Məhkəmə qərarları › İş №3(006)-550/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-550/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-550/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-4250/2020 saylı qərarı ilə (hakim R.A.Xəlilov) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(103)-185/2021 saylı qərarı ilə (hakim R.M.Abdulov) tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-360/2020 saylı icra sənədi üzrə Şəxs tərəfindən aliment borcu ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ş.Qaralov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs xx.xx.2015-ci il təvəllüdlü əkiz uşaqları X2 və X1 üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2019-cu il tarixədək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat, xx xxxxxx 2020ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxx 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə gəlməkdən də yayınmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlinmiş və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan tələbkar Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Göründüyü kimi, 2020-ci ildən bəridir ki Şəxs aliment öhdəliyi vardır və bu müddət ərzində o, alimenti ödəməkdən mütəmadi olaraq yayınır. Borclu Şəxs birgə nikah dövründə külli miqdarda borc öhdəlikləri olduğu üçün həmin borcları ödədiyini, xx xxxxxx 2020-ci il tarixədək aliment borcundan 2.000 manat məbləğində pul ödədiyini, daha sonra xx xxxxxx 2020-ci il tarixədək 1.400 manat ödəniş edəcəyini və daha sonrakı aylarda isə yığılmış aliment borcu olan 3.155 manatdan 500 manat olmaqla hissə-hissə ödəyəcəyini qeyd etsə də hər hansı bir ödəniş etməmişdir. Nəticədə, Şəxs bugünədək ümumilikdə ödənilməmiş 3.155 manat aliment borcu yığılmışdır. Lakin Şəxs aliment borcunun ödənilməsi istiqamətində heç bir real addım atmır. Məşğulluq İdarəsində qeydiyyatda durmur, özü də müstəqil olaraq iş axtarmır. Digər tərəfdən, Zərərçəkmiş şəxs da vəziyyəti olduqca ağırdır, belə ki, o, iki qız övladı ilə birlikdə kirayədə yaşayır, maddi vəziyyəti olduqca acınacaqlıdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru bildirmişdir ki, borclu sonuncu dəfə yaranmış 3.155 manat aliment borcundan 340 manatını ödəmiş, qalan borcunu hər ay 500 manat ödəməklə bağlayacağını demişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal-hazırda işləmədiyi üçün yığılmış aliment borcunu ödəyə bilmir, maddi vəziyyəti düzələn kimi ödəniş edəcəyini bildirmişdir. Ailəlidir, himayəsində daha iki əkiz övladı var. Bundan başqa o, bildirmişdir ki, mülkiyyətində torpaq sahəsi var və satıb aliment borcunu ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra mənuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili N.Q.Yusifli öz izahatında bildirmişdir ki, tələbkar iki övladı ilə kirayədə yaşayır və uşaqların xərclərinin çəkilməsində əziyyət çəkir. Maddi vəziyyəti olduqca ağırdır və yığılmış aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Sonda borclu Şəxs barəsində inzibati qaydada həbs tənbeh növünün tətbiq olunmasını xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq vəkil bildirmişdir ki, hal-hazırda borclunun yığılmış aliment borcu 3.155 manat təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokol və əlavədən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(004)-360/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2015-ci il təvəllüdlü əkiz uşaqları M.Şəxsanın və Ə.Şəxsanın saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2019-cu il tarixədək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs bugünə kimi 3.155 manat aliment borcu qalmış, aliment borcunun ödənilməsi ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc bugünədək tam ödənilməmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-360/2020 saylı icra vərəqəsinin icraatına başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx xxxx 2020-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarış qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxsnın hesabına 340 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-4250/2020 saylı qərarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(103)-185/2021 saylı qərarından görünür ki, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəxs ödənilməmiş 3.155 manat aliment borcu qaldığını nəzərə alaraq, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-360/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2015-ci il təvəllüdlü əkiz uşaqları M.Şəxsanın və Ə.Şəxsanın saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2019-cu il tarixədək hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat, xx xxxxxx 2020ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Nəsimi rayon İcra şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından mütəmadi olaraq boyun qaçırmışdır. Buna görə də, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş, lakin həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlindiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan tələbkar Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə isə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, borclu Şəxs aliment ödəməkdən mütəmadi olaraq yayınması nəticəsində ümumilikdə ödənilməmiş 3.155 manat aliment borcu yığılmışdır. Lakin Şəxs həmin borcun ödənilməsi istiqamətində heç bir real addım atmamış, borclu yalnız barəsində protokol tərtib edilən gündən 1 gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə 340 manat məbləğində pulu tələbkarın hesabına ödəmişdir. Bundan başqa, Şəxs heç bir yerdə işləmir, eləcə də, nə müstəqil olaraq iş axtarır, nə də ki iş tapmaqda kömək almaq məqsədilə məşğulluq xidməti orqanında qeydiyyatda durur. Digər tərəfdən, tələbkar Zərərçəkmiş şəxs iki qız övladı ilə birlikdə kirayədə yaşayır, maddi vəziyyəti olduqca ağırdır, bu isə onun uşaqlarını normal böyüdüb-başa çatdırmasına mane olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs tərəfindən qismən ödənilən məbləğlər yalnız icra məmurun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar