Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5467/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 07 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 440 manat aliment pulu tutularaq Ruhiyyə İbrahimovaya verilməlidir. MN seriyalı ******* nömrəli 07 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokola 1 nömrəli Əlavədən görünür ki, Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli xx.xx.20223-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5180/2023 nömrəli mülki iş üzrə yekun qərar çıxanlanadək xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs müvəqqəti olaraq, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilməlidir. 2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 922/2016 nömrəli,xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 749 manat alınaraq X8 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(008)-3382023-002 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5180/2023 nömrəli mülki iş üzrə yekun qərar çıxarılanadək xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs müvəqqəti olaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilməlidir. Bundan başqa Nəsimi Rayon Məhkəmsinin 2(006)-922/2016 saylı. xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 749 manat alınaraq X8 ödənilməlidir. Hər iki icra vərəqəsi üzrə icraata başlama qərarı qəbul olunmuş və borclu Şəxs göndərilmişdir. Hal hazırda tələbkarlar borcun tam ödənilməsini tələb edirlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs tərəfindən həmin icra işi üzrə ödənişlər olunmuşdur, lakin aliment tələbi ilə bağlı bu günə olan borcu var və həmin borcu tələbkar birdəfəyə ödənilməsini tələb edir. Borclu verdiyi məlumata əsasən yenicə işə düzəlibdir. Sonuncunun barəsində protokol tərtib edilməsinin səbəbi tələbkar İbrahimovanın borcun ona tam ödənilməsi tələbi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən məlumatlıdır. Həmin icra sənədi ilə bağlı onun ödənişləri olubdur. Həmin borcdan cüzi məbləğ qalıbdır. Digər icra vərəqəsini isə hələ almamışdır və bu barədə məlumatı olmamışdır. O, hal hazırda «Sibriz»də fəhlə işləyir. Gündəlik qazancı 30 manatdır. Hər 10-gündən bir məvacib alır. Buna baxmayaraq övladını görmək üçün bir neçə dəfə bazarlıq edib getmişdir, lakin tələbkar ondan həmin bazarlığı götürməmiş, övladı ilə görüş verməmişdir. Bütün bunlara baxmayaraq o, söz verir ki, həmin aliment tələbini iki gün ərzində ödəyəcək, bundan sonra isə müntəzəm olaraq həmin alimenti aybaay ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, həmçinin tələbkar şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5180/2023 nömrəli mülki iş üzrə yekun qərar çıxanlanadək xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs müvəqqəti olaraq, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə həmin bildirişlə rəsmi qaydada tanış olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, borclu X2 kreditor X9 xeyrinə 729 (yeddi yüz iyirmi doqquz) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu vəsaitin tutulması əmr edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən işin aşağıdakı hallarını nəzərə alır:
1. Məhkəmə iclasında işin hallarından aydın olmuşdur ki, Şəxs yalnız bugün «İcraata başlamaq haqqında» qərarı və həmin tarixli bildirişi rəsmi qaydada əldə etmişdir. Deməli, Şəxs bugünkü tarixədək icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə rəsmi qaydada xəbərdar edilməmişdir, həmçinin onun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində nəzərdə tutulmuş «İcraata başlamaq haqqında» qərardan şikayət vermək hüququ gözlənilməmişdir. Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət isə hələ tamamlanmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi yalnız məcburi icra tədbirlərinin tətbiqi üçün əsas ola bilər.
2. Məhkəmə, işin hallarına əsaslanaraq bildirir ki, protokol tərtib etmiş orqanın təqdim etdiyi materiallardan borclu Şəxs iş yerinin olması müəyyən edilsə də icra sənədi üzrə konkret olaraq bununla bağlı hər hansı icra tədbirinin (o cümlədən, tələbin borclunun əmək haqqında yönəldilməsi) həyata keçirilməsi müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında göstərir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-338/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə