Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5484/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X7 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə Demir Zehranın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Demir Zehra şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Zehra Demir 3000 manat məbləğində cərimə edilmişdir.Qərara əsasən vətəndaşlar X5, xx.xx.2024-cü il tarixdən, X9 və X4 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə, Zehra Demir tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin bu məlumatlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X5 xx.xx.2024-cü il tarixindən, X9 və X6 xx.xx.2024-cü il tarixindən hal- hazıradək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassız və qanunsuz olmaqla ləğv olunmalıdır. Belə ki, X8 Xidməti tərəfindən heç bir araşdırma aparılmamış, nəticədə qanunsuz və əsassız inzibati xəta haqqında protokol və qərar qəbul olunmuşdur. X1 xx.xx.2024-cü il tarixindən, X9 və X6 xx.xx.2024-cü il tarixindən hal-hazıradək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd olunduğu göstərilsə də, həmin şəxslərlə qərarda göstərilən dövrdə əmək müqaviləsi bağlandığı müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC ilə X5 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə müqavilə bağlanmış xx.xx.2024cü il tarixdə sistemə daxil edilmiş, X9 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, X6 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Beləliklə istinad əmək müqavilələrindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən göründüyü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində qəbul edilmiş qərar tam əsassız olmaqla və MMC tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, X8 Xidməti tərəfindən qəbul edilmiş qərar qəbul edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, qərarda adları qeyd olunan vətəndaşların izahatları alınmamış, yalnız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara istinad edilməklə qərar qəbul edilmişdir. Bununla da hüquqi şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan başqa qeyd olunan qərardan şikayətçinin məlumatı olmamış, həmin qərarın qəbul olunmasından xx.xx.2025-ci il tarixdən sonra məlumatı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Zehra Demirin barəsində İXM-nin 529.1-1-ei maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan sonra qeyd olunan inzibati işin materialları ilə tanış olarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Zehra Demir 3000 manat məbləğində cərimə edildiyi məlum olmuş və həmin qərarla tanış olmuşdurlar. Şikayətçi hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın rəsmi qaydada alınması xx.xx.2025-ci il tarixdən sonra hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar X5, xx.xx.2024-cü il tarixdən, X9 və X6 xx.xx.2024-cü il tarixdən qərar qəbul edilən dövrədək “Creative and İnnovative Solutions" MMC tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən Demir Zehra 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra ilə X9 arasında bağlanmış 07 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında M.Əliyevin MMC-də dam ustası vəzifəsində işə götürülməsi barədə 03 ay 01 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra ilə X6 arasında bağlanmış 07 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında Ə.Məmmədovun MMC-də dam ustası vəzifəsində işə götürülməsi barədə 03 ay 01 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra ilə X5 arasında bağlanmış 08 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında E.Hüseynovun MMC-də usta vəzifəsində işə götürülməsi barədə 03 ay 01 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” İşin hallarından görünür ki, “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra ilə X5, X9 və X6 arasında işlərin görülməsi ilə bağlı müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən “Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlıyarandıqda əmək müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.” Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsi əmək müqavilələrinin sərbəst bağlanmasını, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsi isə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilməsini nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən isə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlıyarandıqda əmək müqaviləsinin bağlanmasını nəzərdə tutmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 xx.xx.2024-cü il tarixdən, X9 və X3 isə xx.xx.2024-cü il tarixdən qərar qəbul edilən dövrədək “Creative and İnnovative Solutions" MMC tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və bu səbəbdən vəzifəli şəxs Demir Zehra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Lakin iş materiallarından görünür ki, “Creative and İnnovative Solutions" MMC-nin direktoru Demir Zehra ilə X5 ilə xx.xx.2024cü il tarixli, X9 və X6 ilə xx.xx.2024-cü il tarixli 03 ay 01 gün müddətinə əmək müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında əmək münasibətləri yaranmış və bu münasibətləri təsdiqi olaraq "xxxx" MMC ilə X5 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə, X9 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə və X6 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay 1 gün müddətinə əmək müqavilələri bağlanmış və müqavilələr bağlanıldığı tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-5484/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5484/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver