Məhkəmə qərarları › İş №3(006)-5218/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5218/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5218/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan hüquqi Şəxs MMCşəxs: nin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və Ə.Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllədə yerləşən “Courtyard by Marriott Baku” otelində xx.xx.2023-cü il tarixdə X2na riayət olunması ilə bağlı aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və Ə.Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllədə yerləşən “Courtyard by Marriott Baku” otelinin binasının təhvil-təslimi zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti tərəfindən parklanma yerində heç bir yanğın siqnalizasiya sistemi ilə bağlı rəy olmamışdır. Parklanma yerinin bir hissəsi açıqdır və orada “Karbonmonoksid CO” siqnal cihazı və detektoru mövcuddur. Cəmiyyət müasir dövrdə otaqlarda hansısa kağız məlumatları yerləşdirmək düzgün hesab etmir. Çünki otaqlarda qapı arxasında təxliyyə proseduru və yanğın zamanı “zəng vur” lövhəsi asılmışdır. Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti əlavə olaraq masaların üzərinə kağız bukletlərin qoyulmasını tələb etmişdir. Cəmiyyət isə kağız bukletlərdə olan məlumatları digital olaraq monitorlarda yerləşdirməyi düzgün hesab edir. Bundan əlavə, çardaqlara quraşdırılmış taxta konstruksiyalara odadavamlı məhlul hopdurulsa da, bununla bağlı müvafiq sertifikatı olmadığından Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti yenidən sertifikatın alınmasını tələb etmişdir. İşin mürəkkəbliyi ilə əlaqədar qeyd olunan nöqsanlar 2 ay ərzində aradan qaldırılacaq. Bunun nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 30 oktyabr 2023-cü il tarixli, KY231989046 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və Ə.Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllədə yerləşən “Courtyard by Marriott Baku” otelində plan üzrə (növbəti) 13xx.xx.2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilir; - xx.xx.2023-cü il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”na əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və Ə.Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllədə yerləşən “Courtyard by Marriott Baku” otelində “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq binanın 10-cu mərtəbəsində yerləşən çardaqlara quraşdırılmış taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmamış, obyektin avtodayanacaq sahəsi avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmamış, obyektin qonaq otaqlarında qonaqlar tərəfindən riayət olunması məcburi sayılan “X2” haqqında qısa yaddaş kitabçası mövcud deyil. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və Ə.Topçubaşov küçələrinin kəsişməsi, 300-303-cü məhəllədə yerləşən “Courtyard by Marriott Baku” otelində yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə yerinə yetirilməmişdir. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). “Azərbaycan Respublikasında X2”na əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2001-ci il tarixdə 2693 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır): - Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır (2.5-ci bənd); - Mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar (4.4-cü bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 2 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş izibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs MMC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 2 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar