Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-531/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2021 saylı icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-284882021 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmiş, iddiaçı iddia tələbinin tərkib hissəsi olan 2542,37 manat dəbbə pulunun tam məbləğini cavabdehə güzəşt etmiş, cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 15516,32 manat məbləğində qəbul etmiş, cavabdeh 15516,32 manat məbləğində pulu 2021-ci ilin iyul ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 3 ay ərzində hər ay 5172,10 manat məbləğində ödəməklə tam həcmdə İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Bu vaxta kimi borclu borcundan 7080 manat ödəniş etmiş, məhkəmənin gedişində 1000 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 bildirmişdir ki, o, icra sənədlərinin icrasından yayınmır. Pulu birdəfəlik ödəməyə maddi imkanı olmasa da hissə-hissə ödənişlər edir. Belə ki, 27 aprel 2022-ci il tarixdə cəmi 7080 manat ödəniş etmişdir. Hazırda məhkəmənin gedişində tələbkara 1000 manat ödəniş etmiş, qalan məbləği də yaxın zamanda ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 284882021 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmiş, iddiaçı iddia tələbinin tərkib hissəsi olan 2542,37 manat dəbbə pulunun tam məbləğini cavabdehə güzəşt etmiş, cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 15516,32 manat məbləğində qəbul etmiş, cavabdeh 15516,32 manat məbləğində pulu 2021-ci ilin iyul ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 3 ay ərzində hər ay 5172,10 manat məbləğində ödəməklə tam həcmdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-284882021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs MMC-yə göndərilmişdir. 27 aprel 2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişin surətindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1080 (bir min səksən) manat ödəniş etmişdir. 27 aprel 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-nin hesabına 6000 (altı min) manat ödəniş etmişdir. 14 fevral 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-nin hesabına 1000 (bir min) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin borcunun olmasını qəbul etməsi, onun ödənilməsindən boyun qaçırmadığı, vaxtaşırı ödənişlər etdiyi, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-531/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-531/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver