Məhkəmə qərarları › İş №3(006)-529/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-529/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-529/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X10, Zərər çəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 08, mənzil 54-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinə əməl edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X14 bildirdi ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədinə əsasən X1 xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşana çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borcluya könüllü icra ilə bağlı bildiriş göndərilsə də, borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmiş, onun adına tələbin yönəldilə biləcəyi “MERCEDES-BENZ E 320” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Lakin araşdırmalar zamanı həmin avtomobilin etibarnamə əsasında Şəxs istifadəsində olduğu müəyyən edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə maşının üzərinə həbs qoyulmuşdur. Dəfələrlə Şəxs avtomobili təhvil verilməsi tələb olunsa da, sonuncu icra şöbəsinə gəlməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X12 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədi üzrə aliment pulu ona ödənilmir. Borclunun adına olan avtomobilin təhvil verilməsini və tələbin ona yönəldilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, X4 ümumiyyətlə tanımır, bu şəxsin adına olan “MERCEDES-BENZ E 320” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayılov Oran adlı şəxsdən pul verib etibarnamə ilə almış, lakin maddi imkanı olmadığından onu özgəninkiləşdirə bilməmişdir. Bu onun əmlakıdır. O, hər-hansı bir icra sənədi üzrə borclu deyil və avtomobilin ondan tələb edilməsi qanunsuzdur. Bununla bağlı özü məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədinə əsasən X1 xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşana çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit məbləğində aliment tutularaq X8 ödənilməlidir; - elektron sistemdən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə X5 məxsus “MERCEDES-BENZ E 320” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X6, X2, X3 və Şəxs istifadəsinə verilmişdir. Sonuncuya verilmiş etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədir; - Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 7327-31412/2017-5-23 saylı və xx.xx.2020-ci il tarixli, 9206- 31412/2018-5-23 saylı bildirişlərə əsasən Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədinin icrası ilə bağlı “MERCEDES-BENZ E 320” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qısa müddət ərzində onun tərəfindən təhvil verilməsi xahiş olunur. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədi üzrə X1 xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşana çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit məbləğində aliment tutularaq X8 ödənilməlidir. İcra sənədi üzrə tələbin icrasının təmin olunması məqsədilə borclunun adına olan və hazırda etibarnamə əsasında Şəxs istifadəsində olan “MERCEDES-BENZ E 320” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və sonuncudan onun təhvil verilməsi icra məmuru tərəfindən tələb edilmişdir. Şəxs isə qeyd olunan nəqliyyat vasitəsinin “defakto” olaraq onun əmlakının olmasını bildirir, icra sənədi üzrə borclu olmadığını və məhkəmə tərəfindən onun üzərinə belə bir tələbin qoyulmadığını göstərir. Məhkəmə hesab edir ki, hazırki protokol xx.xx.2018-ci il tarixli, 2(006)-522/2018 saylı icra sənədi üzrə tələbin təmin olunmaması ilə bağlı tərtib olunmuş, bu icra sənədi ilə bağlı borclu yalnız X9 olduğundan alimenti ödəmək öhdəliyi də məhz bilavasitə onun üzərinə düşür. Buna görə də mülkiyyətində olan hər-hansı əmlakın təqdim olunması vəzifəsini həmin borclu həyata keçirməlidir. Qeyd olunan icra sənədi ilə Şəxs qarşı hər-hansı bir tələb yönəlməmiş, onun üzərinə heç bir vəzifə qoyulmamışdır. Belə olan halda Şəxs hərəkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar