Məhkəmə qərarları › İş №3(006)-5221/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5221/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5221/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında EQ 17586470 saylı inzibati xəta haqqında protokoldan görünür ki, İXM-in 346.1 və 332.3-cü maddəsi ilə nəzərdə ttulmuş inzibati xətanın törədilməsi aşkar edilmiş və həmin protokola əsasən inzibati tənbeh vermə haqqında qərarla 300 manat cərimə edilmişdir. Bildirir ki, həmin qərar qanunsuz və əsassızdır. Barəsində hər hansı tənbehin olmasından məlumatlı olmamışdır. Eyni zamanda həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir və səhhəti ilə əlaqədar uzun müddətdir nəqliyyat vasitəsi idarə etmir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək göstərdi ki, onun adına cərimələrin sayı çox olub, həmin cərimələri ödəyə bilməmişdir. Buna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokollar tərtib olunmuş və onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Bundan sonra o, cərimələri ödəyərək həmin məhdudlaşdırmaların aradan qaldırılması üçün məhkəməyə müraciət etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizələr məhkəmə tərəfindən təmin olunmuş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərarların surətini məhkəməyə təqdim edir. Hesab edir ki, anlaşılmazlıq üzündən onun barəsində İXM-nin 332-ci maddəsi ilə protokol tərtib olunmuş və 300 manat cərimə tətbiq edilmişdir. Buna görə də həmin qərarla razılaşmır. O, ümumilikdə 820 manat cərimə ödəmişdir, onun həmin cərimələrdən də xəbəri olmayıbdır. Qeyd edilən cərimələri sonradan bilmiş və hissə hissə ödəmişdir. Həmçinin, özü 2-ci Qarabağ müharibəsi qazisiydir, ayağını da həmin müharibədə itirmişdir. O, sürücülükdən başqa iş görə bilmir. Həmin ödədiyi cərimələri də borc alaraq ödəyib. Ailənin yeganə gəlir gətirən şəxsidir. Onun başqa yerdən qazancı yoxdur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2321/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cərimə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 3(003)- 2321/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2323/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cərimə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 3(003)- 2323/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2328/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cərimə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 3(003)- 2328/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2325/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cərimə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 3(003)- 2325/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2324/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cərimə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 3(003)- 2324/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2327/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 3(003)-2327/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2322/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 3(003)-2322/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. - X2 məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə könüllü olaraq SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən qeydiyyata alınmışdır. - X2 məxsus İ-9347 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, o, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - X2 məxsus İ-33610 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, o, “Vətən müharibəsinin iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmiş hesab edilməsi üçün əsas yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi halı aradan qalxmışdır. Belə ki, yuxarıda istinad olunan məhkəmə qərarlarından aydın olur ki, X3 tərəfindən cərimə və qanunla müəyyən edilmiş dəbbə pulu ödənildiyi üçün sürücülük hüququnun məhdudlaşdırılması barədə əvvəlki məhkəmə qərarları ləğv edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar 332.3-cü maddəyə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarda istinad olunan 346.1-ci maddəyə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin hissədə X3 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də şikayət həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar 332.3-cü maddəyə dair hissədə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar 332.3-cü maddəyə dair hissədə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından həmin hissədə xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar