Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5217/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan X5 nümayəndəsi X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X6 iştirakı ilə, Şəxs QSC-nin barəsində (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102a, X16, 11-ci mərtəbə; VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neolit dairəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi X11 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İsuzu” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan X5 Nizamnaməsinin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan X5 vəzifəsi olaraq müəyyən edilmişdir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirilir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılır. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməlidirlər. Qeyd olunan “Avtomobil nəqliyyatı haqında” Azərbaycan Respublikası Qanununun, həmçinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”na görə sürücülər eyni zamanda reys qabağı tibbi müayinədən də keçirilməlidir. Qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Göstərilənlər nəzərə alınmaqla Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə inzibati məuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, X7 məhkəməyə təqdim olunan etiraz ərizəsinə uyğun çıxış edərək izahatında bildirmişdir ki, Azərbaycan X5 Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X8 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İSUZU NMR85H YÜK” markalı “** JK ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinin aşkar edilməsi səbəbindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN №2119123 nömrəli “İnzibati xəta haqqında” protokol qanunsuz və əsassız olduğundan aşağldakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli, №556-İİİQ nömrəli) 26.3-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2008-ci il tarixli 792 nömrəli Fərmanının 1 və 1.8-ci bəndləri ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində həmin Qanunun 26.3cü maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının müəyyən etdilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.1-ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdir, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1.2-ci bəndinə görə, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli) 1.0.4-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar-sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar-hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən E.Qurbanov QSC-yə sürücü ekspeditor vəzifəsinə qəbul edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar anlaşılır. Həmin Qanunun 17.1-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 37.1 -ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə görə, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə görə, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın müddəalarından göründüyü kimi, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkə daxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara, yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara, yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilmədiyi halda, Azərbaycan X5 Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X8 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İSUZU NMR85H YÜK” markalı “** JK ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinin əsas götürülərək, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq MN №2119123 nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Azərbaycan X5 Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X8 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydası təsbit edilmişdir. xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolda “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan” hissədə Şəxs Qapalı Səhmdar Cəmiyyətini təmsil etmək üçün müvafiq səlahiyyəti olmayan sürücü X3 özbaşına olaraq QSC-nin nümayəndəsi kimi qəbul etmiş və protokolun tərtibində onun iştirakı təmin edilmədən və ona protokolun surətini təqdim etmədən ona münasibətdə “izahatında bildirdi ki,” sətrində “Protolnan tanış oldu və surətini aldı” kimi heç bir hüquqi əsasları olmayan, özündən uydurduğu saxta ifadələri protokola daxil etmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolun “Bu fakt ilə təsdiq edilir” hissəsində “Azərb.X5 Bakı Req.İdarəsinin X1 tərəfindən aşkar edib.müvafıq akt Video və foto şəkillər çəkilmişdir.” kimi ifadələri qeyd etmişdir. Burdan belə nəticə çıxır ki, inzibati xətanın aşkar edilməsində video və foto çəkilişlər aparılmaqla xüsusi texniki vasitələrdən istifadə olunmuşdur. Lakin inzibati protokolu tərtib edən Azərbaycan X5 Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.8-ci maddəsinin tələbini pozaraq “inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları” protokola daxil etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgiin həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları protokola daxil etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76, 100.3, 100.4, 100.5.8-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarında göstərilir: Konstitusiya Məhkəməsi Plenumu inzibati xəta haqqında protokolun hüquqi mahiyyətinin və əhəmiyyətinin açıqlanmasını zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərilir: “müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir.” “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyul 2004-cü il tarixli, 688-11 QD saylı Azərbaycan Respublikasının Qanununun 111 hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Göründüüyü kimi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara, yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilmədiyi halda, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq MN №2119123 nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs QSC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki vəziyyətinin reysqabağı yoxlanılmış, nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neolit dairəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN №**********) mülkiyyətində olan “İsuzu” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X4 Azərbaycan Respublikasının NK-nin 2009-cu il 24 aprel tarixli 71№ qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi X11 tərəfindən reysqabağı texniki müayinə məntəqələrinin siyahısı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin ünvanlarının siyahısı, Bakı Regional İdarəsinin Yük daşımaları şöbəsinin inspektorunun vəzifə təlimatı ilə bağlı zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokolun Şəxs QSC-yə göndərilməsi ilə bağlı bildirişdən görünür ki, bildiriş və protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, surəti isə Şəxs QSC-yə göndərilmişdir. Tərtib edilmiş protokolda qeyd edilmişdir ki, protokolun surəti xx.xx.2025-ci il tarixində 3-27-103/2-15764/2025 nömrəli məktubla hüquqi şəxsin ünvanına göndərilmişdir, lakin ünvana çatdırılma ilə bağlı hər hansı bir sübut iş materillarına əlavə edilməmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, X4 Şəxs Qapalı Səhmdar Cəmiyyətin sürücü-ekpeditorudur. 012766 nömrəli xüsusi “Fərqlənmə nişanı”ndan görünür ki, “İsuzu NMR85H YÜK” markalı, 77JK176 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Şəxs Qapalı Səhmdar Cəmiyyətidir. Beləliklə, məhkəmə iş materiallarını və hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin verdiyi ifadələri araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına diqqət yetirdikdə müəyyən edilir ki, protokol tərtib edilərkən barəsində iş üzrə icraat aparılan şəxs qismində hüquqi şəxsin nümayəndəsi kimi X4 göstərilsə də, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş əmək müqaviləsində X2 vəzifəsi QSC-nin sürücü-ekspeditoru kimi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Qeyd edilən halda sürücünün səlahiyyətli nümayəndə kimi göstərilməsi və onun iştirak ilə inzibati xəta ilə bağlı işə baxılması qanunamüvafiq olmamışdır. Bundan başqa məhkəmə normanın tətbiqi ilə bağlı bildirmək istəyir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli, №556-İİİQ) 26.3-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarla "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” təsdiq edilmişdir. Həmin “Qayda”nın 1.1-ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. “Qayda”nın 1.2-ci bəndinə görə, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4.-cü maddəsinə görə avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar dedikdə sərnişin və ya yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür. Qanunun təhlilindən də müəyyən edilir ki, İXM-in 326-cı maddəsi kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm daşımalara şamil edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar dedikdə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar başa düşülür. Hansı ki, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. Bundan başqa, Qanunun 1.0.9-cu maddəsinə görə daşıyıcı dedikdə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Həmin Qanunun 37.1-ci maddəsində, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi öhdəsinə götürür, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. Nəzərə almaq lazımdır ki, eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə diqqət yetirməyi də zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 221.4.9-cu maddəsində görə vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5217/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5217/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver