Məhkəmə qərarları › İş №3(006)-534/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-534/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-534/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 ştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 04.12.2021-ci ildə onun telefonuna Asan Pay-dən gələn məlumata əsasən mülkiyyətində olan “Volswagen” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən Bakı-Quba yolunda güya sürət həddini saatda 21-40 km aşdığım üçiin lıəmin qayda pozuntusu DYP xidmətinə məxsus avtomaşında quraşdırılmış radar vasitəsi ilə aşkar edilərək barəmdə İXM-nin 328.2.maddəsi ilə eyni tarixli elektron qərar tərtib edilib elektron kabinetimə yerləşdirilmişdir. Hesab edir ki, DYP tərəfindən qəbul edilən qərar qanunsuz olmaqla İXMnin müddəalarına ziddiyyət təşkil etdiyi üçün ləğv edilməlidir. Belə ki, həmin vaxt onun tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmişdir. Sonradan elektron kabinetə daxil olub araşdırma aparılarkən məlum olmuşdur ki, hadisə yerində DYP xidmətinə məxsus avtomaşından aparılmış video və foto çəklişi zamanı radarın üzərinə günəş işiği düşdüyü üçün həmin kadrlarda qeyd olunan avtonəqliyyat vasitələrini müəyyən etmək ümmumiyyətlə mümkün deyil və bir foto şəkildə də ona məxsus yuxarıda qeyd olunan nəqliyyat vasitəsi yaxından çəkilərək başqa bir məkanda olması və avtomaşının içində sürüçünün olmaması açıq aşkar bəlli olur. Belə olan halda bu vəziyyətdə DYP-nə məxsus avtomaşında quraşdırılmış radar qayda pozuntusunu səhv qeydə alaraq özündə yalnış məlumat əks etdirmişdir. Qərardan 21.12.2021-ci ildə Asan Pay vasitəsi ilə şikayət etsə də qanuna müvafiq vaxtda qərar qəbul edilməmişdir. Belə olan halda tərəfindən yenidən 20.01.2022 ci ildə Asan Pay vasitəsi ilə müraciət edilib qərarın qəbul edilməsi xahiş olunsa da, lakin bu günə kimi müsbət nəticə əldə olunmamaışdır. Bu azmış kimi, qərardan qanunda nəzərdə tutulan müddətdə tərəflərindən şikayət verilsə də, qanuna əsasən qüvvəyə minmədiyi halda bu günə olan məlumata görə isə elektron informasiya sistemində qərar qanunsuz olaraq qüvvəyə mindiyi üçün tətbiq edilməli olan 10% güzəşt də avtomatik ləğv edilmişdir. İXM-nin 150.11-ci maddəsinə müvafiq olaraq yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarr törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Odur ki,yuxanda qeyd edilən qərarın müvafiq icra hakimiyyətinin informasiya sistemində qanunsuz olaraq qüvvəyə minmiş kimi göstərilməsi qanunvericiliklə nəzərdə tutulmuş 10% güzəşt hüququndan onu məhrum edərək, əsassız dəbbə pulunun hesablanmasına səbəb olmuşdur. Göründüyü kimi DYP əməkdaşları öz hərəkətləri ilə İXM-nin qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozubmuşlar. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.C.Dadaşov şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan portaldan çıxarışdan görünür ki, C.C.Dadaşov 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı iznibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına olan vəsatətdən görünür ki, DİN-nin BDYPİ-nin əməkdaşı qəbul etdiyi inzibati tənbeh vermə haqqında 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı qərarından 21.12.2021-ci il tarixdə tərəfindən şikayətlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən Asan Pay vasitəsi ilə müraciət edilmişdir. Qərardan şikayət etsə də qanuna müvafiq vaxtda qərar qəbul edilməmişdir. Belə olan halda tərəfindən yenidən 20.01.2022-ci ildə Asan Pay vasitəsi ilə müraciət edilib qərarın qəbul edilməsi xahiş olunsa da, lakin bu günə kimi müsbət nəticə əldə olunmamışdır. Nəticədə hazırda 04 dekabr 2021-ci il tarixli qərardan məhkəməyə şikayət edərkən müddət üzürlü səbəbdən buraxılmışdır. Göstərilənləri nəzərə alaraq 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxdığı üçün bərpa edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi C.C.Dadaşov yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, şikayət ərizəsindən və şikayətçinin izahatından da göründüyü kimi həmin vaxt onun tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmiş, hadisə yerində DYP xidmətinə məxsus avtomaşından aparılmış video və foto çəklişi zamanı radarın üzərinə günəş işiği düşdüyü üçün həmin videogörüntüdə qeyd olunan avtonəqliyyat vasitələrini müəyyən etmək ümmumiyyətlə mümkün olmamış, bir foto şəkildə də ona məxsus “Volswagen” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yaxından çəkilərək sonuncunun özünə məxsus avtomobili həmin vaxt başqa bir yerdə olmuş və avtomobilin içərisində sürücü olmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, C.C.Dadaşovun şikayəti əsasında aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 04 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar