Məhkəmə qərarları › İş №3(006)-548/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-548/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-548/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Azərbaycan Respublikası Dövlət Reklam protokolu tərtib etmiş orqan: Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 212 saylı ünvanda yerləşən obyektdə müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt xx.xx.2021-ci il tarixdə, saat 14:40 radələrində aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 212 saylı ünvanda yerləşən obyektdə müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt xx.xx.2021-ci il tarixdə, saat 14:40 radələrində aşkar edilmişdir. Bununla bağlı onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 212 saylı ünvanda yerləşən obyektdə o sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq paltarların satışını həyata keçirir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Reklam İdarəsinin işçiləri həmin obyektə gəlib onun barəsində protokol tərtib etmişlər. Halbuki, o, bu ilin yanvar ayının sonlarında obyektin üzərində reklamın yerləşdirilməsi ilə bağlı icazənin alınmasına dair rəsmi qaydada Bakı şəhər Reklam İdarəsinə müraciət etsə də, ödəniş etmək üçün ona müvafiq rekvizitlər vaxtında verilməmişdir. Hazırda ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək açıq məkanda reklam yerləşdirilməsinə dair icazə verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İ**********0001 saylı “Açıq məkanda reklam yerləşdirilməsinə İcazə”dən görünür ki, Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 212 saylı ünvanda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək reklam yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, müəyyən edilmiş fakt Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. Belə ki, “Açıq məkanda reklam yerləşdirilməsinə İcazə” sənədinə görə Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 212 saylı ünvanda açıq məkanda reklam yayımını xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədə olan müvafiq icazə əsasında həyata keçirir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar