Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5366/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu, X3 tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardan qəbul edilir. Beləliklə, müəyyən edilir ki, şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə - xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur ki, bu da verilmiş şikayətin geri qaytarılması üçün əsasdır. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5366/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5366/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver