Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-543/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – X1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1998-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, işləməyən, Ağcabədi rayonu, H.Əliyev pr., 323-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114, mənzil 14-də yerləşən ümumi həyətdə Zərərçəkmiş şəxs məxsus ipdən asılmış 150 manat dəyərində qara rəngli şalvarı oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114, mənzil 14-də yerləşən ümumi həyətdə ipdən asılmış, sonuncuya məxsus qara rəngli şalvarı oğurlayaraq zərər çəkmiş şəxsə 150 manat məbləğində ziyan vurmuşdur. Aparılmış araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114, mənzil 14-də yerləşən ümumi həyətdə ipdən asdığı şalvarının yerində olmadığını görmüşdür. Bu barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində ona 150 manat məbləğində ziyan vurulmuşdur. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114, mənzil 14-də yerləşən ümumi həyətə girib ipdən asılan paltarı oğurlamışdır. Hazırda əməlindən peşmandır. Bir daha belə əməllərə yol verilməyəcək. Zərər çəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Həmin Məcəllənin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-543/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-543/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver