Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5182/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 "xxxx" MMC-nin (VÖEN №**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 15 noyabr 2023-cü il tarixli 00100-02929/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-031280/2023 saylı, xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq həmin raportda qeyd edilən "xxxx" MMC tərəfindən **********4270 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixdən bitmiş, lakin "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi öhdəlik müddəti bitdikdən sonra həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC xx.xx.2020-ci il tarixli, **********4270 sorğu nömrəli gömrük bəyannamələri ilə "Müvəqqəti İxrac" gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri gaytarılma müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 10 (on) gün sonra xx.xx.2023- cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük təkrar idxal gömrük proseduru altında rəsmiləşdirilərək müvafiq olaraq **********60346 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Faktla bağlı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatı alınmış, Zəfər Bayramı ərəfəsinə təsadüf etdiyi üçün gecikmə baş vermiş, həmçinin Samur gömrük postundakı növbə sıxlığı ilə bağlı olduğu qeyd edilmişdir. Daha sonra isə həmin mallarla bağlı **********0346 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə ölkə ərazisində təkrar idxal edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs "xxxx" MMCnin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən "xxxx" MMC tərəfindən **********4270 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixdən bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən heç bir tədbir görülməmişdir. xx.xx.2020-ci il tarixli, **********4270 sorğu nömrəli gömrük bəyannamələri ilə "Müvəqqəti İxrac" gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri gaytarılma müddətinin son tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilsə də, "xxxx" MMC tərəfindən malların öhdəlik müddəti bitdikdən 10 (on) gün sonra yəni xx.xx.2023-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yük təkrar idxal gömrük proseduru altında rəsmiləşdirilərək müvafiq olaraq **********60346 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə gecikmələr baş verdiyi sübuta yetirilmişdir ki, və "xxxx" MMC tərəfindən **********0346 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə ölkə ərazisinə təkrarən idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5182/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5182/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver