Məhkəmə qərarları › İş №3(006)-548/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-548/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-548/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), “X15” MMC-nin direktoru və "araz.az" saytının baç redaktoru işləyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 282-də qeydiyyatda olan, Bakı şəhəri, M.Sənani küçəsi, ev 5B-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)-172/2024 saylı icra sənədinə əsasən “araz.az” internet informasiya portalında X5, X8, X7, Zərərçəkmiş şəxs və X4 barəsində mübahisə predmetinə aid olan məqalələrin dərc olunması “X15” MMC-yə qadağan edilmişdir. Lakin “X15” MMC-nin direktoru Şəxs buna əməl etməyərək bu şəxslər barəsində məqaləni dərc etdirmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)-172/2024 saylı icra sənədinə əsasən “araz.az” internet informasiya portalında X5, X8, X7, Zərərçəkmiş şəxs və X4 barəsində mübahisə predmetinə aid olan məqalələrin dərc olunması “X15” MMC-yə qadağan edilmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmış və müvafiq tələblər X15” MMC-nin direktoru və “araz.az” internet informasiya portalının baş redaktoru Şəxs diqqətinə çatdırılmışdır. Lakin, buna baxmayaraq qeyd olunan şəxslər barədə xx.xx.2025ci il tarixdə “araz.az” internet informasiya portalında “Ramin İsayevi həbs etdirənlər “Ulduz” firmasının adıyla törətdikləri saxtakarlıqları da onun boynuna qoymağa çalışırlar” adlı məqalə dərc olunmuşdur. X15” MMC-nin direktoru və “araz.az” internet informasiya portalının baş redaktoru Şəxs bu barədə xəbərdarlıq edildikdən sonra dərhal həmin məqalı yığışdırılmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, icra sənədində qadağan edildiyi halda xx.xx.2025-ci il tarixdə “X15” MMC tərəfindən Zərərçəkmiş şəxs barəsində araz.az internet informasiya portalında mübahisə predmetinə aid “Ramin İsayevi həbs etdirənlər “Ulduz” firmasının adıyla törətdikləri saxtakarlıqları da onun boynuna qoymağa çalışırlar” adlı məqalə dərc olunmuşdur. Buna görə də “X15” MMC-nin direktoru və saytın baş redaktoru Şəxs cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X15” MMC-nin direktoru və “araz.az” internet informasiya portalının baş redaktoru Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(006)-172/2024 saylı icra sənədinə əsasən “araz.az” internet informasiya portalında X5, X8, X7, Zərərçəkmiş şəxs və X4 barəsində mübahisə predmetinə aid olan məqalələrin dərc olunması “X15” MMC-yə qadağan edilsə də, iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə çıxarıldığı üçün o elə zənn etmişdir ki, artıq qadağa qüvvədən düşüb. Ona görə də xx.xx.2025-ci il tarixdə “araz.az” internet informasiya portalında “Ramin İsayevi həbs etdirənlər “Ulduz” firmasının adıyla törətdikləri saxtakarlıqları da onun boynuna qoymağa çalışırlar” adlı məqalə dərc olunmuşdur. Lakin, icra məmuru bu qadağanın qüvvədə olduğunu bildirdikdən sonra o dərhal həmin məqaləni saytdan götürmüşdür. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(006)-172/2024 saylı icra sənədinə əsasən “araz.az” internet informasiya portalında X5, X8, X7, Zərərçəkmiş şəxs və X4 barəsində mübahisə predmetinə aid olan məqalələrin dərc olunması “X15” MMC-yə qadağan edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2609/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq iddiaçılar X5, X8, X7, Zərərçəkmiş şəxs, X4 və "xxxx" MMC barəsində mübahisə predmetinə aid olan məqalələrin dərc olunması cavabdehlər “X15” MMC, “X12 Redaksiyası” MMC və Şəxs qadağan edilmişdir; • “araz.az” internet informasiya portalında xx.xx.2025-ci il tarixdə dərc edilmiş “Ramin İsayevi həbs etdirənlər “Ulduz” firmasının adıyla törətdikləri saxtakarlıqları da onun boynuna qoymağa çalışırlar” başlıqlı məqalədə qeyd olunur ki, “Öncə onu qeyd etmək istəyirik ki, onun həbsini təşkil edən Zərərçəkmiş şəxs və ətrafı cədvəldə adı keçən “Ulduz” firmasının Ramin İsayevə aid olması ilə bağlı absurd bir iddia irəli sürüblər. Bunun tam əsassız olduğunu, bədniyyət insanların şər və böhtanlarını əlimizdə olan inkarolunmaz fakt və sənədlər də sübut edir. Hətta xx.xx.2023-cü il tarixinədək öz sahibinə məxsus olan bu firmanın yerləşdiyi 2 hektar ərazini Zərərçəkmiş şəxs ələ keçirmək üçün müxtəlif maxinasiyalara da əl atıb. Hətta bu məqsədli vatsab yazışması da əlimizdədir. Lazım gəlsə, növbəti bir yazımızda bu yazışmanın şərhini verməyə də hazırıq... Yuxarıda dediyimiz kimi, Zərərçəkmiş şəxs və Samir Mollayev kimilər belə məsələlər pərdəsi altında Ramin İsayevin barəsində korrupsiya damğalı həbs qətimkan tədbiri seçdiriblərsə, bunun cavabını kim verməlidir? İlkin istintaqı aparan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xalqımıza burada hər hansı bir korrupsiya faktının olması barədə məlumat çatdıra bilərmi? Ən vacib şüalar budur və mütləq Azərbaycan ictimaiyyətinə bu barədə cavab verilməlidir. Belə bir ciddi məsələyə Ağır Cinayətlər Məhkəməsinin münasibətinin necə olacağı və düşündürücü suallara nə cavab verəcəyi də müşkül bir məsələyə çevrilib. Bir sözlə, məhkəmə üçün də, bütün bu müəmmalar çox çətin durum yaradacaq. Çünki indiyədək hər şey Zərərçəkmiş şəxs və onun ətrafının istəyinə uyğun həyata keçirilib”. Beləliklə, məhkəmədə müəyyən olunur ki, “X15” MMC-nin direktoru və “araz.az” saytının baş redaktoru Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)-172/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədində qadağan edilmiş hərəkətlərə yol verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X15” MMC-nin direktoru və “araz.az” saytının baş redaktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görəməsuliyyət nəzərdə tutur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “X15” MMC-nin direktoru və “araz.az” saytının baş redaktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətindəBakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar