Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5267/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 06; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC-nin mülkiyyətində olan «Mitsubishi L200» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 18:26-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Xətai Rayon Dövlət X3 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs MMC-yə məxsus «Mitsubishi L200» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 18:26-da inzibati xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin şirkətə çatdırılmışdır; • “Elektron kabinet” vasitəsilə işə dair daxil olmuş Şəxs MMC tərəfindən verilmiş etirazda qeyd olunur ki, Şəxs MMC-yə (VÖEN: **********) məxsus «Mitsubishi L200» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sorğu xx.xx.2023-cü il tarixdə Cəmiyyətə daxil olmuş və həmin sorğu xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, Cəmiyyətə daxil olan «Mitsubishi L200» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sorğu hazırkı protokola əlavə edilmiş sorğu deyil. Belə ki, Cəmiyyətə xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, saat 18:36-da törədilmiş inzibati xəta ilə bağlı sorğu daxil olmuşdur. Daxil olan sorğuya cavab 235 saylı məktubla “Azari Express” kuryer xidmətinin 709081 saylı qəbzi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai Rayon Dövlət X3 ünvan 2 ünvana göndərilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə şöbəyə çatdırılmış, lakin şöbənin əməkdaşları tərəfindən qanunvericilikdə tələbi nəzərdə tutulmayan “göndərənin əlaqə nömrəsi” olmaması əsası ilə qəbul edilməsindən imtina edilmişdir. Məktubun qəbul edilməsindən imtina ilə bağlı “Azari Express” kuryer xidməti 17 oktyabr 2023-cü il tarixdə akt tərtib etmiş, həmin akt Cəmiyyətə növbəti iş günü, yəni 18 oktyabr 2023-cü il tarixdə daxil olmuş, elə həmin tarixdə digər imtina edilən məktublarla birgə Bakı şəhər Xətai Rayon Dövlət X4 əlbəəl təqdim edilmiş və Ceyhun adlı əməkdaş məktubu qəbul etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Cəmiyyət özündən asılı olan bütün qanuni hərəkətləri etmiş, daxil olan sorğunu vaxtında cavablandırmış, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmamışdır. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunur. Beləliklə aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində olan «Mitsubishi L200» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 18:26-da İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. Sorğu xx.xx.2023-cü il tarixdə bu MMC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 06) deyil, «KOLİN İNŞAAT TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 20, mərtəbə 17) göndərilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5267/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5267/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver