Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5286/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Tələbkarın nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Nəsimi rayon Məhkəməsinin 8(006)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən 1996-cı il buraxılışlı, mühərrik nömrəsi **********7767 olan, ban nömrəsi WDB2100041A071887 olan “Mercedes Benz E220” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmalıdır. Qətnamə icraya yönəldikdən sonra sözügedən avtomobilin qaytarılması üçün icra məmuru tərəfindən axtarış aparılsa da, aşkar edilməmişdir. Bununla əlaqədar olaraq, Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək, “10.000 manat məbləğində pul Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin” kimi müəyyən edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclu Şəxs icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, borclu tərəfindən verilən pul məbləğini tələbkari qəbul etmədiyi təqdirdə həmin pul məbləğini borclu depozit hesabına keçirə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “Mercedes Benz E220” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs atasından etibarnamə əsasında almışdır. Həmin etibarnamə 2040-cı ilə qədər qüvvədədir. Lakin o sözügedən avtomobili satmışdır. Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından isə yalnız 30 noyabr 2023-cü il tarixdə xəbəri olmuşdur. Hal-hazırda əlində olan 1500 manatı tələbkara ödəmək istəyir, borcun digər bir hissəsinin ödəməsi üçün isə əlavə vaxt istəyir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, müvəkkilinin ilk işini özünü vəkil kimi təqdim edən şəxs aparıb və ona yalandan işin onun xeyirinə başa çatdığını demişdir. Şəxs rəsmi qeydiyyatda olduğu yer Nəsimi rayonu olsa da, artıq 10 ildən çoxdur ki, o, Xırdalan şəhərində yaşayır. Buna görə də, icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı 8(006)-33/2020 saylı xx.xx.2020-ci il tarixli qərardaddan xəbəri olmayıb. Yalnız 30 noyabr 2023-cü il tarixində tələbin könüllü icrası barədə bildiriş ona təqdim olunmuş, bu zaman belə bir qərardadın mövcudluğundan xəbər tutmuşdur və həmin tarixdə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 2 gün ərzində 1500 manat pul tapıb borcunun bir hissəsinin ödəməsini istəyir. Həmin pul məbləğini tələbkar qəbul etmədiyi təqdirdə pul məbləğini depozit hesabına keçirəcəklər. Bütün bunlar onu göstərir ki, Şəxs borcu ödəməkdən yayınmır və ona borcun ödənilməsi üçün 10 gün vaxt verilməsi məqsədəuyğundur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, icra üsul və qaydasının dəyişdirilməsi ilə bağlı qərardadın qəbulundan artıq 4 ilə yaxın bir müddət keçmişdir və ola bilməz ki, bu müddət ərzində borclu Şəxs xəbəri olmasın. İcra məmuru onun hətta evinə də getmiş və söhbət etmişlər. Məhkəmə qərarında nəzərdə tutulmuş 10000 manatın birdəfəlik ödənilməsini tələb edir. Borclunun ödəyəcəyi 1500 manatla razı deyil. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunauyğun və ədalətli inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-4498/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən 1996-cı il buraxılışlı, mühərrik nömrəsi **********7767 olan, ban nömrəsi WDB2100041A071887 olan “Mercedes Benz E220” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4498/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamənin icra üsulu və qaydası dəyişdirilərək “10000 manat məbləğində pul Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin” kimi müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli, 13967/2018-5-33 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra etməli olduğu tələb barədə və yerinə yetirməyəcəyi təqdirdə yaranan hüquqi nəticə barədə lazımi şəkildə məlumatlandırılmışdır. İş materiallarında olan “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 hektar torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan Şəxs borcunun olmasını qəbul etməsi, onun ödənilməsindən boyun qaçırmadığı, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Belə ki, borclu tərəfindən tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Hazırda isə borcundan 1500 manat ödəniş edir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5286/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5286/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver