP-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, «Zorge» parkı istiqamətindən 42 saylı orta məktəb istiqamətində 2ci zolaqlı yolun ortası ilə X.Şuşinski küçəsi ilə təxminən saatda 20-30 km sürətlə hərəkət edərək yoi ayrıcında dayanmış və «STOP» nişanının tələblərini pozaraq yenicə hərəkətə başlamışdır ki, sağdan, H.Ələsgərov küçəsi ilə hərəkət edən sonradan ona məlum olan «Hyundai Accent» markalı, **-OF-*** dövlət nişanlı avtomobillə toqquşmuşdur. O, dərhal avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmış və sürücü ona heç nəyə dəyməməyini bildirdi və özü X4 çağırdı. Hadisə yerinə həkimlər gəldi və onu müayinə edib getdilər və bundan sonra X5 əməkdaşları və sığorta əməkdaşları gəldilər. Bundan sonra təqribən bir ay müddətində onu heç kim axtarmadı və bir aydan sonra onu Nəsimi Rayon Polis İdarəsinə çağırdılar. Törətdiyi əmələ görə peşmandır. Sürücülük edərək ailəsinə gəlir gətirir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin təyin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: - xx.xx.2023-cü il tarixli, 748 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:53-də DİN-in 102 xidmətindən daxil olmuş məlumat: Zərərçəkmiş şəxs, Bakı şəhəri, Nəsimi rayonu, H.Əİəsgərov küçəsi 37A. İdarə etdiyi Hyundai markalı Az **-OF-*** d.q.n avtomobil ilə Toyota markalı avtomobilin toqquşması nəticəsində avtomobildə sıxışıb qalması barədə məlumat verdi. Vətəndaş xəsarət alıb almadığını bilmir. xx.xx.2023-cü il tarixdə saat 19:48-də 5 saylı TTYS-dan həkim Ədilova. 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs YNH-si zamanı beyin sirkələnməsi xəsarəti almışdır. - Araşdırma zamanı Şəxs vermiş olduğu izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində idarə etdiyi "Tayota Prius" markalı **-DP-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu "Zorge" parkı istiqamətindən üzü "42 nömrəli orta məktəb" istiqamətinə 2 zolaqlı yolun ortası ilə X.Şuşinski küçəsi ilə təxminən saatda 20-30 km surətlə hərəkət edərək yol ayrıcında dayanmış və "STOP" nişanının tələblərini pozaraq yenicə hərəkətə başlamışdır ki, sağdan H.Əİəsgərov küçəsi ilə hərəkət edən sonradan ona məlum olan "Hyundai Accent" markalı **-OF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. O, dərhal avtomobildən düşüb digər sürücüyə yaxınlaşmış və o, "mənə dəymə" deyərək ona yaxınlaşmağa icazə verməmişdir. Həmin sürücü TTTY çağırdı və həkimlər gələrək onu müayinə edərək getdilər. DYPŞ və sığorta əməkdaşı gələrək hadisəni sənədləşdirdilər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 1112 saylı, xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Təcili və X1 Stansıyasına müraciət etmış və ona Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi" diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, iş materiallarında zərərçəkmiş şəxs Şərif-zadə Elçin Şərif oğluna vurulmuş ziyanın ödənilməsinə və sonuncunun Şəxs ilə barışığının olubolmamasına dair hər hansı bir sübutun olmamasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5135/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5135/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver