Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5372/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, atası X2 şəxsi mülkiyyətində olan ** EP *** dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobilinin idarə edilməsi üçün ona etibarnamə verilmiş, lakin o, heç vaxt etibarnamədən istifadə edə bilməmiş və həmin avtomobili idarə etməmişdir. Buna baxmayaraq, barəsində xx.xx.2024-cü il tarixli, EQ 23371477 saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulan 60 manat və 2 bal cərimə edilmişdir. Tərtib olunan protokolun heç biri ona və avtomobilin mülkiyyətçisinə qanunvericiliyə uyğun şəkildə göndərilmədiyindən məlumatsız olmuşlar. Onun bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə etdiyi elektron şikayətinə imtina cavab verilmişdir. Avtomobili idarə edən və mülkiyyətçisinin yol-hərəkət qaydalarını onun pozması barədə AR DİN BDYP-yə etdiyi müraciətinə də imtina cavabı verilmişdir. O, həmin avtomobili idarə etmədiyi halda barəsində inzibatı xətanın törədilməsini nəzərdə tutan protokolların və cəzaların tətbiqi ədalətsiz və qeyri-qanunidir. Həmçinin tərtib edilmiş protokol ona və mülkiyyətçiyə qanunvericiliyin tələblərinə uyğun şəkildə tədim olunmamışdır. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23371477 saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsi ilə nəzərdə tutulan 60 manat və 2 bal inzibati cərimənin ləğv edilməsi haqqında Nəsimi Rayon Məhkəməsinə etdiyi şikayətə baxılaraq xx.xx.2025-ci il tarixli, 3(006)- 2500/2025 saylı qərarla AR DİN BDYP tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23371477 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Lakin məhkəmənin qərarına başdansovdu yanaşılmış, iş yenidən araşdırılmamış və onun İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə AR DİN DYP İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Hesab edir ki, aşağıdakılara görə qəbul edilmiş həmin qərar anunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, atası X2 şəxsi mülkiyyətində olan 99EP630 dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobilinin idarə edilməsi üçün ona etibarnamə versə də, o, bu etibarnamədən heç vaxt istifadə etməmiş və avtomobili idarə etməmişdir. İnzibati xəta törətməsi iddia edilən şəxs də bunu etiraf edir. Digər tərəfdən EQ 23371477 saylı protokol nə ona, nə də avtomobilin mülkiyyətçisinə qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim olunmamışdır. xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 saylı inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarda da təsdiq olunmur ki, inzibati xətanı məhz o törətmişdir. Həmçinin sübut olaraq heç bir foto və videogörüntülər də təqdim olunmamışdır. Törətmədiyi inzibati xəta haqqında inzibati cərimə növündə cərimə edilməyi qanunsuz, ədalətsiz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Göstərilənlərə əsasən onun AR DİN DYP İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.9-cü maddəsi ilə 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 saylı inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 qərarla 60 manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-2500/2025 saylı qərarına əsasən Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23371477 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X5 şikayətində adına etibarnamə olsa da, atasının mülkiyyətində olan ** EP *** dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobilini heç vaxt idarə etmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, 44-7/2-25605 inzibati tənbeh vermə qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5372/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5372/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver