Məhkəmə qərarları › İş №3(006)-5483/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5483/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5483/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Cövlət Yol Polis İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilmişdir. Barəsində cərimə yazılmasından və xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul edilməsindən məlumatlı olmasına baxmayaraq, iki aya sonra qeyd olunan nəqliyyat vasitəsinə həbs qoyulması və onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X5 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququ xəbəri olmadan müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul olunarkən, onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə DİN Baş X5 İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunarkən, bunun nəticəsində isə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, X5 İdarəsinin vəzifəli şəxsləri öz qanunazidd hərəkətləri və hərəkətsizlikləri ilə nəqliyyat vasitəsini idarə etmək hüquqlarını, o cümlədən məlumat əldə etmək və şikayət etmək hüquqlarını məhdudlaşdırmışlar. Bundan sonra “QAZ 33021” yük markalı **-ME-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etdiyi zaman barəsində sürücülük hüquqünun müvəqqəti məhdudlaşdırıldığı və sürücülük hüququnun olmadığı, yəni İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə İXP ******* nömrəli protokolu və EQ/24494283 nömrəli qərarı tərtib edilmişdir. Hər sənədə əsasən 400 manat cərimə olunmuşdur. Barəsində tərtib edilmiş nə EQ 20303494 nömrəli qərardan nə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından xəbəri olmamışdır. Barəsində xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar qəbul olunmasından, həmin qərar əsasında ona 50 manat, daha sonra isə cərimə ödənilmədiyindən 80 manat olmasından və “QAZ 33021” yük markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həbs qoyulmasından İXM 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə İXP6646101 nömrəli protokol tərtib olunarkən məlum olmuşdur. Bundan sonra, hüquqları pozulduğundan dərhal həmin qərarı verilməsini tələb etmiş və qərar ona rəsmi qaydada verildikdən sonra onun əsassız və qanunsuz olmasını hesab edərək qərardan məhkəməyə şikayət vermişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayəti təmin edilmiş, DİN Baş X5 İdarəsinin barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar əsassız olduğundan ləğv edilmişdir. Hesab edir ki, DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərarı əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması və nəticədə İXM 332.3-cü maddəsinə əsasən İXP6646101 nömrəli protokolun və EQ/24494283 nömrəli qərarın tərtib tərtib edilməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, yuxarıda da qeyd eldiyi kimi İXM 332.3-cü maddəsinə əsasən barəsində TP ******* nömrəli və EQ/24494283 nömrəli qərarların tərtib edilməsinə əsas məhz xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar və Nəsimi Rayon Məhkəməsi tərəfindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar olmuşdur. Həmin qərar isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə əsassız olduğundan ləğv edilmişdir. Daha sonra tərəfindən Nəsimi Rayon Məhkəməsinə İXP6646101 nömrəli protokolun və EQ/24494283 nömrəli qərarın ləğv edilməsinə dair şikayət verilmişdir. Lakin məhkəmə şikayətini bir hissədə geri qaytararaq, məhkəmədə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi hüququnu izah etmişdir. Bununla belə şikayətini digər hissədə, yəni EQ/24494283 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin etmişdir. Məlumat üçün bildirir ki, Nəsimi Rayon Məhkəməsinin 3(006)- 1297/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixli EQ/24494283 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Daha sonra tərəfindən Baş X5 İdarəsinə rəsmi müraciət olunmuş, İXP6646101 nömrəli protokola əsasən qəbul edilmiş qərarın surəti istənilmişdir. Baş X5 İdarəsinə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə, həm xx.xx.2025-ci il tarixdə isə Daxili İşlər Nazirliyinin portalı vasitəsi müraciət olunmuşdur. Lakin qərar təqdim edilmədiyindən şəxsən Baş X5 İdarəsinə gedilmiş və TP ******* №-li qərarın surəti xx.xx.2025-ci il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Müvafiq olaraq barəsində xx.xx.2024-cü il tarixli, EQ 20303494 nömrəli qərar ləğv edildiyindən və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar da əsassız və qanunsuz olduğundan ləğv olunmalı idi. Bu dəfə də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şikayəti təmin edilmiş, Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün həmin quruma göndərilməsi barədə 3(006)-2891/2025 saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarı Bakı şəhəri X4 İdarəsinə təqdim etsə də müvafiq tədbirlər görülməmişdir. Bir ay keçdikdən sonra İdarəyə yaxınlaşaraq məlumat əldə etdikdə, verilən cavabda xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinin Bakı şəhəri X4 İdarəsinin səlahiyyətində olmaması, Azərbaycan Respublikası Baş X4 İdarəsinə müraciət edilməsi məsləhət görülmüşdür. Bundan soara Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə müraciəti etmişdir. Həmin ərizədə həmçinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qanunsuz qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarına əsasında cərimənin vaxtında ödənilməməsi səbəbindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar olunmuşdur. Bu səbəbdən Nəsimi rayon Məhkəməsinin 3(006)-2891/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edildiyindən onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İXP ******* nömrəli qərarında müvafiq olaraq ləğv edilməsini xahiş etmişdir. Lakin Azerbaycan Respublikası Baş X4 İdarəsi və Bakı şəhəri X4 İdarəsi şikayətinə müvafiq qaydada baxmamışdır. Belə ki, artıq neçə aydır ki, səlahiyyətlərindən sui- istifadə edərək onun hüquqlarını pozmaqda davam edirlər. Nəhayət uzun süründürməçilikdən sonra xx.xx.2025-ci il tarixdə təkrar müraciətinə cavab olaraq ona Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın surətini təqdim etmişlər. Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Məhkəmə qərarı onun təqsirsiz olduğunu sübut edilmiş, bu isə onun sürücülük hüquqlarının məhdudlaşdırılmağının əsası və qanunsuz olmasını, bunun nəticəsində isə sürücülük hüququnun olmamasına görə nəqliyyat vasitəsini idarə etdiyi barədə çıxarılmış protokollar əsassız olduğundan ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayət verən şəxs X2 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 332.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar