Məhkəmə qərarları › İş №3(006)-5137/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5137/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5137/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:48-də etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu 3-cü mikrorayon dairəsində hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə avtomobil yolunda piyada hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs toxunaraq sonuncunu Yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təqribən 21:48 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-HO-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsində hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə avtomobil yolunda hərəkətdə olan piyadaya toxunmuşdur. Hadisə yerinə X3 çağırılmış, həmin şəxsi xəstəxanaya aparmışlar, orada müayinə və müalicə olunmuşdur. Sonra onu Nəsimi Rayon Polis İdarəsinə çağıraraq barəsində protokol tərtib etmişlər. Sonda törətdiyi əmələ görə səmimi peşman olmasını, sürücülük edərək rayondakı ailəsinə baxdığını, bu səbəbdən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hadisə Şəxs göstərdiyi kimi olmuşdur. O, yolu keçərkən bu şəxsin idarə etdiyi avtomobil onu vurmuşdur. Hadisə yerinə X3 gələrək onu xəstəxanaya aparmış və orada müayinə və müalicə olunduqdan sonra evə buraxılmışdır. Onun hazırda Şəxs qarşı qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 943 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:49-da TŞX-in operatoru Əsədzadə məlumat verərək Nəsimi rayonu 3-cü mikrorayon dairəsində bir nəfər şəxsin “Toyota Prius” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq xəsarət almasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 21:48-də etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə avtomobil yolunda hərəkətdə olan piyadaçıya toxunmuşdur. Bundan sonra TTYS avtomobili gələrək həmin şəxsi müayinə olunması üçün xəstəxanaya aparmışdır. Həmçinin Şəxs bildirmişdir ki, həmin şəxs sərxoş olmuş, təhlükəni baş verdikdən sonra görmüş, həmin vaxt o, avtomobili 30 km/saat sürətlə idarə edirmiş, baş vermiş hadisə ilə bağlı o, heç bir tibb müəssəsinə müraciət etməmiş, xəsarəti olmadığı üçün o, Məhkəmə Tibbi Ekspertizasında müayinə olunmaqdan imtina etmişdir. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə saat 21:48-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində avtomobil yolunda piyada hərəkətdə olan zaman sonradan gördüyü Toyota Prius markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onu vuraraq xəsarət yetirmişdir. Bundan sonra TTYS avtomobili gələrək onu müayinə olunmağı üçün Sabunçu xəstəxanasına apardmış, Sabunçu xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, o təhlükəni baş verdikdən sonra görmüş, baş vermiş hadisə ilə bağlı o, Sabunçu xəstəxanasına müraciət etmiş, xəsarəti olmadığı üçün o, Məhkəmə Tibbi Ekspertizasında müayinə olunmaqdan imtina etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 xx.xx.2023-cü il tarixli, 1459 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə X2 müraciət edərkən ona "qapalı kəllə-beyin travması. baş beyin silkələnməsi. ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası" diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə. yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyal hadisəsi nəticəsində əmalə gələ bilərdilər: dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa ınüddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. DYP-nin Web portalından əldə edilmiş çıxarışdan görünür ki, həmin çıxarış Şəxs xx.xx.2022-xx.xx.2023-cü il tarixlərini əhatə edən balı olan cərimələrinin siyahısını əks etdirir və həmin balların cəmi 15 təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Füzuli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hadisə ilə bağlı ondan heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.7 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 327.7-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.7-ci maddəsinə əsasən 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsin onunla barışmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata həmin maddəyə münasibətdə xitam verilməlidir. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata həmin maddəyə münasibətdə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar