Məhkəmə qərarları › İş №3(006)-5358/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5358/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5358/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 2 ünvanında yerləşən "Atles Plaza" biznes mərkəzində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2025 xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onlarm səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında 188 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmişdir (MUT Qaydalarının 2.1.4.5 - 2.1.4.7-ci yarımbəndləri üzrə) (Yoxlama haqqında hesabat, soh 5). 1-ci bənddə qeyd edilən 188 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. "Öhdəlik daşıyan şəxslərin X1 X4 minimum Tələblər"in (DNP) 2.2.1-ci yarımbəndinə görə ƏL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onların inkişaf istiqamətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin ƏL/TMM siyasətində daxili qayda, prosedur və nəzarət mexanizmlərinin inkişaf istiqamətləri müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). DNP-nin 2.6.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin struktur vahidlərinin olduğu təqdirdə fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Risklərin idarə edilməsi, İnsan resursları, Satış, Əməliyyat şöbələrinin əsasnamələrində fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə hüquq və vəzifələri müəyyən edilməmiş, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarlann (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasmda MMX-yə təqdim edilməsi tələbi nəzərdə tutulmamış və MMX-yə təqdim edilməmişdir. MMC öz fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla, yalnız xx.xx.2025-ci tarixində 6 sayda şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarını (indikatorları) müəyyən etmişdir (Yoxlama haqqında hesabat. Səh 6). DNPnin 2.7.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda MMCtərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması tələbi müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). DNP-nin 2.8.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır: şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanmm) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları (2.8.2.2-ci yarımbənd); şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatlarm hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri (2.8.2.4-cü yarımbənd); MMX-nm əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası (2.8.2.6-cı yarımbənd); şübhəli əməliyyatlarm (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri (2.8.2.7-ci yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlarımın) tətbiq edilməsi ilə əməliyyatlarm (əqdlərin) təhlili metodları, şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatlarm hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri, habelə daxili qaydalarda MMX-nm əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası müəyyən olunmamışdır. Bundan başqa, şübhəli əməliyyatlarm (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri daxili qaydalarda adekvat dərəcədə əks etdirilməmişdir. Belə ki, MMC-nin "X1 X4 X2 qaydaları"nm 5.9-cu bəndində MMC-nin rəhbərliyinin hüquq və vəzifələri düzgün müəyyənləşdirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 7). DNP-nin 2.8.5-ci yarımbəndinə görə məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatlarm monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir. DNP-nin 3.1.3.1-ci yarımbəndinə görə komplayens sistemi çərçivəsində məsul şəxsin şübhəli əməliyyatlara (əqdlərə) dair müstəqil qərar vermək səlahiyyəti nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda məsul şəxsə əməliyyatm (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatlarm monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-yə və MMX-yə təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi qaydası qeyd olunmamışdır. MMC-nin “X1 X4 X2 qaydalarf”nın 5.8.3-cü bəndində məsul şəxsə əməliyyatm (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, onun bu əməliyyat barədə ona təqdim olunmuş məlumatları müştəri və onun fəaliyyəti üzrə əlavə məlumatlarla bərabər nəzərdən keçirib, Direktora göndərilməsi haqqında qərar qəbul etdiyi qeyd olunmuşdur (Yoxlama haqqında hesabat. Səh 7). DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsinin MMX-nm informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi tələbi əks olunmamışdır (Yoxlama haqqında hesabat. Səh 7-8). DNPnin 3.2.6.2-ci yarımbəndinə görə məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin "X1 X4 minumum tələblərə dair qaydalar"mın 1.1.2-ci bəndində "Risklər üzrə Menecer olmadıqda Məsul Şəxsin əvəzedicisi olaraq Daxili Auditor təyin edilir" qeyd edilmişdir (Yoxlama haqqında hesabat. Səh 8). DNP-nin 5.1.9-cu yarımbəndinə görə rəylərin bilavasitə öhdəlik daşıyan şəxsin rəhbərliyinə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsinə (olduğu təqdirdə) təqdim edilməsi qaydası daxili nəzarət proqramında nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, auditor rəylərinin bilavasitə öhdəlik daşıyan şəxsin rəhbərliyinə təqdim edilməsi qaydası MMC-nin daxili nəzarət proqramında nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat. Səh 8). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: müştərinin və benefisiar mülkiyyətçilim siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxm münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxm münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə). Yoxlama zamanı müəyyən edilmişdir ki, 1 hüquqi şəxs olan müştəriyə münasibətdə MMC tərəfindən davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamış, MUT qaydalarının tələbləri ilə müvafiq verifikasiya sənədləri əldə edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 9). 3-cü bənddə qeyd edilən 1 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (188 müştəri üzrə), 598.1.2-ci və 598.1.5-ci (1 müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən "Atles Plaza" biznes mərkəzində xx.xx.2024 xx.xx.2025-ci il tarixlərində törədilmişdir, inzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil etiraz təqdim edərək və etiraza uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 61.1.4-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra “Mərkəzi Bank”) tərəfindən tərtib edilən protokola etiraz edir və işin dəliləri ilə bağlı aşağıdakıları bildirir. Məlumat üçün bildirir ki, Mərkəzi Bank tərəfindən Şəxs İXM-nin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 25 avqust 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra “Protokol”) tərtib olunaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edir ki, bu Protokol Şəxs direktor olduğu "xxxx" MMC barəsində Mərkəzi Bank tərəfindən aparılmış xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri üzrə olan dövrü əhatə edən planlı tematik yoxlamanın nəticəsi olaraq tərtib edilmişdir. Aşağıda göstərilənlərə əsasən, protokolun dəlilləri tam qanunsuz və əsassız olduğu üçün iş üzrə icraata xitam verilməlidir: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli 781-VİQ №-li Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli 782-VİQ №-li Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-6/2023 №-li Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin X1 X4 minimum Tələblər”inin 1.2-ci bəndinə əsasən, bu Tələblər öhdəlik daşıyan şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində X1 hazırlanmasına dair minimum tələbləri müəyyən edir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-4/2023 №-li Qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair” Qaydaların 1.2-ci bəndinə əsasən, bu Qaydalar öhdəlik daşıyan şəxslərin tətbiq etməli olduqları müxtəlif səviyyəli müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorlarının müəyyən edilməsi, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edir. “İnzibati icraat” haqqında Azərbaycan Republikasının Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “Fərdi məlumatlar haqqında” Azərbaycan Republikasının 11 may 2010-cu il tarixli 998-İHQ №-li Qanununun 4.1-ci maddəsinə əsasən, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması, onların informasiya sistemlərinin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir. “Kommersiya sirri haqqında” Azərbaycan Republikasının 4 dekabr 2001-ci il tarixli 224-İİQ №-li Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Məlumat üçün bildirir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verdiyindən X3 Heyətinin 31 iyul 2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunmuşdur. Həmin lisenziya əsasında "xxxx" MMC tərəfindən fəaliyyət “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl olunmaqla davam etdirilmişdir. Buna baxmayaraq Mərkəzi Bank tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" MMC və bunun davamı olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolun hər 3 bəndi ilə bağlı mövqelərini təqdim edir: 1-ci bəndlə bağlı: Protokolun 1-ci bəndində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2024 xx.xx.2024-cü il tarixləri arasında 188 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmiş (MUT Qaydalarının 2.1.4.5 - 2.1.4.7ci yarımbəndləri üzrə) və bununla da Şəxs əməlində İXM-nin 598.1.1- ci maddəsinin tərkib əlamətləri yaranır. Qeyd edir ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş 05 iyun 2025-ci il tarixli yoxlama haqqında hesabat (hesabatda ümumiyyətlə 188 sayda müştəri barədə hər hansı qeyd aparılmamışdır) və onun əsasında tərtib edilmiş Protokolda İXMnin 598.1.1-ci maddəsinə əsasən konkret olaraq hər bir müştəriyə münasibətdə hansı pozuntuların aşkar edilməsi müəyyən edilməmişdir. Yalnız ümümi olaraq pozuntuların olması qeyd edilmiş və hər hansı əsas olmadan qanunsuz olaraq Şəxs əməlində İXMnin 598.1.1-ci maddəsinin tərkib əlamətlərinin olması Şəxs üzərinə qoyulmuşdur. Bildirir ki, Mərkəzi Bank tərəfindən qeyd edilən pozuntularla razı deyil. Belə ki, Mərkəzi Bank tərəfindən yoxlamaya səthi yanaşılmış və məlumatlar tam yoxlanılmamışdır. "xxxx" MMC tərəfindən müştərilərə dair MUT Qaydalarına uyğun olaraq toplanılan məlumatlar anketlərdə öz əksini tapmışdır. Bundan başqa qeyd etməyi zəruri hesab edir ki, Mərkəzi Bank tərəfindən tələb edilən məlumatların toplanması sahibkarların real biznes fəaliyyəti ilə uzlaşmır. Belə ki, konfidensial məlumatların tələb edilməsi müştərilərin narazılığına səbəb olmaqla yanaşı əməkdaşlığın baş tutmaması ilə nəticələnir. Bu isə özlüyündə Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan azad sahibkarlıq hüququna müdaxilədir. 2-ci bəndlə bağlı: Protokolun 2-ci bəndində "xxxx" MMC-nin daxili qaydalarında bir sıra pozuntuların aşkar olunması və Şəxs əməlində İXM-nin 598.1.2-ci maddəsinin tərkib əlamətlərinin olması qeyd olunmuşdur. Bildirir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verdiyindən X3 Heyətinin 31 iyul 2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunmuşdur. Lisenziyanın təqdim olunmasından əvvəl Mərkəzi Bank bütün sənədləri, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 X4 X2 Qaydaları”nı da yoxlamış və məhz bu yoxlamalar bitdikdən sonra lisenziyanın verilməsini qərara almışdır. Hazırda isə Mərkəzi Bank tərəfindən həmin daxili qaydalara dair hər hansı nöqsanların qeyd olunması "xxxx" MMC-nin etimad hüququnun qorunması prinsipinin açıq şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu isə o deməkdir ki, Mərkəzi Bank lisenziyanın verilməsindən əvvəl yerinə yetirməli olduğu vəzifələrini yoxlama çərçivəsində yerinə yetirməklə yoxlamanın əsl məqsədindən və vəzifələrindən kənara çıxmışdır. Bununla da aydın olur ki, Mərkəzi Bankın məqsədi "xxxx" MMC-nin fəaliyyətinin hər hansı qanunvericilik normalarına uyğunluğunun yoxlanılması deyil, "xxxx" MMC və onun davamı olaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə nail olmaqdır. 3-cü bəndlə bağlı: Protokolun 3-cü bəndində qeyd edilmişdir ki, 1 (bir) hüquqi şəxs olan müştəriyə münasibətdə "xxxx" MMC tərəfindən davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamış, MUT Qaydalarının tələbləri ilə müvafiq verifikasiya sənədləri əldə edilməmiş və bununla da Şəxs həmin əməlində İXM-nin 598.1.5-ci maddəsinin tərkib əlamətləri yaranır. Məlumat üçün bildirir ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş yoxlama haqqında hesabatda planlı tematik yoxlamanın xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri üzrə olan dövrü əhatə etməsi qeyd olunmuşdur. Buna baxmayaraq Mərkəzi Bank tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" MMC-nin "xxxx" MMC ilə olan xx.xx.2023-cü il tarixli müqaviləsinə istinad edilərək pozuntunun olması müəyyən edilmiş və Şəxs əməlində İXM-nin 598.1.5ci maddəsinin tərkib əlamətlərinin olması Şəxs üzərinə qoyulmuşdur. Qeyd edilən hallar onu göstərir ki, Mərkəzi Bank tərəfindən hər hansı araşdırma aparılmadan və xüsusatlar nəzərə alınmadan qanunsuz və əsassız olaraq Protokol tərtib edilmişdir. Qanunla nəzərdə tutulmuş ictimai münasibətlərə qəsd olmadığı təqdirdə Şəxs əsassız olaraq cərimələnməsi onun fəaliyyətinə mənfi təsir göstərməklə, Şəxs üçün əlavə maliyyə itkilərinə səbəb ola bilər. Bundan başqa, Mərkəzi Bank "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etməsi ilə kifayətlənməyərək, "xxxx" MMC-nin direktoru Şəxs barəsində (vəzifəli şəxs qismində) İXM-nin eyni maddələri üzrə inzibati xəta haqqında protokol tərtib etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasına zidd davranmışdır. Bu bir daha onu göstərir ki, Mərkəzi Bankın məqsədi "xxxx" MMC-nin fəaliyyətinin hər hansı qanunvericilik normalarına uyğunluğunun yoxlanılması deyil, "xxxx" MMC və əlavə olaraq onun direktoru Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə nail olmaqdır. Əlavə olaraq bildirir ki, Mərkəzi Bank tərəfindən bir pozuntulara yol verilmişdir. Belə ki, Mərkəzi Bank səlahiyyətlərini aşaraq İXM-nin 102.2-ci maddəsinin tələblərini pozmuş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul etmədən araşdırma aparmışdır. İXM-nin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi (106.0.3-cü maddə); işin icraatını rədd edən hallar mövcuddurmu (106.0.4-cü maddə); mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı (106.0.5-ci maddə). Göründüyü kimi, Mərkəzi Bank öz səlahiyyətlərini aşaraq Protokolu tərtib etmişdir. Həmçinin qeyd edir ki, sahəni tənzimləyən normativ aktların yeni olaraq qəbul edilməsi, mövcud məhkəmə təcrübəsinin olmaması, Mərkəzi Bankın hazırki iş üzrə təcrübəsinin və yanaşmasının dəyişkən olması (lisenziya verilən və yoxlama aparılan zaman Mərkəzi Bankın yanaşması bir birindən kəskin dərəcədə fərqlənmişdir), Mərkəzi Bankın sərt yanaşmasının Azərbaycanın real biznes mühiti ilə uzlaşmaması, "xxxx" MMC və onun direktoru Şəxs fəaliyyəti zamanı lazımi səylərin və müştərilərdən sənədlərin və məlumatların toplanılması nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, 6-1-28/3- 7231/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 21.04-xx.xx.2025-cü il tarixlərində "Drakaris” MMC-də (Cəmiyyət) xx.xx.2024xx.xx.2025-ci il dövrlərini əhatə edən planlı tematik yoxlama aparılmışdır. Yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi qiymətləndirilmişdir. Yoxlama zamanı Cəmiyyət tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.4.1-ci, 4.4.3-cü, 4.14-cü, 7.1.4-cü, 10.1.1-ci, 10.1.4-cü, 10.1.5-ci və 21.7-ci maddələrinin, “Öhdəlik daşıyan şəxslərin X1 X4 minimum Tələblər”in 2.2.1-ci, 2.6.1-ci, 2.6.2-ci, 2.7.1-ci, 2.7.3-cü, 2.8.2.2-ci, 2.8.2.4-cü, 2.8.2.6-cı, 2.8.2.7-ci, 2.8.5-ci, 3.2.1-ci, 3.2.6.2-ci, 4.2.1-ci, 4.2.14-cü və 5.1.5-ci, “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın 2.1.2-ci, 2.1.4.5-ci, 2.1.4.6-cı, 2.1.4.7-ci, 4.2-ci, 4.4-cü, 5.2-ci, 6.1.3.5-ci, 6.1.3.7-ci, 6.1.3.8-ci və 6.1.3.9-cu yarımbəndlərinin tələblərinin pozulması faktları müəyyən edilmiş və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, müvafiq pozuntular üzrə inzibati xətanın törədildiyi təsdiq edildikdə, Cəmiyyətdə buna məsul olan əsas vəzifəli şəxs - direktor Şəxs {Şəxsiyyət vəsiqəsi - FİN kod: xxxxxxx, Seriya və nömrə: AA 5200910) və "Drakaris” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələri üzrə inzibati məsuliyyətə cəlb edilmə imkanlarının araşdırılması məqsədilə faktların Hüquq və təşkilati işlər departamentinə ötürülməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə departamenti tərəfindən «DRAKARİS” MMC barəsində tərtib edilmiş yoxlama haqqında hesabatdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 2 ünvanında yerləşən "Atles Plaza" biznes mərkəzində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokolda göstərilən faktlar aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxsdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri; 1.1.8. maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər; 2.1-ci maddəsinə əsasən bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin X1 X4 minimum Tələblər”-in: 2.1.1-ci maddəsinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir: 2.1.1.4. müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; 2.1.1.5. məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; 2.1.1.7. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; 2.8.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır: 2.8.2.1. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadəsi qaydası; 2.8.2.2. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları; 2.8.2.3. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına, və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə, maliyyə institutları tərəfindən X1 tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə, maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin «DRAKARİS” MMCnin direktoru Şəxs tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar Şəxs özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Yuxarıda qeyd edilənlərə əsasən, həmçinin inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla belə qənaətə gəlir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə tənbehin hansı üsulla tətbiq edilməli olduğu göstərilmişdir. Beləliklə də, vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Məhkəmə vəzifəli şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar