Məhkəmə qərarları › İş №3(006)-541/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-541/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-541/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, aparılan araşdırma zamanı ekoloji normalara əməl olunması ilə bağlı olaraq verilmiş 08.09.2021-ci il tarixli GMG/2621-062 nömrəli icrası məcburi olan müddətli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsi faktı aşkar olunmuşdur. Buna görə də, X3 vəzifəli şəxs kimi 3500 manat məbləğində cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, icarə müqaviləsi əsasında ünvan 1 ünvanında qeyri-yaşayış sahəsini işlədir. Həmin qeyri-yaşayış sahəsi xidmət sahəsi kimi ictimai iaşə obyektidir. Vətəndaşlara keyfiyyətli xidməti təmin etmək məqsədi ilə həmin qeyri-yaşayış sahəsini kondisionerlə təmin etmişdir. O, kondisioneri qeyri-yaşayış sahəsinə qoyarkən qonşularla qanunvericiliklə nəzərdə tutulan müvafiq normalara uyğun olaraq quraşdırma işlərini aparmışdır. Sonradan qonşulardan biri qanunsuz olaraq mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə eyvanını şəhərsalma və tikinti normalarını pozmaqla qabağa çəkərək kondisionerə yaxınlaşdırmışdır. Qonşu kondisionerin götürülməsi ilə bağlı ona iradını bildirmiş, o da qonşuluq münasibətlərinə xələl gətirməmək məqsədi ilə, baxmayaraq ki, özünü haqlı hesab edirdi, kondisionerin arxa hissəsinin yerini dəyişmişdir. 21 oktyabr 2021-ci il tarixində xəbəri olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi heç bir araşdırma aparmadan Azərbaycan Respublikası İXM-nin 275.2 və 541-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında qərar çıxarmışdır. Hesab edir ki, bu qərar tam qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilən normalardan və işin faktiki hallarından görünür ki, onun əməlində qəsd olmamışdır. Qərarda göstərilmişdir ki, guya o, məcburi göstərişin tələblərini yerinə yetirməmişdir. Halbuki, ona belə bir göstəriş və yaxud məlumatlandırılma göndərilməmişdir. Barəsində tətbiq edilən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın sanksiyasını tətbiq etmək üçün müvafiq sübutlar olmalıdır. Belə ki, həmin normada Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması nəzərdə tutulmuşdur. Normanın dispozisiyasmda göstərilən hallar müvafiq avadanlıqlarla müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində təsbit edilmişdir ki, Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Bununla bağlı bir daha göstərmək istərdi ki, ona heç bir bildiriş və məlumat verilməmiş və barəsində inzibati cərimə tətbiq edilməsi barədə təsadüfən məlumat əldə etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi mühü əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, çıxardıqları qərar işin hallarına uyğun deyil, işin halları sübuta yetirilmir, maddi normalar düzgün tətbiq edilməmişdir. Qərarı 27.01.2022-ci ildə rəsmi olaraq almışdır. Cavabdehin iş üzrə tam, hərtərəfli araşdırma aparmadan, ona heç bir bildiriş vermədən, tərəfindən heç bir inzibati xəta törədilmədiyini və çıxarılan qərarın heç bir sübuta əsaslanmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verilən şikayəti müdafiə edərək əlavə olaraq göstərmişdir ki, tərtib olunmuş protokol və qərar tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən onun ünvanına heç bir məcburi göstəriş göndərilməmişdir. Protokol və qərarı tərtib edən orqan tərəfindən isə həmin məcburi göstərişin onun ünvanına göndərilməsini və ya onun tərəfindən qəbul edilməsini təsdiq edəcək hər hansı bir sübut, yəni qəbz, reyestr və ya xəbərnamə təqdim edilə bilmir. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılmasında o, dəvət olunmamış, protokolun tərtib olunmasından xəbəri belə olmamışdır. Odur ki, onun barəsində tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 sentyabr 2021-ci il tarixli G-MG/2621-062 nömrəli məcburi göstərişin surəti məhkəməyə təqdim olunsa da, həmin göstərişin barəsində inzibati xəta haqqında protokol və qərar tərtib olunmuş X1 ünvanına göndərilməsi və ya onun tərəfindən qəbul edilməsi faktını təsdiq edəcək sübut (reyestr, xəbərnamə, qəbz və s.) əlavə edilməmişdir. Bu hal məhkəmə tərəfindən şəxsin əməlində İXM-nin 541-ci maddəsinin tərkibinin olmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində göstərilir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hər hansı bir qanuni tələb və ya qərarını almamış şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, istər aktın tərtib olunması zamanı, istərsə də protokolun və inzibati xəta haqqında qərarın tərtibi zamanı vəzifəli şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməsi öz əksini tapmamışdır. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə verilməsi və ya şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin qanuni təmsilçisinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsində göstərilir ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa məhkəmə iclasında da X1 təqsirli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar