Məhkəmə qərarları › İş №3(006)-5222/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5222/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5222/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2021-ci ildə "ASAN Ödəniş" internet informasiya resursunda yaradılmış elektron kabinetində onun barəsində xx.xx.2021-ci il tarixli EXP ******* №-li inzibati xəta haqqında protokol haqqında məlumat yerləşdirilmişdir. Həmin protokolun məzmunundan göründüyü, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindərı həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) törətməkdə təqsirli bilinmişdir. İnzibati xətanın törədildiyi tarix kimi xx.xx.2021-ci il göstərilmişdir. Həmin vaxtdan son dövrə kimi İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə hər hansı məlumat ona verilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqmda işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız о hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasmı təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin xx.xx.2023-cü il tarixində, yəni törədilməsində təqsirləndirildiyim inzibati xətanın guya törədildiyi gündən 2 il 5 aydan artıq müddət keçdikdən sonra elektron kabinetində onun barəsində inzibati xəta haqqında qərarın qəbul edilməsi və 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi barədə məlumat yerləşdirilmişdir. Lakin bu məlumatda nə qərarın nömrəsi, nə də onu qəbul etmiş vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı qeyd olunmamışdır. İnzibati xəta haqqmda iş üzrə xx.xx.2023-cü il tarixli qərardan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə etdiyi şikayət və şikayətə əlavə edilmiş sənədlər Məhkəmənin 3(004)-4822/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış (barəsində şikayət edilən qərar şikayətçi tərəfındən məhkəməyə təqdim edilmədiyinə görə) və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra şikayətçinin yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinə etdiyi təkrar müraciətə cavab olaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EPQ ******* №-li qərarın təsdiq olunmuş surəti xx.xx.2023-cü il tarixində ona təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “MyGov.az” portaldından əldə edilmiş çıxarışdan görünür ki, X3 barəsində xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə EXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli protokola baxılaraq X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati əməlini törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İş materiallarında görünür ki, X2 tərəfindən istinad olunan inzibati xəta xx.xx.2021-ci il tarixdə törədilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün müddətin axımı xx.xx.2021-ci il tarixdə başa çatmış və buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, onun barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 38.1, 53.1.6, 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar