Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-528/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasına 34BVF504/34BVF408 nömrə nişanlı yük avtomobilində Türkiyə Respublikasından ******* nömrəli xx.xx.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə idxal etdiyi 402 ədəd qurğuşunlu akkumulyator yükünü xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2656 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etsə də, rəsmiləşdirməni davam etdirməyərək xx xxxxxx 2020-ci il tarixdə eyni malları Bakı Baş Gömrük İdarəsində **********3509 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirmiş, saxlancda olan malların sərbəst dövriyyəyə buraxılışı üçün bəyannaməni xx xxxxxx 2020ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə rəsmiləşdirmək üçün göndərərək sonuncuyadək bəyannaməyə tələb olunan düzəlişləri etsə də, xx xxxxxxxx 2020-ci il tarixdə ödənişləri tamamlamaqla bağlı müvafiq bildirişi icra etməməklə hesablanılmış 120 manat gömrük yığımı və 1978,02 manat idxal rüsumundan ibarət 2098,02 manat gömrük ödənişləri və 765,77 manat dəbbə pulu ilə birlikdə 2863,79 manat gömrük borcunun ödənilməsindən yayınmış və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı qeyd olunan tələbləri pozmaqla gömrük rəsmiləşdirilməsi qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında icraat Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 00100-2740/20 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş materiallarında olan **********2656 saylı, xx xxxxxx 2020-ci il tarixli və **********3509 saylı, xx xxxxxx 2020-ci il tarixli gömrük bəyannamələrindən və gömrük bəyannaməsi üzrə elektron çıxarışlardan görünür ki, Şəxs Azərbaycan Respublikasına 34BVF504/34BVF408 nömrə nişanlı yük avtomobilində Türkiyə Respublikasından idxal etdiyi 402 ədəd qurğuşunlu qurğuşunlu akkumulyatorlar yükünü xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2656 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etsə də, rəsmiləşdirməni davam etdirməyərək xx xxxxxx 2020-ci il tarixdə eyni malları Bakı Baş Gömrük İdarəsində **********3509 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirmiş, saxlancda olan malların sərbəst dövriyyəyə buraxılışı üçün bəyannaməni xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə rəsmiləşdirmək üçün göndərərək sonuncuyadək bəyannaməyə tələb olunan düzəlişləri etsə də, xx xxxxxxxx 2020-ci il tarixdə ödənişləri tamamlamaqla bağlı müvafiq bildirişi icra etməməklə hesablanılmış gömrük borcunun ödənilməsindən yayınmış və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı qeyd olunan tələbləri pozmaqla gömrük rəsmiləşdirilməsi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə, iziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunan Məcəllənin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 505-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 2863 (iki min səkkiz yüz altmış üç) manat 79 (yetmiş doqquz) qəpik məbləğinin 80 faizi miqdarında, yəni 2291 (iki min iki yüz doxsan bir) manat, 03 (üç) qəpik məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-528/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-528/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver