Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5183/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 14 noyabr 2023-cü il tarixli, 00100-02902/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-/3-1-030833/2023 nömrəli xx.xx.2023-cü il tarixli tarixli raportun icrası ilə əlaqədar həmin raportda "xxxx" MMC tərəfindən **********0523 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixindən bitmiş barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar "xxxx" MMC tərəfindən Sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin başa çatdığı və həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmədiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. İş üzrə araşdırma zamanı "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, qida ilə bağlı sənədlərdə çatışmamazlıq səbəbindən saxlanc müddətini pozmuşlar. Həmin yüklər hal-hazırda "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 14-cü km yerləşən Bakı Baş Gömrük İdarəsinin 6-cı anbarında saxlanıldığını qeyd etmişdir. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhkim edilmiş, g/x-i leytenantı X3, "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X4 və Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun inspektoru Əlizadə Bəhram oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına 77JE561/99ZG216 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixədək rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli GİB**********014 nömrəli invoys sənədi əsasında **********0523 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş yüklərə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 14-cü km yerləşən Bakı Baş Gömrük İdarəsinin 6-cı anbarında yerləşən "xxxx" MMC-yə məxsus anbarında baxış keçirilmişdir, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs onlardan asılı olmayan səbəblərdən gecikmələr olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhəri Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli, 00100-02902/23 saylı, EP №0130961 inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-/3-1- 030833/2023 nömrəli xx.xx.2023-cü il tarixli tarixli raportun icrası ilə əlaqədar həmin raportda "xxxx" MMC tərəfindən **********0523 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixindən bitmiş barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar "xxxx" MMC tərəfindən Sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin başa çatdığı və həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmədiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. İş üzrə araşdırma zamanı "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, qida ilə bağlı sənədlərdə çatışmamazlıq səbəbindən saxlanc müddətini pozmuşlar. Həmin yüklər hal-hazırda "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 14-cü km yerləşən Bakı Baş Gömrük İdarəsinin 6-cı anbarında saxlanıldığını qeyd etmişdir. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhkim edilmiş, g/x-i leytenantı X3, "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X4 və Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun inspektoru Əlizadə Bəhram oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına 77JE561/99ZG216 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixədək rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli GİB**********014 nömrəli invoys sənədi əsasında **********0523 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş yüklərə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 14-cü km yerləşən Bakı Baş Gömrük İdarəsinin 6-cı anbarında yerləşən "xxxx" MMC-yə məxsus anbarında baxış keçirilmişdir, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 07 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə təhkim edilmiş g/x leytenantı, X1-Baku" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun inspektoru Əlizadə Bəhram tərəfindən tərtib edilmiş, 07 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Türkiyə Respublikasından "xxxx" MMC-nin ünvanına 77JE561/99ZG216 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixədək rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli GİB**********014 nömrəli invoys sənədi əsasında **********0523 sorğu nömrəli xx.xx.2023cü il gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş yüklərə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 14-cü km Bakı Baş Gömrük İdarəsinin 6-cı anbarında olan baxış keçirilmiş, mallar **********0523 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə eyniləşdirilmiş, yoxlanılmış, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edilmişdir. Akta malların fotoşəkilləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə protokoldan görünür ki, İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs barəsində 00100-02902/23 saylı inzibati xəta haqqında iş üzrə İXM-nin 61.1.1-ci əsasən Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X4 iş materialları ilə tanış olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5183/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5183/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver