Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5382/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət verən şəxs Altıparmak Barışın vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Altıparmak Barışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Altıparmak Barış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra: Şirkət) baş direktoru X3 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1000 (min) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, hesab edir ki, məhkəmə qaydasında ləğv edilməlidir. Həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Xocavənd Rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd eilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın tərtibindən 3 ildən artıq müddət keçdiyindən həmin qərar müvafiq polis idarəsində saxlanmamış, bu səbəbdən qərarı təqdim edə bilmirik. Bu qərar olmasa belə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması ilə bağlı inzibati tənbeh inzibati xətanın baş verməsindən ən geci 1 iİ keçənədək verilə bilərdi. Yəni, inzibati tənbeh vermə haqqında qərar ən geci xx.xx.2022-ci il tarixədək verilə bilərdi. İXMnin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin barəsində inzibati tənbeh tətbiq edilmiş Barış Altıparmak əmək vəzifələrini şirkətdə 09 iyun 2022-ci il tarixdən icra etməyə başlamışdır. Yəni, hadisənin baş verdiyi dövrdə Barıs Altıparmakın şirkətlə heç bir bağlılığı olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbeh tətbiq edilərkən təqsirin dərəcəsi müəyyən olunmalıdır. Barış Altıparmağın qeyd olunan əməldə heç bir təqsirli hərəkət və ya hərəkətsizliyi olmamışdır. Yəni, inzibati xəta tərkibi yaranmamışdır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, Barıs Altıparmak barəsində İXM-nin 555.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi əsasızdır. Göstərilənlərə əsasən hesab edir ki, Barıs Altıparmak barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə və İnzibati Xətalar Məcəlləsinin 38, 53, 128, 135-ci maddələrinə əsasən Barıs Altıparmak barəsində X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Barıs Altıparmak barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs Altıparmak Barışın vəkili Vəkil şikayət ərizəsində göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini və Barış Altıparmak barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X8 xx.xx.2021-ci il tarixdə Xocavənd rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı Xəcavənd RPŞ-nin İstintaq Qrupunda araşdırma aparılmışdır. Hadisə ilə bağlı Xocavənd RPŞ-nin sabiq əməkdaşı İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən araşdırma aparılaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X2 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı işəgötürən Barış Altıparmak tərəfindən DƏMX-nə hadisə baş verən gün məlumat verilmədiyi və bədbəxt hadisə gizlədildiyi üçün “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmçinin, baş verən inzibati xətanın uzanan xəta olmasını, bədbəxt hadisə gizlədildiyi üçün onların bu hadisədən xəbərləri olduqdan sonra tərəflərindən araşdırma aparıldığını və inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, bu səbəbdən də İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin keçmədiyini bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X2 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı işəgötürən Barış Altıparmak tərəfindən DƏMX-ə hadisə baş verən gün məlumat verilməmişdir və bədbəxt hadisə gizlədilmişdir. Nəticədə, Altıparmak Barış tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 82/2-25111/2025 saylı məktubundan görünür ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X8 xx.xx.2021-ci il tarixdə Xocavənd rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı Xəcavənd RPŞ-nin İstintaq Qrupunda araşdırma aparılmışdır. Hadisə ilə bağlı Xocavənd RPŞ-nin sabiq əməkdaşı İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən araşdırma aparılaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və material saxlanılması üçün Xocavənd RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in 36 nömrəli 2015-ci il tarixli qərarına əsasən araşdırma materialları 3 il müddətinə polis şöbəsinin dəftərxanasının arxivində saxlanıldıqdan sonra məhv edilir. Odur ki, X9 xx.xx.2021-ci il tarixdə Xocavənd rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı araşdırma materialının saxlama müddəti başa çatdığından məhv edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Xocavənd rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X6 xəsarət almış, hadisə ilə bağlı Xəcavənd RPŞ-nin İstintaq Qrupunda araşdırma aparılmış və Xocavənd RPŞ-nin sabiq əməkdaşı İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Əmək Müfəttişliyində aparılmış araşdırma nəticəsində onlara bədbəxt hadisə barəsində məlumat verilmədiyi üçün “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Barış Altıparmak xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar əsasında Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə nəticəsində “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi X6 xəsarət almış və araşdırma nəticəsində Xocavənd RPŞnin sabiq əməkdaşı İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə, yəni Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi inzibati xətanın uzanan xəta olmasını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, "uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında-subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd edilən hüquq normalarına əsaslanaraq və işin hallarına nəzər salaraq məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarın qəbul edildiyi tarixi iş materiallarında olan sənədlərlə müəyyən etmək mümkün olmasa da, Xocavənd Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-82/2-25111/2025 saylı məktubun məzmunundan aydın olur ki, həmin qərar qəbul edildikdən sonra ən azı 03 il müddət keçmişdir. Beləliklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən xətanın törədilməsi inzibati orqan üçün aşkar olduğu üçün cəlb etmə müddəti həmin tarixdən hesablandığı təqdirdə 4 aylıq müddət bitdikdən, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın tarixindən 3 ay müddət bitdikdən sonra inzibati məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 38-ci maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan və yaxud vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulan hallardan biri olduqda, inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Barış Altıparmakın şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5382/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5382/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver