Məhkəmə qərarları › İş №3(006)-548/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-548/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-548/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu, X3 tərəfindən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəmə müraciət edərək, xx.xx.2023-cü il tarixdə verilmiş inzibati qərardan razı olmadığından işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X3 xx.xx.2023-cü il tarixli, İXP5666942 nömrəli protokolla, xx.xx.2023-cü il tarixdə, saat 17:15-də ünvan 2 ünvanında ** DY *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar