Məhkəmə qərarları › İş №3(006)-5260/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5260/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5260/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi X7 qızının iştirakları ilə Şəxs ASC (Ləğv prosesindədir) (hüquqi ünvanı: ünvan 1ublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs ASC-nin (Ləğv prosesindədir) mülkiyyətində olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 03:46-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli, 100.PN.2005.060912.00001 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bank tərəfindən X3 40.000 (qırx min) manat məbləğində pul vəsaiti ayrılmışdır. Sözügedən müqavilə üzrə «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi çıxış etmişdir. xx.xx.2015-ci il tarixdə X5 bank qarşısında olan öhdəliyini tam olaraq icra etmişdir. Lizinq obyekti olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyət hüquqlarının tanınmasına dair tərəflər arasında xx.xx.2015-ci il tarixli mülkiyyətə vemə aktı tərtib olunmuşdur. Lakin şəxs hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə etməmiş və nəticədə lizinq obyekti cari tarixədək bankın mülkiyyətində olmasına baxmayaraq faktiki olaraq sözügedən şəxsin istifadəsində olmuşdur. Dəfələrlə qeyd edilən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə məlumatın göndərilməsinə baxmayaraq, avtomobil ilə bağlı tərtib olunmuş protokol üzrə cərimələr Şəxs ASC-yə (Ləğv prosesindədir) təqdim olunmaqdadır. Bununla bağlı sonuncu dəfə 12 dekabr 2023-cü il tarixdə Baş X9 İdarəsinə məlumat verilmiş və qeyd edilən halları nəzərə alaraq sözügedən avtomobilə protokol üzrə tərtib olunmuş cərimələrin aidiyyəti üzrə X2 adına tərtib olunması xahiş edilmişdir. Şəxs ASC (Ləğv prosesindədir) qanunvericiliyin tələblərini pozmamış, daxil olan sorğu vaxtında cavablandırılmışdır. Belə ki, «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində məlumat xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon X9 şöbəsinə çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Yasamal Rayon X9 şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs ASC-yə (Ləğv prosesindədir) məxsus «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin şirkətə çatdırılmışdır; • "xxxx" MMC tərəfindən verilmiş 370444 saylı qəbzə əsasən Şəxs ASC-yə (Ləğv prosesindədir) məxsus «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində məlumat xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon X9 şöbəsinə çatdırılmışdır; • Şəxs ASC-nin (Ləğv prosesindədir) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə və Bakı şəhəri X9 İdarəsinə ünvanlanmış 12 dekabr 2023-cü il tarixli, **********246 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2012-ci il tarixli, 100.PN.2005.060912.00001 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bank tərəfindən X3 40.000 (qırx min) manat məbləğində pul vəsaiti ayrılmışdır. Sözügedən müqavilə üzrə «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi çıxış etmişdir. xx.xx.2015-ci il tarixdə X5 bank qarşısında olan öhdəliyini tam olaraq icra etmişdir. Lizinq obyekti olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyət hüquqlarının tanınmasına dair tərəflər arasında xx.xx.2015-ci il tarixli mülkiyyətə vemə aktı tərtib olunmuşdur. Lakin şəxs hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə etməmiş və nəticədə lizinq obyekti cari tarixədək bankın mülkiyyətində olmasına baxmayaraq faktiki olaraq sözügedən şəxsin istifadəsində olmuşdur. Dəfələrlə qeyd edilən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə məlumat göndərilməsinə baxmayaraq avtomobil ilə bağlı tərtib olunmuş protokol üzrə cərimələr Şəxs ASC-yə (Ləğv prosesindədir) təqdim olunmaqdadır. Qeyd edilən halları nəzərə alaraq sözügedən avtomobilə protokol üzrə tərtib olunmuş cərimələrin aidiyyəti üzrə X2 adına tərtib olunması xahiş edilmişdir. Beləliklə aydın olur ki, Şəxs ASC-nin (Ləğv prosesindədir) mülkiyyətində olan «HOWO ZZ» yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat qanunla müəyyən olunmuş vaxtda Bakı şəhər Yasamal Rayon X9 şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (Ləğv prosesindədir) barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar