Məhkəmə qərarları › İş №3(006)-5291/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5291/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5291/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X8 Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 00700-00275/23 nömrəli, 30 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC (VÖEN: **********) “Altlıqlar və mal daşınması üçün anoloji platformalar” yükü Gürcüstanda qeydiyyatda olan "xxxx" MMC şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixində **********9822 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək xx.xx.2023-cü il tarixədək rəsmiləşdirilmişdir. Malların geriyə qaytarma müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən ediləs də, adı qeyd olunan QSC tərəfindən malların öhdəlik müddəti bitdikdən 5 (beş) ay sonra xx.xx.2023-cü il tarixdə **********5355 sorğu nömtəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilərək müvəqqəti idxal gömrük proseduru tam başa çatdırılmışdır. **********5355 sorğu nömrəli gömrük bəyannaməsinin 12-ci qrafasına əsasən “Altlıqlar və mal daşınması üçün anoloji platformalar” yükünün dəyəri 1530 AZN təşkil edir. Nəticədə Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirininin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X1 və Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-004177/2023 saylı raportda, "xxxx" QSC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixində **********9822 sorğu nömrəli gömrük bəyannaməsilə "Altlıqlar və mal daşınması üçün analoji platformalar" yükünü Gürcüstanda qeydiyyatda olan "xxxx" şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqəvıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, "xxxx" QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləsdirilmiş malların bir qisminin təkrar ixrac gömrük prosedurunda rəsmiləsdirildiyi. qalan hissəsinin xx.xx.2023-cü il tarixində öhdəlik müddətinin bitməsinə baxmayaraq, həmin malların bugünədək geri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləsdirilmədiyi qeyd edilmişdir. - Araşdırma zamanı izahatı alınmış "xxxx" QSC-nin nümayəndəsi X7 bildirmişdir ki, "xxxx" QSC ilə Gürcüstanda fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli AFF-92-21 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixli **********9822 sorgu nömrəli gömrük bəyannaməsi ilə "Altlıqlar və mal daşınması üçün analoii platformalar" yükü müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləsdirilmisdir. "xxxx" QSC "Altlıqlar və mal daşınması üçün analoji platformalar" yükünü şüşə ixracında istifadə edir, lakin bəzi şirkətlər özünə məxsus olan "Altlıqlar və mal da$ınması üçün analoji platformalar" yükündən şüşə ixracında istifadə edilməsini istədiyindən, "xxxx" MMC şirkətinə məxsus 3000 kq çəkidə, 30 yer "Altlıqlar və mal daşınması üçün analoji platformalar" yükünü "xxxx" QSC müvəqqəti idxal gömrük prosedurunda rəsmiləsdirmişdir. "xxxx" QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilən malların əksəriyyəti təkrar ixrac edilmiş, geriyə qalan mallar **********5355 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. - Gömrük Xidmətinin "X3 Sistemi" (VAİS) informasiva resursuna baxış protokolundan görünür ki, **********9822 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malın ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. - X2 və təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1- 004878/2023 saylı raporta əsasən. "xxxx" QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında **********9822 sorğu nömrəli gömrük bəyannaməsilə qeydə alınan yüklərin qalan hissəsi xx.xx.2023-cü il tarixli **********5355 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış prosedurunda rəsmiləşdirilərək tam başa çatdırılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən xx.xx.2022-ci il tarixli **********9822 sorgu nömrəli gömrük bəyannaməsi ilə "Altlıqlar və mal daşınması üçün analoii platformalar" yükü müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək rəsmiləşdirilmişdir. Həmin malların bir qismi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin xx.xx.2023-cü tarixdə başa çatmasına baxmayaraq Şəxs QSC tərəfindən malların müvəqqəti idxal müddətinin uzadılması barədə müraciət olmamış və həmin mallar geri qaytarılmamışdır. Qeyd edilən malların müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixdə bitməsi və inzibati xətanın xx.xx.2023-cü il tarixdə aşkar edilməsi nəzərə alınmaqla "AZERFLOAT” QSC tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1 və 499.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "AZERFLOAT” QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "AZERFLOAT” QSC 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1530 AZN məbləğindəki malların dəyərinin iyirmi beş faizi miqdarında, yəni 382,5 AZN cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar