Məhkəmə qərarları › İş №3(006)-5256/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5256/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5256/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X5, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Keştazlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-5255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hər iki protokol bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X4 DİN-nin 102 zəng xidmətinə və 19-cu PŞ-nə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısında saxladığı “Hyundai Elantra” markalı avtomobilin sağ yan şüşəsinin sındırılaraq içərisindən bank kartları, şəxsiyyət vəsiqəsi, avtomobilə dair sənədlər və 170 manat pulunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Oğurluq nəticəsində X2 170 manat maddi ziyan dəymiş, hadisəni törədən şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada icraat açılmışdır. Aparılmış araşdırma nəticəsində əməli törədən şəxsin Şəxs olması müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X6 izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan X9 DİN-nin 102 zəng xidmətinə və 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getdiyini və xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində avtomobilinə yaxınlaşan zaman ön sağ şüşəsinin naməlum şəxs tərəfindən sındırılaraq oturacağın üzərindən içərisində 50 manat pulu, avtomobilin texniki şəhadətnaməsi olan əl çantasının naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Hadisəni törədən şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada icraat açılmışdır. Aparılmış araşdırma nəticəsində əməli törədən şəxsin Şəxs olması müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak etməsi ilə bağlı zərərçəkmiş şəxs X9 ilə əlaqə saxlanılmış, sonuncu rayonda yaşadığı üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və ona dəymiş ziyanın ödənildiyini, Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən uşaq bağçasının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat təxminən 02:55 radələrində ağ rəngli “Chevrolet Cruze” markalı avtomobilin sağ şüşəsini sındıraraq içərisində 50 manat pul və sənədlər olan əl çantasını oğurlamışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində “Hyundai Elantra” markalı avtomobilin sağ şüşəsini sındıraraq içərisində sənədlər və 170 manat pul olan pul qabını oğurlamış, pulu götürdükdən sonra sənədləri zibil yeşiyinə atmışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı ödəmişdir, sonuncuların ona qarşı şikayət və tələbləri yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarların surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə aidiyyəti üzrə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, inzibati xəta törətmiş Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınması xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar