Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5147/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkarlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Y.Uzunoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1046/2022 nömrəli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs3 MMC-nin mülkiyyətində olan “Man TGA 18440-yük” markalı **-JZ-*** qeydiyyat nömrəli yəhərli dartıcı və “Schmitz” markalı **-JZ-*** qeydiyyat nömrəli yarımqoşqu cavabdehlər X10 və Şəxs istifadəsindən alınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılmalıdır, cavabdehlər X4 və Şəxs müştərək qaydada iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 30377,00 (otuz min üç yüz yetmiş yeddi) manat əsas lizinq borcu, 15742,00 (on beş min yeddi yüz qırx iki) manat faiz borcu, 500 (beş yüz) manat hesablanmış cərimə olmaqla, ümumilikdə 46619 (qırx altı min altı yüz on doqquz) manat borc və 189 (yüz səksən doqquz) manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2022 saylı icra vərəqəsinə əsasən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(111)-92/2018 saylı əmri ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qasımova (Babayeva) Fatma Nəriman qızının xeyrinə Şəxs tərəfindən ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilməlidir. Şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Qasımova (Babayeva) Fatma Nəriman qızına ödənilməlidir. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. Şəxs 8 (58- 50) manat dövlət rüsumu tutularaq dövlət gəlirinə alınmalıdır. Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 12871,03 manat pul vəsaiti alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin Şəxs borclarının icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, vərəqəsinə əsasən Zərərçəkmiş şəxs3 MMC-nin mülkiyyətində olan “Man TGA 18440-yük” markalı **-JZ-*** qeydiyyat nömrəli yəhərli dartıcı və “Schmitz” markalı **-JZ-*** qeydiyyat nömrəli yarımqoşqu cavabdehlər X10 və Şəxs istifadəsindən alınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılmalıdır, cavabdehlər X4 və Şəxs müştərək qaydada iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 30377,00 (otuz min üç yüz yetmiş yeddi) manat əsas lizinq borcu, 15742,00 (on beş min yeddi yüz qırx iki) manat faiz borcu, 500 (beş yüz) manat hesablanmış cərimə olmaqla, ümumilikdə 46619 (qırx altı min altı yüz on doqquz) manat borc və 189 (yüz səksən doqquz) manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2022 saylı icra vərəqəsinə əsasən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(111)-92/2018 saylı əmri ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qasımova (Babayeva) Fatma Nəriman qızının xeyrinə Şəxs tərəfindən ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilməlidir. Şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Qasımova (Babayeva) Fatma Nəriman qızına ödənilməlidir. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. Şəxs 8 (58-50) manat dövlət rüsumu tutularaq dövlət gəlirinə alınmalıdır. Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 2(111)-48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 12871,03 manat pul vəsaiti alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələblər borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1046/2022 saylı qətnaməsi 27 aprel 2022-ci ildə qüvvəyə minmişdir, lakin Şəxs tərəfindən bugünədək heç bir ödəniş edilməmişdir. Dəfələrlə onunla əlaqə saxlanaraq, ödənişlə bağlı güzəştli şərtlər irəli sürülməsinə baxmayaraq, Şəxs qətnamənin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Şəxs 2800 manat borcu var. 2023-cü il ərzində yalnız 1 dəfə ödəniş etmişdir. Məhkəmənin qətnaməsinə uyğun olaraq Şəxs hər ay 2 uşaq üçün birlikdə 320 manat aliment ödəməlidir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Şəxs 558 manat borcu var. O artıq 3 aydır ki, borcunu ödəmir. Əvvəllər də gecikmələrlə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, işsiz olduğu üçün borclarını ödəyə bilmir. Bir sıra problemləri olmuş, Rusiyada maşını yanmışdır. Yollar bağlı olduğu üçün işləyə bilmir və maaşını da ala bilmir. Əvvəllər borclarının bir qismini ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1046/2022 nömrəli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs3 MMC-nin mülkiyyətində olan “Man TGA 18440yük” markalı **-JZ-*** qeydiyyat nömrəli yəhərli dartıcı və “Schmitz” markalı **-JZ-*** qeydiyyat nömrəli yarımqoşqu cavabdehlər X10 və Şəxs istifadəsindən alınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılmalıdır, cavabdehlər X4 və Şəxs müştərək qaydada iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 30377,00 (otuz min üç yüz yetmiş yeddi) manat əsas lizinq borcu, 15742,00 (on beş min yeddi yüz qırx iki) manat faiz borcu, 500 (beş yüz) manat hesablanmış cərimə olmaqla, ümumilikdə 46619 (qırx altı min altı yüz on doqquz) manat borc və 189 (yüz səksən doqquz) manat dövlət rüsumu tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1046/2022 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1046/2022 nömrəli icra sənədi üzrə borclu xx.xx.1987-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Y.Uzunoba kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-5049/2022 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6101/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim edilmişdir. İcra sənədlərinin ümumi icraata birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6101/2013 nömrəli, xx.xx.2013-cü il tarixli, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin e-2(11)-48/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1046/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2022 nömrəli, xx.xx.2022-ci il icra sənədlərində borclu Şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1046/2022 nömrəli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2022 saylı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6101/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 20 noyabr 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5147/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5147/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver