Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-529/2020 12.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş x2 iştirakı ilə x2 Azərbaycan Respublikası DİN Xətai rayon Polis İdarəsi DYP Şöbəsinin əməkdaşı Polad Xəlilov tərəfindən qəbul edilən AP ******* saylı, 05 avqust 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 05 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: x5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Xətai rayon Polis İdarəsi DYP Şöbəsinin əməkdaşı Polad Xəlilov tərəfindən qəbul olunmuş 05 avqust 2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. x5şikayətini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu, Cavanşir körpüsü tərəfdə idarə etdiyi **-DF-*** dövlət qeydiyyat nömrəli “Opel Vectra” markalı avtomobili x7 adlı şəxsin idarət etdiyi **-LT-*** dövlət qeydiyyat nömrəli “BMW 750” markalı avtomobillə toqquşmuş, nəticədə baş vermiş yol nəqliyyat hadisəsinin qurbanı olmuşdur. Hər nə qədər ciddi yol nəqliyyat hadisəsi olmasa da, baş vermiş hadisədən çox ciddi narahatlıq keçirmişdir. Bu səbəbdəndir ki, hadisədən sonra yol verilmiş prosessual pozuntuları görməmiş və həyat yoldaşı x6 da bu barədə ona heç bir məlumat verməmişdir. Prosessual pozuntuların aşkara çıxması isə guya ki, x4 idarə etdiyi avtomobilə sığorta ödənişi etmiş Paşa Sığorta tərəfindən mülki qaydada Nəsimi Rayon Məhkəməsinə həyat yoldaşı x1 qaydasında 3815 manatın ödənilməsi barədə iddia tələbinə dair işə baxılarkən tərəfindən müəyyən edilmişdir. İlk olaraq barəsində tərtib edilmiş inzibati tənbeh tədbiri barədə qərarın inzibati xəta qanunvericiliyinə zidd olaraq, prosessual pozuntulara yol verilərək qəbul edilməsi ilə bağlı bildirir ki, qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin tərkibinin yaranıb-yaranmaması barədə ondan izahat alınmamış, video görüntülərə baxış keçirilməmişdir. Ən əsası da odur ki, nə barəsində tərtib edilən protokol, nə də qərar ona hadisənin baş verməsindən sonra təqdim edilməmişdir. Protokolla işə iddia icraatı qaydasında baxılarkən tanış olduqda müəyyən etmişdir ki, tərəfindən ümumiyyətlə imzalanmamış protokol əsas götürülməklə barəsində qərar qəbul edilmişdir. Polis əməkdaşı Xəlilov Polad tərəfindən tərtib edilmiş 05.08.2019-cu il tarixli protokola nəzər yetirdikdə ona məlum olmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı, soyadı və imzası göstərilməli olan yerdə onun iradəsinə zidd olaraq ona məxsus olmayan imza çəkilmiş, adı, soyadı qeyd edilmişdir. Polis əməkdaşının belə bir kobud prosessual pozuntuya yol verməsi ümumiyyətlə başa düşülən olmamışdır. Üzünü bir dəfə belə olsun görməyən bir şəxs, qanunun tələblərinə məhəl qoymadan, onun və həyat yoldaşının hüquqi savadının yetərli səviyyədə olmamasından maksimum dərəcədə istifadə edərək necə ola bilər ki, belə bir qanun pozuntusuna yol vermiş olsun. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati protokolu tərtib edən şəxs barəsində konkret göstərişlər müəyyən etmişdir. Qeyd olunan maddədən göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı qeyd olunmalıdır Bundan əlavə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. O cümlədən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Gülünc bir vəziyyətdir ki, inzibati xətanın törədilməsi barədə protokolun tərtib edilməsi barədə prinsipial əhəmiyyət daşıyan Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin demək olar kı, heç bir tələbinə əməl edilməmiş, nə hüquq və vəzifələri izah edilmiş, nə imza qeyd olunmuş, qeydlər vermək, o cümlədən izahat verməyi ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Yuxarıda qeyd olunanlar azmış kimi, inzibati xəta barədə protokolun tərtib edilməsi üçün nəzərdə tutulmuş müddətə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, yol nəqliyyat hadisəsi 02 avqust 2019-cu il tarixdə olmuş və DYPŞ-də bu barədə hadisənin törədildiyi saatlarda məlumatlı olmuşdur. Lakin protokolun tarixindən göründüyü kimi, protokol dərhal yox 05 avqust 2019-cu il tarixdə tərtib edilmişdir. Protokolun niyə məhz 3 gün sonra, yəni xətanın aşkar edildiyi gündən və ya ondan 2 gündən də gec tərtib edilmişdir ki, bu da kobud pozuntudur. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin məzmunundan göründüyü kimi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə barəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. O, 45 yaşını keçmiş bir qadındır, təqsirli bildiyi maddə isə adətən 16-22 yaş arası yeniyetmə və ya gənc kateqoriyasına aid edilən, baş vermiş nəqliyyat hadisəsi nəticəsində valideyn, polis və s. qorxusu keçirərək hadisə yerindən uzaqlaşan şəxslər barəsində tərtib edilir. Əminliklə deyə bilər ki, indiyədək icraatda olan və ya olmuş bu maddə ilə bağlı işlər siyahısında 327.6-cı maddə ilə təqsirləndirilən onun yaşında və qadın cinsində ikinci bir şəxs tapıla bilməz. Təbii ki, bunun da öz səbəbləri var. Təəccüblü deyil ki, inzibati xəta tərkibli əməlin törədərək yol nəqliyyat hadisəsindən yayınan şəxslərin yaşı, cinsi kimi əlamətlərinə nəzər yetirdikdə ümumi statistika onların 20 yaşlarında, kişi cinsinin nümayəndələri olması müəyyən ediləcəkdir. Onun yaşında yetkinlik yaşına çatmış övladı olan bir ananın 327.6-cı maddəsi ilə günahlandırılmağı, onunAzərbaycan Respublikası İXM-nin 586-cı maddəsinin, yəni Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə inzibati xəta tərkibli əməllə günlahlandırılmağı kimi bir nəticə olmuşdur. Absurd və gülünc səsləndiyinin fərqində olsa da, əslində prinsip etibarı ilə onun üçün 327.6-cı maddə ilə məsuliyyətə cəlb edilməyi ilə 586-cı maddə ilə məsuliyyətə cəlb edilməyi arasında onun üçün bir fərq yoxdur. Çünki qeyd olunan əməlin törədilməsi üçün əsasən də subyektiv mənada heç bir əlamət mövcud deyil. O, bu yaşdan sonra nə Qızıl Aypara emblemindən qanunsuz istifadə edəsi deyil, nə də ki, bu yaşında baş vermiş yol nəqliyyat hadisəsi yerindən qaçası deyil. Onun barəsində 327.6-cı maddənin tətbiq edilməsi düşünür ki, sığorta ödənişinin Paşa Sığortadan tez bir zamanda alınması üçün qərəzlidir. Lakin Azərbaycan RespublikasıİXM-nin 327.6-cı maddəsinin tətbiqi üçün kifayət qədər araşdırma aparılmamış, prosessual pozuntular bir qırağa maddi hüquqi əsas da müəyyən edilməmişdir. Hansı ki, hadisə zamanı o tək olmamış, yanında övladı da olmuşdur. Düşünür ki, hörmətli məhkəmə onun şahid qismində iştirakını təmin edəcəyi təqdirdə işin faktiki halları ilə bağlı da məlumatlandırma həyata keçiriləcək və həqiqət müəyyən ediləcəkdir. Həmçinin hadisənin baş verdiyi ərazidə kameraların olduğunu bildirir və onun dediklərinin həmin görüntülərin əldə ediləcəyi təqdirdə həqiqəti əks etdirdiyinin şahidi olacaqdır. Prosessual sənədin tərtibi zamanı, xüsusi ilə də kompüter avadanlıqlarından istifadə nəticəsində yaranmış texniki xarakterli yanlışlıqlara yol verilməsi başa düşüləndir. Lakin onun barəsində tərtib edilən sənədlərdə rəqəmlər üzərində qaralamalar edilməsi texniki səhv yox, dövlətin adı qeyd olunan rəsmi sənədə edilən hörmətsizlikdir. Qərarı və protokolu oxuyanda hansı maddə ilə məsuliyyət daşımalı olmağı barədə onda dəqiq fikir yaranması üçün sənədi bir-neçə dəfə analiz etməyə məcbur olmuşdur. Bundan əlavə onu da bildirir ki, manevr qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməyi barədə göstərilənlər də əsassızdır. Hesab edir ki, manevrlə bağlı heç bir qanun pozuntusuna yol verilməmiş, polis əməkdaşı da bunu ümumiyyətlə araşdırmadan barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şikayətinin təmin edilərək Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinməyinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin barəsində tərtib etdiyi MN ******* saylı, 05 avqust 2019-cu il tarixli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş x5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayətçinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 avqust 2019-cu il tarixli, AP ******* saylı protokoldan görünür ki, x5 2019-cu il tarixdə, saat 15:20-də Y.Səfərov küçəsində Cavanşir körpüsünün yaxınlığında “OPEL VECTRA” minik markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən manevr qaydasını pozaraq qəza törətməklə hadisə yerini tərk etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli, MN ******* saylı Qərardan görünür ki,x5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə səlahiyyətli şəxs tərəfindən Leyla Mirzəzadənin qeyd olunan normada nəzərdə tutulan hüquqları pozulmuş, tərtib olunmuş protokolun baxılması yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən qərar qəbul edilmişdir. Belə olan halda Leyla Mirzəzadəyə protokolun baxılması yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən qəbul edilən qərar obyektiv və qanuni sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə x5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş MN ******* saylı, 05 avqust 2019-cu il tarixli qərar ləğv edilməli və x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Xətai rayon Polis İdarəsi DYP Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə AP ******* saylı, 05 avqust 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 05 avqust 2019-cu il tarixli qərar ləğv edilsin. x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Xətai rayon Polis İdarəsi DYP Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-529/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-529/2020
12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver