Məhkəmə qərarları › İş №3(006)-5149/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5149/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5149/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 nümayəndəsi X1 iştirakları ilə xx.xx.1987-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 11 saylı yataqxanada yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1174/2023 saylı, 15 mart 2023-cü il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1174/2023 saylı, 15 mart 2023-cü il tarixli icra sənədi barədə xəbərdar olmuş və lakin onun əvvəl işlədiyi yer üzrə aliment məbləğinin hesablanıb çıxılmasının icra məmuru tərəfindən təmin ediləcəyini düşündüyü üçün alimentin ödənilməsinə görə hər hansı hərəkət etməmişdir. Sonradan zərərçəkmiş şəxsin qardaşı tərəfindən onun işdən azad olunması üçün müvafiq orqanlara müraciətlər olunmuş və nəticədə onu işdən azad etmişlər. Bina görə də, işdən azad olunduqdan sonra onun aliment üzrə ödəniş etmək imkanı olmamışdır. O, heç zaman alimenti ödəməkdən yayınmamış, məhkəmə icraatı dövründə 243 manat ödəniş etmiş və hər ay 250 manat olmaqla ödəniş etmək öhdəliyini üzərinə götürür. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X5 bildirdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1174/2023 saylı, 15 mart 2023-cü il tarixli icra sənədi Şəxs tərəfindən qəsdən icra edilmir. Belə ki, Şəxs hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsinin aliment olaraq tutulub X6 ödənilməsi məhkəmə qətnaməsində göstərilmişdir. Lakin Şəxs aliment üzrə heç bir ödəniş etmir və qərəzli olaraq uşaqılarına maddi yardım etməkdən imtina edir. Uşaqların gündəlik maddi ehtiyaclarını qarşılamaq Şəxs öhdəliyi olduğundan aliment üzrə ödənişlərin tam olaraq ödənilməsini istəyir. Halhazırda isə ümumi məbləğdən 243 manat ödəniş edilmiş, qalan borcunu isə ödəyəcəyinə söz verir. Qetd olunanları nəzərə alaraq, qanuna müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1174/2023 saylı, 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay qzancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Şəxs tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara pul ödənilməmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs məhkəmə icraatı dövründə aliment üzrə 243 manat ödəmiş və sonradan hər ay 250 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1174/2023 saylı, 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay qzancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Şəxs tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar