Məhkəmə qərarları › İş №3(006)-5359/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5359/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5359/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 201, mənzil 42; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxsndə xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxsndə xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyalarm tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimünum məlumatlar qeyd edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında 188 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmişdir (MUT Qaydalarının 2.1.4.5 - 2.1.4.7-ci yarımbəndləri üzrə). 1-ci bənddə qeyd edilən 188 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini varadır. 2. DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi tələbi nəzərdə tutulmamış və MMX-yə təqdim edilməmişdir. MMC öz fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla, yalnız xx.xx.2025-ci tarixində 6 sayda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarını (indikatorları) müəyyən etmişdir. DNPnin 2.7.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında MMC tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması tələbi müəyyən edilməmişdir. DNP-nin 2.8.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır: • şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlarının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları (2.8.2.2-ci yarımbənd); • şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatların hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri (2,8.2.4-cü yarımbənd); • MMX-nm əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası (2.8.2.6-cı yarımbənd); • şübhəli əməliyyatların (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMXya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri (2.8.2.7-ci yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları, şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatların hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri, habelə daxili qaydalarda MMX-nın əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası müəyyən olunmamışdır. Bundan başqa, şübhəli əməliyyatların (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri daxili qaydalarda adekvat dərəcədə əks etdirilməmişdir. Belə ki, MMC-nin "Daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblərə dair qaydaları"nın 5.9-cu bəndində MMC-nin rəhbərliyinin hüquq və vəzifələri düzgün müəyyənləşdirilməmişdir. DNP-nin 2.8.5-ci yarımbəndinə görə məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir. DNP-nin 3.1.3.1-ci yarımbəndinə görə komplayens sistemi çərçivəsində məsul şəxsin şübhəli əməliyyatlara (əqdlərə) dair müstəqil qərar vermək səlahiyyəti nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-yə və MMX-yə təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi qaydası qeyd olunmamışdır. MMC-nin "Daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblərə dair qaydaları"nın 5.8.3-cü bəndində məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, onun bu əməliyyat barədə ona təqdim olunmuş məlumatları müştəri və onun fəaliyyəti üzrə əlavə məlumatlarla bərabər nəzərdən keçirib, direktora göndərilməsi haqqında qərar qəbul etdiyi qeyd olunmuşdur. 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini varadır. 3. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: - müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); - siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə). Yoxlama zamanı müəyyən edilmişdir ki, 1 hüquqi şəxs olan müştəriyə münasibətdə MMC tərəfindən davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamış, MUT qaydalarının tələbləri ilə müvafiq verifikasiya sənədləri əldə edilməmişdir. 3-cü bənddə qeyd edilən 1 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598,1.5-ci maddəsinin tərkib əlamətlərini varadır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (188 müştəri üzrə), 598.1.2-ci və 598.1.5-ci (1 müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Şəxs direktoru X2 tərəfindən xx.xx.2024 - xx.xx.2025-ci il tarixlərındə törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə təqdim etdikləri etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini tərəfindən “Drakaris" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş 25 avqust 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol əsassızdır və qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Protokolun 1-ci bəndində qeyd olunanlara əsasən "xxxx" MMC tərəfindən 188 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1.-ci maddəsinin tərkib əlamətlərini yaradır. Protokolda MMC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında 188 sayda müştəriyə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməməsi göstərilsə də, hər müştəriyə münasibətdə pozuntunun nədən ibarət olması və inzibati xətanın törədildiyi vaxt qeyd edilməmişdir. Protokolun 2-ci və 3-cü bəndində qeyd olunanlara əsasən Şəxs MMC tərəfindən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2.-ci və 598.1.5-ci maddələrinin tərkib əlamətlərini yaradır. Pozuntunun nədən ibarət olması və inzibati xətanın törədildiyi vaxt qeyd edilməmişdir. Həmçinin protokolun 3-cü bəndində 1 müştəriyə münasibətdə İXM-nin 598.1.5-ci maddəsinin tərkib əlamətlərinin yarandığını, yoxlama haqqında hesabatın 9-cu səhifəsində "Drakaris” MMC-nin həmin hüquqi şəxslə xx.xx.2023-cü il tarixində E-0835 nömrəli müqavilə ilə işgüzar münasibətlərə daxil olduğu göstərilmişdir. 25 avqust 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokola əsasən inzibati pozuntular xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. AR İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinin tələblərinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Yuxarıda göstərilənlərə müvafiq olaraq qanun inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün maksimal müddəti inzibati xətanın törədilməsi faktı aşkar edildiyi tarixdən iki ay müddətinədək müəyyən edilməsinə baxmayaraq, EP ******* saylı protokol inzibati pozuntuların aşkarlanması tarixindən 3 aydan çox müddətin keçməsindən sonra tərtib edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 38.1.-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər.... cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-ci maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırım; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXMnin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 25 avqust 2025-ci il tarixli EP 190242 saylı inzibati xəta haqqında Protokoluna əsasən "Drakaris” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.2.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1-ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli. Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.5-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə görə manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.4-cü maddəsinə görə səxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. İş materiallarından da göründüyü kimi, 188 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini, 1 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə təqsirli bilinməli və barəsində 188 (yüz səksən səkkiz) əməliyyat üzrə inzibati cərimə növündə (hər bir əməliyyat üzrə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə) inzibati tənbeh tədbiri tətbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona hər bir müştəriyə və əməliyyata görə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50000 (əlli min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar