Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5136/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü X2 xx.xx.2023-cü il tarixdə saat 00:27 radələrində etibarnamə ilə idarə etdiyi “Chevralet Cruse” markalı ** DP *** dövlət qeydiyyal nişanlı avtomobillə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə gəlib Füzuli küçəsinə dönən vaxt piyada yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya Yüngül bədən xəsarəti yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat təqribən 00:27 radələrində idarə etdiyi «Cherovlet Cruze» markalı, **-DP-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə gəlib, Füzuli küçəsinə dönən zaman yolu keçən şəxs Zərərçəkmiş şəxs vurmuşdur. O, avtomobili qabaqda saxlayıb, həmin şəxsin yanına gəlmişdir, həmin şəxsdən nəyəsə ehtiyacı olmasını soruşmuşdur. Həmin şəxs isə ona heç nəyə ehtiyacı olmadığını bildirdi. O, sonradan bilmişdir ki, Anar xəstəxanaya müraciət etmişdir. Bu səbəbdən sonradan onun xərclərini ödəmişdir. Zərəçəkmiş şəxsin hal-hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Sonda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 773 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 05:00-da 1 saylı KTM-dən Nəsimi rayonu. R.Behbudov küçəsi, Milli Bankın yanında baş vermiş YNH-si zamanı Zərərçəkmiş şəxs Yavər oğlunun başın əzilmiş yarası xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 00-30 radələrində Nəsimi rayonu Füzuli küçəsində piyada yol keçən vaxt “Chevralet Cruse” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, o, yerə yıxılmışdır. Daha sonra ayağa qalxmış və maşını idarə edən qadın ona yaxınlaşmış nəsə olduğunu soruşmuşdur. O, demişdir ki, heç nə yoxdu. Həmin qadın ona mobil nömrəsini verib getmişdir. O, oradan Qış parkına keçmiş, lakin orada onun halı pisləşmişdir. Orada olan şəxslər TTY çağırmışlar, təcili yardım onu KTM-ə aparmışdır. Orada müayinə olunmış. onun başında xəsarət vardır. Araşdırma zamanı vətəndaş X1 izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 00:27 radələrində etibarnamə ilə idarə etdiyi “Chevralet Cruze” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə gəlib Füzuli küçəsinə dönən vaxt piyada yolu keçən adını sonradan Zərərçəkmiş şəxs kimi bildiyi şəxsi vurmuş və o yerə yıxılmışdır. O, qarşıda maşını saxlamışdır. Həmin yerə gəlmiş və həmin şəxsə nəsə olduğunu soruşmuş, həmçinin həkimə aparmağı təklif etmişdir. Anar ona heç nəyə ehtiyacı olmadığını demişdir. O, onun mobil telefonuna öz əlaqə nömrəsini yazmış və nəsə lazım olsa onunla əlaqə saxlamasını bildirmişdir və çıxıb getmişdir. Sonradan bilmişdir ki, Anar xəstəxanaya müraciət etmişdir. Maşının surəti saatda 20-30 km olardı. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2023-cü il tarixli, 1143 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol göz qapaqları gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırı, sol qalça tini nahiyəsinin qançırı, alın nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, qəfəsinin sol yarısının, sağ baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X6 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Füzuli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hadisə ilə bağlı ondan heç bir şikayət və tələbi yoxdur və işə xitam verilməsini xahiş edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsin onunla barışmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5136/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5136/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver