Məhkəmə qərarları › İş №3(006)-5456/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5456/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5456/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 30220.00 ABŞ dolları məbləğində vəsaiti 22 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30220.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 etiraz təqdim etmiş və etiraza uyğun izahat verərək bildirmişdir ki, Mərkəzi Bank Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İnzibati Xətalar Məcəlləsi” və ya “İXM”) 430.4-cü maddəsi uzrə inzibati xəta haqqında prötököl tərtib etsə də, təqdim olunan materiallar və faktiki hallar göstərir ki, Cəmiyyət tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Bu səbəbdən, iş üzrə icraatın xitam verilməsini zəruri edən halların təfərruatları təqdim olunur. Belə ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Şəxs MMC ilə X4 qeydiyyatdan keçmiş “X17” MMC arasında muxtəlif avadanlıqların və onların ehtiyat hissələrinin alqı-satqısı məqsədilə müqavilə danışıqları 2023-cü ilin mart ayından etibarən email vasitəsilə aparılmağa başlanmışdır. “X17” MMC tərəfindən email yazışmalarda ilkin dövrdə Shahnawaz adlı şəxs (həqiqətən də sözugedən şirkət rəhbər şəxslərindən biridir) mailto:shahnawaz@autocraftuae.comElektron ünvan 1 email ilə və əsasə və Elektron ünvan 2 emailləri vasitəsilə baş tutmuşdur. 2023-cü ilin mart ayının sonundan 2023-cü ilin avqust ayının əvvəlinədək müqavilə ilə bağlı şərtlərin müəyyən edilməsi ilə bağlı yazışmalar qeyd olunan şəxslər arasında heç bir təsir və müdaxiləyə məruz qalmadan düzgün bir şəkildə davam etmişdir. Lakin, 03 avqust 2023-cü il tarixindən etibarən “X17” MMC-nin adından yazışmalar domain adı “uae” yerinə “uea” olan Elektron ünvan 3 email vasitəsilə davam etdirilmişdir. Bu hadisə müqavilənin imzalanması yekunlaşan və ödənişin həyata keçirilməsi nəzərdə tutulan ərəfədə baş vermişdir. Sözügedən emaildən müqavilə, invoys və bank detalları təqdim edilmiş və Şəxs MMC tərəfindən 2023-cü ilin avqust ayında 30 220 ABŞ dolları, sentyabr ayında isə 11 272 ABŞ dollar məbləğində ödəniş həyata keçirilmişdir. Şəxs MMC-nin ödənişləri "xxxx" ASC vasitəsilə, Elektron ünvan 3 email ünvanından ğöndərilmiş hesab-fakturada ğöstərilən bank hesabına - hesab sahibi X17 LLC, AE********************01 nömrəli hesaba köçürülmüşdür (bu hesab X15 X12 filialında açılmışdır). 23 avqust 2023-cü il tarixində Şəxs MMC-nin direktoru X1 etmiş və “X17” MMC-nin rəhbər şəxsləri ilə görüş keçirmişdir. O, səfərdən qayıtdıqdan qısa muddət sonra, Şəxs MMCnin Əməliyyatlar uzrə X10 “X17” MMC-nin əməkdaşları ilə Whatsapp tətbiqi vasitəsilə əlaqə saxlamış, vəsaitin ödənildiyini bildirmiş, sifariş olunan malların göndərilib-göndərilməməsini soruşmuşdur. “X17” MMC-nin əməkdaşları tərəfindən ona vəsaitin ödənilmədiyi bildirilmiş, Denis Jeltenkov isə onlara "xxxx" ASC tərəfindən icra olunan ödəniş tapşırıqlarını təqdim etmişdir. Yalnız bu hadisələrdən sönra hər iki şirkət tərəfindən aparılan daxili araşdırma nəticəsində müəyyən edilmişdir ki, naməlum şəxs tərəfindən saxta email hesabı yaradılaraq (bir hərf dəyişməklə) Şəxs MMC və “X17” MMC arasında aparılan email yazışmalarına qanunsuz müdaxilə olunmuşdur. Həmin qanunsuz müdaxilə edən şəxs “X17” MMC-yə aid olmayan (amma benefisiarın adı eyni olan) bank hesabı açaraq sözügedən vəsaitlərin (30220 və 11272 ABŞ dollar) qanunsuz əldə edilməsinə və sonradan həmin vəsaitlərin Dubayda yerləşən bank hesabından çıxarılmasına müvəffəq olmuşdur. Şəxs MMC, “X17” MMC tərəfindən malların təchiz edilməsi məqsədilə 25 sentybar 2023-cü il tarixli yeni müqavilə bağlamış, sözügedən ödənişləri həqiqətən də “X17” MMC-yə məxsus olan bank hesabına təkrarən ödəmək məcburiyyətində qalmışdır. Həmin ödəniş çərçivəsində sifariş olunan malların 2023-cü il oktyabr ayında Azərbaycana idxalı baş tutmuşdur. Şəxs MMC yaranmış vəziyyəti həll etmək və qanunsuz olaraq əldə edilmiş 30220 və 11272 ABŞ dollar məbləğində vəsaitlərin geri qaytarılması məqsədi ilə 10 öktyabr 2023-cü il tarixində məsələnin ilkin araşdırılması, eləcə də X4 ətraflı araşdırmanın aparılması məqsədilə X5 sorğu göndərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, əlavə olaraq 28 may 2025-ci il tarixində isə Abu X13 müraciət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun bu məsələ ilə bağlı rəsmi cavabının alınması məqsədilə Şəxs MMC 22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mubarizə Baş İdarəsinə məktub ünvanlamışdır. Bununla belə, Şəxs MMC mənimsənilmiş 41.492 ABŞ dollar məbləğinin bərpası məqsədilə X6 qarşı hüquqi prosesin başlanmasına dair tədbirlər görülməsi üçün 26 avqust 2025-ci il tarixində Dubayda hüquqşunas-məsləhətçilərə muraciət etmişdir. Beləliklə, Şəxs MMC həmin vaxt mövcud imkanlar çərçivəsində sözügedən cinayətin qarşısını almaq və qanunsuz olaraq əldə edilmiş 30220 və 11272 ABŞ dollar məbləğində vəsaitlərin geri qaytarılması üçün mumkun olan bütün tədbirləri həyata keçirmişdir. Mərkəzi Bankın, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin Şəxs MMC hərəkətlərində mövcud olması barədə gəldiyi nəticə əsassızdır və iş üzrə müəyyən edilmiş hallara ziddir. Belə ki, alqı-satqı müqaviləsi uzrə ödəniş həyata keçirildikdən sönra naməlum şəxslər tərəfindən bank rekvizitləri saxtalaşdırılmış, ödənişin yönləndirildiyi hesab dəyişdirilmiş və nəticədə vəsaitlər qanunsuz olaraq mənimsənilmişdir. Bu hallar Şəxs MMC-nin iradəsindən və nəzarət imkanlarından kənarda baş vermiş, Şəxs MMC-nin müqavilə öhdəliklərini icra etməsinə və ya ödənilmiş məbləğin geri qaytarılmasına real imkan qalmamışdır. Göstərilən faktlar huquq-muhafizə orqanlarına edilən rəsmi muraciətlər, həmçinin banklar arasında aparılmış yazışmalar və ödəniş sənədləri ilə təsdiq olunur. Bu hallar Şəxs MMC-in bütün ağlabatan ehtiyat tədbirləri görüldüyü halda belə, baş verən nəticələri qabaqcadan görmək və qarşısını almaq mümkün olmadığı üçün təqsirini istisna edir. Beləliklə, inzibati xəta tərkibinin məcburi elementi olan subyektin təqsiri mövcud deyil və inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Diqqət yetirməli məqamlardan biri də ondan ibarətdir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mubahisələndirə bilər. Belə mubahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 347.4-cü maddəsinə əsasən kontragntin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Əvvəl qeyd olunduğu kimi, Şəxs MMC tərəfindən “X17” MMC adından səlahiyyətli şəxs kimi çıxış edən naməlum şəxsin işguzar yazışmaların ortasında qoşulması faktı muəyyən edilməmiş, bu isə naməlum şəxs ilə etibarsız əqsin bağlanmasına və nəticədə zərərin yaranmasına səbəb olmuşdur. Həmçinin, Mərkəzi Bank 09 sentyabr 2025-ci il tarixli, EP ******* nömrəli İnzibati xəta haqqında Protokolu barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan Şəxs MMC-yə təqdim edilməmişdir. Belə ki, Məhkəməyə təqdim edilmiş protokolda barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan huquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı olan xana boş saxlanılmışdır. Göründüyü kimi, Şəxs MMC-nin aldadılması nəticəsində yalnışlıqla həyata keçirdiyi ödəniş əməliyyatı Mərkəzi Bank tərəfindən istinad edilən inzibati xəta tərkibini yaratmır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP seriyalı ******* nömrəli, 09 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 22 avqust 2023-cü il tarixdə “X17LLC” şirkətinin hesabına 30220.00 ABŞ dolları məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X11 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsində qeyd etdiklərinə münasibətdə qeyd edir ki, etiraz ərizəsində qeyd olunan məsələlərin dövlət orqanlarında araşdırılmasına və nəticələrinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilmiş və işin halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 30220.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 30220.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30220.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6044 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar