Məhkəmə qərarları › İş №3(006)-5337/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5337/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5337/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: ünvan 1 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı 90.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 26.236,00 ABŞ dolları məbləği dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən:  "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021ci il tarixdə ölkə xaricinə 90.000,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan 26.236,00 ABŞ dolları məbləği dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir;  Köçürmə sənədinə əsasən “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED ŞTİ” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, TORK-2021-002 saylı müqavilə üzrə qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 90.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir;  01231000504892 saylı gömrük bəyannaməsinə görə “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED ŞTİ” şirkəti tərəfindən “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına xx.xx.2021-ci il tarixli, TORK-2021-002 saylı müqavilə üzrə 31.887,60 ABŞ dolları dəyərində göndərilmiş mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuş, "xxxx" ASC tərəfindən sənəd üzərində xx.xx.2021-ci il tarixli 90.000,00 ABŞ dolları avansdan qalan 26,236,00 ABŞ dollarının da bəyan olunmasına dair qeyd aparılmışdır. Beləliklə müəyyən edilir ki, “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED ŞTİ” şirkəti arasında xx.xx.2021-ci il tarixli, TORK-2021-002 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə filial "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixdə 90.000,00 ABŞ dolları məbləğində pul göndərilmiş və bu vəsait hesabına alınan mallar ölkəyə tam şəkildə idxal olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “TORK ÇELİK TAAHHÜT İNŞAAT, SANAYİ VE DİŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar