Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5298/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan hüquqi "xxxx" MTK-nın nümayəndəsi şəxs: X2 iştirakları ilə "xxxx" MTK (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 31; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 972-ci məhəllədə yerləşən yaşayış binasında xx.xx.2023-cü il tarixdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi X3 inzibati xətanı qəbul edərək pozuntuların qısa müddət aradan qaldırılacağını bildirdi və cərimənin şərti tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 23 noyabr 2023-cü il tarixli, KY232049475 saylı çıxarışa əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 972-ci məhəllədə yerləşən yaşayış binasında plan üzrə (növbəti) 27-xx.xx.2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilir; xx.xx.2023-cü il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”na əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 972-ci məhəllədə yerləşən yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin edilməmiş, mövcud yanğın xəbərdaredici siqnalizasiya sistemi işlək vəziyyətdə deyil, mövcud yanğın su dayaqlarında su yoxdur, su dayaqları binanın su hovuzu ilə əlaqələndirilməmiş, nasosla təmin olunmamış, mövcud havalandırma (ventilyasiya, havabasıcı-tüstüsovurucu) sisteminin sazlığı barədə sənəd təqdim olunmamışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 972ci məhəllədə yerləşən yaşayış binasında yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə yerinə yetirilməmişdir. Bununla da "xxxx" MTK İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MTK-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, "xxxx" MTK-ya inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş izibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. "xxxx" MTK-ya bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə "xxxx" MTK bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5298/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5298/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver