Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(006)-5470/2025 12.02.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 529.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, «YOL TİKİNTİSERVİS» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardan görünür ki, «YOL TİKİNTİSERVİS» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərrdan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli Göstərişindən görünür ki, «YOL TİKİNTİSERVİS» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 (iyirmi) gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında «YOL TİKİNTİSERVİS» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən əmək müqaviləsi bağlanılan zaman bir sıra işçilərin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin olunmaması müəyyən edilmiş, bununla əlaqədar olaraq aşkarlanmış nöqsanın aradan qaldırılması məqsədilə ## ###### 2025-ci il tarixli *-**-*/*- M*****/**** nömrəli Göstəriş icra olunması üçün göndərilmiş, lakin göstərişdə qeyd olunmuş 20 gün müddətində nöqsan aradan qaldırılmamışdır. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə ##.##.2025-ci il tarixdə saat 10:00-da X6 Xidmətinə və ya videokonfransa dəvət olunmuş. Bütün sübut, izahat və mülahizələrin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, «YOL TİKİNTİSERVİS» MMC tərəfindən Abbasov İlham Musa oğlu və digər 7 (yeddi) işçinin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməsi ilə bağlı DƏMX-in ##.##.2025-ci il tarixli *-**-*/*-M-*****/**** nömrəli icrası məcburi göstərişinə əməl edilməməsinə görə «YOL TİKİNTİSERVİS» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuş, qeyd olunan cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 (on beş) gün müddət müəyyən olunmuşdur. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” X2 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan SS937796595AZ və SS937796600AZ ştrix kodlu məktublar ##.##.2025-ci il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən dəstə halında (F-103 siyahısı ilə) qəbul olunmuş və təyinatı üzrə göndərilmişdir. Ünvan məlumatları tam və dolğun olmadığı üçün SS937796595AZ ştrix kodlu məktubun çatdırılmasına ayrı-ayrı şöbələr olmaqla 3 (üç) dəfə cəhd, SS937796600AZ ştrix kodlu məktubun çatıdırılmasına isə 1 (bir) dəfə cəhd göstərilməsinə baxmayaraq nəticə uğursuz olmuşdur. Sözügedən SS937796600AZ (##.##.2025-ci il tarixdə) və SS937796595AZ (##.##.2025-ci il tarixdə) ştrix kodlu məktublar AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və X6 Xidmətinin Bayramova soyadlı əməkdaşına təhvil verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli Göstərişinə əsasən «YOL TİKİNTİSERVİS» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 (iyirmi) gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığrtalanmasını təmin etməsi qərara alınmış, göstərişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanı kimi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 45, mənzil 16, onun ünvanına aid olan poçt indeksi kimi AZ 1100 göstərilmiş, iş materiallarında olan sənədlərdə göstərişin göndəriləcəyi ünvan kimi «YOL TİKİNTİSERVİS» MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 150, mənzil 10, bu ünvana aid olan poçt indeksi AZ 1010 göstərilmiş, lakin göstərişin çatdırılmasını təsdiq edən sənədlərdə müvafiq göstərişin AZ 1113 indeksli poçt şöbəsi tərəfindən çatdırılması qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin göstərişi və qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, «YOL TİKİNTİSERVİS» MMC-yə ünvanlanması müəyyən olunsa da, lakin həmin göstəriş və qərarın «YOL TİKİNTİSERVİS» MMC-yə çatırılmasını təsdiq edəcək hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” X2 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmış və həmin qurum tərəfindən sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan SS937796595AZ və SS937796600AZ ştrix kodlu məktublar ##.##.2025-ci il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən dəstə halında (F-103 siyahısı ilə) qəbul olunmuş və təyinatı üzrə göndərilmişdir. Ünvan məlumatları tam və dolğun olmadığı üçün SS937796595AZ ştrix kodlu məktubun çatdırılmasına ayrı-ayrı şöbələr olmaqla 3 (üç) dəfə cəhd, SS937796600AZ ştrix kodlu məktubun çatıdırılmasına isə 1 (bir) dəfə cəhd göstərilməsinə baxmayaraq nəticə uğursuz olmuşdur. Sözügedən SS937796600AZ (##.##.2025-ci il tarixdə) və SS937796595AZ (##.##.2025-ci il tarixdə) ştrix kodlu məktublar AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və X6 Xidmətinin Bayramova soyadlı əməkdaşına təhvil verilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş göstərişin və qərarın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi qaydada göndərilməsini və onun tərəfindən alınmasını təsdiq edən hər hansı mötəbər sənəd mövcud deyil, Ümumiyyətlə səlahiyyətli orqan tərəfindən tərtib edilmiş göstərişin və qərar barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə çatdırılmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və ədalətliliyi, ilk növbədə, məlumatlandırılma hüququnun təmin edilməsindən asılıdır. Sənədlərin rəsmi qaydada verilməsi sadəcə texniki bir prosedur deyil, bu hüquqi dövlət prinsipinin təzahürü, şəxsin özünü müdafiə hüququnun gerçəkləşməsi üçün ilkin və zəruri şərtdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd, həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu norma, sənədin təsadüfi bir şəxsə deyil, məhz hüquqi şəxsin adından hərəkət etmək səlahiyyəti olan və ya sənədləri qəbul etmək vəzifəsi daşıyan bir nümayəndəsinə təqdim edilməli olduğunu birmənalı şəkildə təsbit edir. "Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir". Bu tələb sənədi qəbul edən şəxsin hüquqi şəxslə olan əlaqəsinin eyniləşdirilməsinə, onun bu sənədi qəbul etmək üçün legitimliyinin müəyyən edilməsinə xidmət edir. 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, X6 Xidmətinin mövqeyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, cəmiyyətin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, çatdırılma prosedurunda yol verilmiş kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bununla da, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5470/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5470/2025
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver