Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-521/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi İsmayılov Əkrəm oğlunun və müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022ci il tarixli, 6-1.26-2-2022-17488 saylı məktubu ilə tələb edilən məlumatı (N.Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması barədə), həmçinin N.Məmmədovun müraciətində göstərilən sənədlərin surətlərini göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs ASC-nin barəsində başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilib-verilməməsini məhkəmənin mülaizəsinə buraxdığını bildrmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs ASC-yə Mərkəzi Bank tərəfindən göndərilmiş sorğulara cavab verilmiş və vətəndaşın müraciətinə əsasən sənədlər banka təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, istinad olunan maddə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə görə vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyətini nəzərdə tutur. Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, ASC bankın xx.xx.2022-ci il tarixli məktubu ilə tələb edilən məlumatı göstərilmiş müddət ərzində banka təqdim etməmiş, bununla da inzibati xəta törətmişdir. Buna əsasən bildirmişdir ki, bank tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixdə ASC-yə məktub ünvanlanaraq göstərilmişdir ki, vətəndaş N.Məmmədov banka müraciət edərək, ASC-nin fəaliyyətinə aid sənədləri əldə etmək üçün ASC-yə müraciət etdiyini, lakin həmin sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Buna görə də sənədlərin ona təqdim edilməsini və bu barədə 7 gün müddətində banka məlumat verilməsini bildirmişdir. Bankın bu məktubunun giriş hissəsində vətəndaşın ərizəsinin bankın müraciətinə əlavə olunacağı barədə qeyd edilsə də, müraciətin ümumiyyətlə, qoşma hissəsi olmamış və reallıqda da həmin vətəndaşın ərizəsi bank tərəfindən ASC-yə göndərilməmişdir. Bankın həmin müraciəti qeyri-dəqiq, mücərrəd olduğu və vətəndaşın ərizəsi əlavə edilmədiyi üçün ASC bankın bu müraciətinə müraciətdə göstərdiyi ümumi məlumatlara əsasən xx.xx.2022-ci il tarixdə cavab verərək, sənədlərin həmin vətəndaşa çoxdan təqdim edildiyini bildirmiş, cavab məktubuna da bununla bağlı müvafiq sənədləri əlavə etmişdir. Çünki bank ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində vətəndaşın konkret hansı sənədləri istədiyini göstərməmiş, sadəcə ümumi formada bildirmişdir ki, vətəndaş N.Məmmədov ASC-nin ona sənədləri təqdim etməməsinə görə banka müraciət etmişdir. Halbuki, həmin vətəndaş tərəfindən son bir neçə ayda ASC barədə müxtəlif orqanlara çoxsaylı əsası olmayan şikayətlər ünvanlanmış, eləcə də ASC-nin özünə müxtəlif vaxtlarda müxtəlif sənədlərin tələb edilməsi ilə bağlı fərqli müraciətləri daxil olmuşdur, bank isə vətəndaşın məhz konkret hansı istəyi ilə bağlı ona müraciət etdiyi ərizəsini ASC-yə göndərdiyi müraciətinə əlavə etməmişdir. Belə olan halda ASC tərəfindən hansı pozuntu edilmişdir? Bundan sonra bank yenidən xx.xx.2022-ci il tarixdə ASC-yə təkrar məktub göndərərək, sənədlərin ASC tərəfindən guya təqdim edilmədiyini, buna görə də 5 gün müddətində sənədlərin təqdim edilməsini tələb etmişdir. ASC tərəfindən həmin müraciət xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə cavab verilmişdir. Ümumiyyətlə, ASC tərəfindən bankın hər 2 sorğusuna da bankın tələb etdiyi müddətlərdə cavab verilmişdir. Halbuki bankın ümumiyyətlə, tələbinə konkret olaraq 05 və ya 07 gün müddətində cavab verilməsinin imperativliyi hər hansı qanunvericilikdə öz əksini tapmamışdır. Lakin buna baxmayaraq, ASC tərəfindən həmin müddətlərə belə riayət olunaraq, tələb olunan sənədlər təqdim edilmişdir. Qeyd olunanlardan da açıq-aşkar göründüyü kimi ASC-nin hərəkətində hər hansı inzibatı xəta tərkibi mövcud deyildir. Göstərilənləri nəzərə alaraq Şəxs ASC-nin barəsində başlanılmış inizbati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 6-1.26-2022-16482 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Nəsib Məmmədovun müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində Şəxs ASC-nin fəaliyyətinə dair qanunvericilikdə nəzərdə tutulmuş sənədləri əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. ASC-nin nəzərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq olaraq səhmdar, səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq və sənədlərin ona təqdim edilməsini tələb etmək hüququna malik olduğu çatdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq N.Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, onun müraciətində göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 07 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin göndərişinin surətindən görünür ki, Mərkəzi Bank tərəfindən göndərilmiş məktub Şəxs ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs ASC-nin direktoru Ə.İsmayılov tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2022-ci il tarixli, № 88 saylı ərizənin surətindən görünür ki, N.N.Məmmədov 2016-cı ildən - 2018-ci ilə qədər ASC-nin səhmdarı olmuş, sonradan səhmini satmış, ASC ilə hər hansı bağlılı qalmamışdır. Bir müddət əvvəl N.N.Məmmədov ASC-nin səhmdarları X1 adından ona etibarnamə təqdim edərək, ona çatası 10.000 manatı almış, bundan sonra V.Hüseynov onlara müraciət edərək, vəsait istədikdə o, N.N.Məmmədova etibarnamə əsasında həmin onun nümayəndəsi kimi N. Məmmədova verdiklərini bildirdikdə, o, bundan məlumatının olmadığını, həmin vəsaiti almadığını bildirmiş, sonradan onu N.Məmmədov arasında məhkəmə mübahisələri başlamışdır. Həmin ərəfələrdə N.Məmmədov həmçinin ASC-nin digər səhmdar X7, X3, X14 və X8 adından ona müraciət edərək, etibarnamələri ona göstərərək, şifahi şəkildə həmin şəxslərə 2016-cı ildən-2022-ci ilin fevral ayınadək biz tərəfdən ödənməli kompensasiyanın ona verilməsini xahiş etmiş, o, isə oxşar problemlərlə qarşılaşmamaq üçün həmin şəxslərin özləri ilə əlaqə yaratdıqda məlum olmuşdur ki, onlar Naxçıvanda yaşadıqlarından N.Məmmədov onlara etibarnaməni başqa məqsədlər üçün almış, onların N.Məmmədovun ASC-nin onların adından gəlməsi barədə hər hansı məlumatı yoxdur. Onlar ondan xahiş etmişlər ki, onlara çatan vəsaitin qalıq hissəsini yalnız özlərinə verimiş, bu barədə N.Məmmədova bildirdikdə, o, hiddətlənmiş, aralarında mübahisə yaranmışdır. Sonradan ona məlum olmuşdur ki, N.Məmmədov hən etibarnamələrlə həmin şəxslərin adlarına olan səhmlərin bir hissəsini o, E.N.Məmmədovun, bir hissəsini isə qızı N.N.Məmmədovanın adına keçirtmişdir. Onda olan məlumata görə bununla bağlı hazırda N.Məmmədovla o etibarnamə verən şəxslər arasında mübahisələr davam etməkdədir və onlar N.Məmmədova verdikləri etibarnamələri ləğv etdirmişlər. Həmin şəxslərin səhmlərini övladlarının adına rəsmiləşdirdikdən sonra N.Məmmədov bu dəfə artıq övladlarının nümayəndəsi kimi ona müraciəl edərək 2021 və 2022-ci il üçün övladlarına çatan vəsaitin verilməsini tələb etmiş, o, isə onun tələbinə uyğun olaraq nümayəndəsi olduğu şəxslərinövladlarının ASC-nin səhmdarları olduğu dövrə (E.N.Məmmədov 2021-ci ilin avqustundan, N.N.Məmmədova isə 2022-cilin fevralından ASC-nin səhmdarlarıdır) aid olan müvafiq vəsaiti ona ödəmiş, həmçinin onun ünvanladığı bütün ərizələrə cavab vermiş, istədiyi sənədləri ona təqdim etmişdir. Belə ki, E.N.Məmmədov və N.N.Məmmədova xx.xx.2022-ci il tarixdə onlara ərizələr göndərərək, onlara məxsus səhmlərə görə 2021-2022-ci illər üçün onlara kompensasiya, dividend və s. ödənişlərin ödənilməsini xahiş etmişlər. Onların bu ərizələrinə tərəflərindən hər şeyi təfsilatı ilə təsvir edən xx.xx.2022-ci il tarixdə cavab məktubları göndərilmiş və həmin məktublarda göstərilmişdir ki, ataları N.N.Məmmədova xx.xx.2022-ci il tarixdə E.Məmmədovun və N.Məmmədovanın nümayəndəsi kimi 8.000 manat kompensasiya verilmişdir, (bununla bağlı məxaric xəzinə orderinin surəti əlavə ediləcəkdir. Həmçinin xx.xx.2022-ci il tarixdə E.Məmmədov və N.Məmmədov onlara ərizə ilə müraciət edərək ASC-nin nizamnaməsinin və fəaliyyəti ilə bağlı digər sənədlərin ona təqdim edilməsini xahiş etmiş, o, isə xx.xx.2022-ci il tarixdə həmin sənədlərin surətlərini onlara təqdim etmişlər, (məktubların surəti əlavə ediləcəkdir. N.Məmmədov bunlarla kifayətlənməyərək, ondan 2016-2020-ci ilin sənədlərini, vəsaitlərini istədikdə isə o, N.Məmmədova həmin dövrdə nə onun özünün, nə də ki övladlarının ASC-yə hər hansı aidiyyəti olmamasını, ASC-nin səhmdarları olmadıqlarını bildirmişdir. Yuxarıda qeyd elədiklərimdən sonra N.Məmmədovun ona qarşı qərəzli davranışları başlamış, haqqında bir çox orqanlara gah özü, gah da övladlarını adından müxtəlif məzmunlu, həqiqətə uyğun olmayan ərizələr yazmağa başlamışdır ki, Mərkəzi Banka ünvanlanan oğlunun adından olan ərizə də bunlardan biridir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 6-1.26-2022-17488 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 6-1.26-2022-16482 saylı sorğusu ilə tələb edilən məlumat və sənədlər Şəxs ASC tərəfindən bugünədək təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən sorğu və göstəriş məktublarında göstərilən məlumat və sənədləri 05 (beş) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin göndərişinin surətindən görünür ki, Mərkəzi Bank tərəfindən göndərilmiş məktub Şəxs ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs ASC-nin direktoru Ə.İsmayılov tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2022-ci il tarixli, № 89 saylı məktubun surətindən görünür ki, ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli təkrar müraciətlə bağlı bildirmişlər, bundan əvvəl Mərkəzi Bank tərəfindən ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə əsasən ASC tərəfindən müvafiq sənədlər əlavə edilməklə xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka ərtaflı cavab məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş X4 Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, ASC-nin onun adına (Məmmədov Astan B) 352 ədəd səhmə düşən 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manatı (altı ilə düşən) xx.xx.2022-ci il tarixdə almış, 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manatdan 8.000 (səkkiz min) manat almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, N.N.Məmmədova binanın sökülməsi ilə əlaqədar ayrılmış kompensasiyadan Şəxs ASC-nin direktoru Ə.Ş.İsmayılovdan 8.000 (səkkiz min) manat almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17488 saylı məktubu ilə tələb edilən məlumatı (N.Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması barədə), həmçinin N.Məmmədovun müraciətində göstərilən sənədlərin surətlərini göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 16.11 və 05 dekabr 2022-ci il tarixlərdə Şəxs ASC-yə N.Məmmədovun müraciətinə cavab verilməsi məqsədilə sonuncunun tələb etdiyi sənədlərin qanunla müəyyən edilmiş müddət ərzində banka təqdim edilməsini xahiş edilmiş, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli sorğusu xx.xx.2022-ci il tarixdə ASC-yə çatdırımış və sorğuda qeyd edilmiş N.Məmmədovun banka ünvanladığı ərizə qoşma kimi sorğuya əlavə edilməsi göstərilsə də, əlavə edilməmiş, buna baxmayaraq ASC-nin direktoru Ə.İsmayılov tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli sorğusuna ətraflı şəkildə məlumat verilmişdir. Lakin Bank həmin məlumatla kifayətlənməyərək yenidən xx.xx.2022-ci il tarixdə vətəndaşın şikayətində göstərilmiş sənədlərin təqdim edilməsini tələb etmiş, ASC tərəfindən yenidən Mərkəzi Bankın sorğusu cavablandırılmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sorğu edilmiş məlumatlar Şəxs ASC tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə təqdim edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 548.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-521/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-521/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver